ƏSMM sektorunda ən bərbad vəziyyət qaçqın rayonlardadır... - Zəngilandan şikayət var...
Tarix: 15-01-2016, 11:51 | Çap et
Bu günlərdə redaksiyamıza daxil olmuş daha bir vətəndaş müraciətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrinin fəaliyyətindən şikayət olunur. Belə ki, bizimdovr.az-a müraciət edən vətəndaş Yaşar Nabatəliyev Zəngilan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Həsən Ələkbərovun öz işində yol verdiyi qanun pozuntularından, konkret olaraq ona qarşı irəli sürülmüş rüşvət tələblərindən bəhs edir. Sirr deyil ki, son zamanlar ümumiyyətlə ƏSM mərkəzlərinin əksəriyyətində baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları yenidən ölkə mətbuatında müzakirəyə çıxarılan aktual mövzulardan birinə çevrilmişdir. Qəzetimizin ötən saylarında biz də dəfələrlə istər Bakıda, istərsə də rayonlarda fəaliyyət göstərən ƏSMM rəhbərləri tərəfindən yol verilən kobud qanun pozuntularından bəhs edən məlumatlar əsasında hazırlanmış tənqidi materiallar dərc etmişik. Lakin redaksiyamıza daxil olan məlumatlardan da aydın olur ki, bu mövzu hələ uzun müddət ictimaiyyətin diqqətini çəkərək gündəmdə qalmağa iddialıdır. O cümlədən müxtəlif vaxtlarda Zəngilan rayonunun sakinləri tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktublarında da Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən ƏSM mərkəzinin yarıtmaz işindən, mərkəzin fəaliyyəti nəticəsində bir çox vətəndaşların qarşılaşmalı olduqları hüquq pozuntularından və digər bu kimi neqativ hallardan bəhs edən açıqlamalar təqdim olunmuşdur. Məsələn, belə əlumatlardan bir qismində bildirilir ki, Zəngilan ƏSMM-nin direktoru Həsən Ələkbərov aztəminatlı vətəndaşların problemlərinə qarşı sərgilədiyi biganəliyə və törədilən maxinasiyaların miqyasına görə ölkə ərazisində fəaliyyət göstərən bir çox digər mərkəz rəhbərlərini xeyli geridə qoyur. Vurğulanır ki, plastik kartların tətbiq olunduğu vaxtdan əksər ƏSM mərkəzlərində çox yayılmış bir üsulla, kartların ilk altı ay (bəzi hallarda isə 3 ay) müddətində qanuni sahiblərindən saxlanılması yolu ilə aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi halları bu gün də Zəngilan ƏSMM-də davam etdirilir. Elə Yaşar Nabatəliyev də öz ərizəsində belə bir haqsızlıqla qarşılaşdığını bildirir: “Sosial yardım üçün bütün tələb olunan sənədləri təqsim etsəm də, Həsən Ələkbərov mənə bildirdi ki, mənə yardım düşmür. Onunla mübahisə etmək istədikdə isə, məni prokurorluqda işləyən oğlu Valeh Ələkbərovla hədələdi. Dedi ki, səni tutduraram. Sonra da sosial yardım yazmaq üçün məndən açıq-aşkar min manat pul istədi. Pulu verə bilmədiyim üçün yardım da ala bilmədim. Nəhayət, 6 ay bundan əvvəl Həsən Ələkbərovla razılığa gəlməli oldum. Sosial yardım kartı 3 ay mərkəzin direktorunda qaldı. Yalnız bundan sonra dövlətin mənə ayırdığı yardımı özüm almağa başladım...” Maraqlıdır ki, Yaşar Nabatəliyev öz ərizəsində Həsən Ələkbərovun hətta bank krediti almış vətəndaşlara da sosial yardım ayırdığını vurğulayır. Halbuki, qanunla buna icazə verilmir. Belə ki, banklar kredit verdikləri vətəndaşların ilk növbədə gəlir mənbələrini araşdırırlar və yalnız bundan sonra onlara kredit verirlər. Başqa sözlə, kredit ödənişlərini həyata keçirmək imkanı olan vətəndaşların sosial yardıma ehtiyacları olmamalıdır. Artıq qeyd etdiyimiz kimi, ƏSMM rəhbərlərinin bir çox bu kimi əməlləri ilə bağlı tənqidi yazıları qəzetimizdə dəfələrlə dərc etsək də, səlahiyyətli instansiyalar və ilk növbədə təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə hələ də bu kimi qanun pozuntularının qarşısının birdəfəlik alınması məqsədilə qəti tədbirlər həyata keçirmirlər. Digər tərəfdən isə, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların yuxarı dairələrdə güclü himayədarlarının olduğu fikrini ortaya qoyur. Belə çıxır ki, ƏSMM rəhbərlərnin əldə etdikləri çirkli pullar hələ də onların müdafiələrini əsaslı şəkildə təmin edə bilir.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|