"Yasamal" MTK-nın qanunsuzluqları niyə araşdırılmır? - ŞİKAYƏT VAR
Tarix: 28-01-2016, 11:10 | Çap et
Ağamalı Sadiq Əfəndinin ailəsi evsiz qalıb.
Fevralın 4-də Yasamal Rayon Məhkəməsində Orxan Əfəndiyevin iddiası üzrə proses davam etdriləcək. Orxan Əfəndiyevi məhkəmə qapısına aparan ədalət axtarışıdır. O, 2012-ci ildə mənzil şəraitini yaxşılaşdırmaq üçün "Yasamal” MTK-ya üz tutub. Və böyük qanunsuzluqlarla üz-üzə qalıb.
Orxan Əfəndiyev jurnalistikamızın dəyərli nümayəndəsi, milli-azadlıq hərəkatının öncüllərindən biri, mərhum Ağamalı Sadiq Əfəndinin oğludur. Orxan Əfəndiyevin sözlərinə görə, 2012-ci ildə atasından qalma mənzili də, üstəlik, banklardan götürdüyü kreditlər də əlindən gedib: "Məcburiyyət qarşısında ata evimizi satdıq, 2 bankdan pul götürüb aparıb ”Yasamal" MTK-ya verdim. Bu gün də kirayələrdə yaşayıram. MTK ilə aramızda müqavilə bağlandı, mənə maliyyə arayışı verdilər. Çünki mənzilin pulunu - 55 min 200 manatı tam ödəmişdim. Dedilər ki, binanı 3 aya təhvil verəcəklər. Hər dəfə müddət bitəndə gedirdim, deyirdilər ki, 3 ay sonra binanı təhvil veririk. Təxminən 1 il 3 ay əvvəl növbəti dəfə binaya gedəndə gördüm ki, mənzilimə qapı qoyublar. Orada Faiq adlı MTK işçisi var, ona yaxınlaşdım. Soruşdum ki, mənzilimə qapı niyə qoyulub? Cavab verdi ki, MTK-ya borcunuz var. Əlimdə müqavilə, maliyyə arayışı olduğunu diqqətini çatdırdım ki, borcum yoxdur. Bundan sonra da dedi ki, mənzilini başqasına satmışıq. Etirazımı bildirdim, şikayətlər etdim, xeyri olmadı. Polisə, prokurorluğa yazdıq, nəticə olmadı. Üstəlik, MTK-da məni hədələdilər, dedilər ki, binaya gəlmə".
O.Əfəndiyev baş verənlərdən sonra məhkəməyə üz tutub. Nümayəndəsi Yaşar Ağazadə deyir ki, "Yasamal” MTK-da qanunsuzluqla üzləşən təkcə O.Əfəndiyev deyil. 100-ə yaxın vətəndaş faktiki zərərçəkmişdir. O.Əfəndiyevə gəldikdə isə onun işi üzrə Yasamal Rayon Məhkəməsində "Mənzildən istifadə hüququna yaradılan maneənin aradan qaldırılması” iddiası üzrə araşdırmalar sona çatmaq üzrədir: "Hazırda iş hakim Rafael Əliyevin icraatındadır.
Cavabdeh tərəf ”Yasamal" MTK-nın sədri Cahangir Alışovdur. Orxan Əfəndiyev MTK-dan evi alıb və mənzilin dəyərini tam ödədikdən sonra ona maliyyə arayışı verilib. Sonradan isə onun aldığı mənzilə qapı quraşdırılıb. Müqavilədə isə mənzilə MTK tərəfindən qapı quraşdırılması nəzərdə tutulmayıb. MTK-nın işçi Faiq də Orxana deyib ki, sədr Cahangir Alışov mənzili başqa şəxsə satıb. Əvvəlcə dedilər ki, mənzilə görə borc var, ona görə qapı qoyulub. Sonra araşdırma aparıldı, məlum oldu ki, borc yoxdur. Bundan sonra da mübahisə qarşı tərəfin qanunsuzluqlarına görə davam etdi və məhkəməyə müraciət etdik. İddiamız tam haqlıdır. "Yasamal” MTK tamamilə qanunsuzluq edir, vətəndaşı tam qanuni mənzilinə buraxmır".
Y.Ağazadə deyir ki, qarşı tərəf vaxtı uzatmağa çalışır: "Məhkəmə araşdırmaları sona çatmaq üzrə olduğu bir zamanda MTK qarşılıqlı iddia verib ki, guya Orxana maliyyə arayışını səhv edib veriblər. Bu qədər gülməli iddia vermələri başadüşüləndir. Digər tərəfdən, Cinayət Prosessual Məcəllənin tələbinə görə, qarşılıqlı iddia məhkəmənin hazırlıq iclasında verilə bilər. Ona görə də hakim həmin iddianı icraata qəbul etməkdən imtina etdi. Qarşı tərəf də iddiadan şikayət vermək niyyətindədir. Süni şəkildə prosesin uzanmasına çalışırlar”.
Y.Ağazadə deyir ki, "Yasamal” MTK vəzifəlilərinin qanunsuzluqları ilə 100-ə yaxın vətəndaş hazırda hüquq-mühafizə orqanlarını dolaşmaqdadırlar: "Vətəndaşlar ”Yasamal" MTK-dan mənzil alıblar. Lakin mənzilləri qanunsuz olaraq sahiblərinə verilmir. Ona görə də 1 il əvvəl 100-ə yaxın şəxs kollektiv müraciət hazırlayaraq Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə (KQMBİ) təqdim ediblər. Bu günə qədər 100-ə yaxın vətəndaşa, o cümlədən Orxan Əfəndiyevə şikayətlə bağlı qəbul olunmuş qərar verilməyib. Cinayət işinin başlanması və ya rədd edilməsi haqda qərarı qanuni qaydada şikayətçilərə təqdim etmirlər. "Yasamal” MTK səlahiyyətliləri isə öz qanunsuz əməllərini davam etdirməkdədirlər. Vətəndaşların hüquqları bərpa olunmur".
Y.Ağazadə deyir ki, şikayətçilərin bir çox instansiyalara müraciətləri də KQMBİ-yə göndərilir: "Sanki MTK rəsmiləri himayə olunur. Onları hansı məmurun himayə etdiyini bilmirik. Amma 100-ə yaxın vətəndaşın şikayətinə rəğmən nəticəsizlik belə düşünməyə əsas verir ki, MTK-nın himayəçiləri var”. Mövzunu diqqətdə saxlayacağıq. //criminal.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|