“AY YAZIQ İNSANLAR”...
Tarix: 27-07-2012, 12:08 | Çap et
“SƏSİM OLMASAYDI, MƏNİ HABİL ƏLİYEV, RƏŞİD BEHBUDOV BƏYƏNMƏZDİ”
Qəribə zamanda yaşayırıq. İndi çox şey alınır və satılır, hətta incəsənət də. Nə qədər ağır səslənsə də, artıq tamaşaçı sevgisi də hərrac predmetinə çevrilib. Bu sərt ittihama görə məni qınamağa tələsməyin. Razılaşın ki, indi gündəmdə qalmaq üçün mütləq radio və televiziya efirlərinin, ümumən mətbuatın arzulanan qonağı olmalısan. Yalnız bu halda tamaşaçı səni unutmayacaq. Bunun üçünsə cibin sənətindən qat-qat böyük olmalıdır.
Bugünkü qonağımla da həmin mövzuya toxunduq. Söhbət zamanı onun həyat dəftərcəsini vərəqləməyi də unutmadıq.
- Özünüz haqda məlumat verərdiniz?
- Mən Səbinə İlyasova heç vaxt heç kimə təvəllüdümü deməmişəm. Bu gün sizə deyəcəm. 1959-cu ildənəm, 52 yaşım var. Əslim Xızıdandır, Siyəzəndə anadan olmuşam. 24 yaşında 1 oğlum var.
Asəf Zeynallının musiqi sinfini bitirmişəm. Nəriman Əliyevin tələbəsi olmuşam. 33 ildir peşəkar sənətdəyəm. "Dan Ulduzu"nun solisti olmuşam. 1983-cü ildən Xankəndində Muğam Müsabiqəsinin solisti olmuşam. 1980-ci ildə Alim Qasımov 1-ci olub. 1983-cü ildə 1-ci yeri Muğam müsabiqəsində mən tutmuşam. Mətbuat məndən yazdı. Bunu da Rəşid Behbudova çatdırıblar. O vaxt rəhmətlik Rəşid Behbudov solist axtarırdı. Heç kimin səsini bəyənmirdi. Elə oldu ki, mənim ifam Rəşid müəllimin xoşuna gəldi. Çünki xarici ölkələrə qastrol səfərlərinə gedirdi. İnsan yemək yeyəndə çəngəl-bıçağı necə tutursa, Rəşid müəllim ona kimi fikir verirdi. Əsas səhnə mədəniyyəti, gözəl səs tembrinə görə məni qəbul elədi. İlk dəfə Füzuli rayonuna getdik. Oxudum səhnədə, çox bəyəndi. 1989-cu ilə qədər - Rəşid Behbudov rəhmətə gedənə kimi onun ansamblının solisti oldum. İnanın, hərdən tədbirlər olur, gedirəm. Səhnə həmin səhnə - otaqlar həmin otaq. Gözümün qabağından keçir Rəşid müəllim. Hər dəfə kövrəlirəm, yer tapa bilmirəm özümə. O abı-hava üçün darıxıram, evə gələn kimi ağlayıram. İndi hər şey başqa cür olub. Rəşid müəllimin abı-havası yoxdur. Çox xoşbəxtəm ki, Rəşid müəllimlə bir səhnəni paylaşmışam. Çoxları Rəşid müəllimlə bir səhnədə olmaq üçün həsrət çəkiblər.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- Mən uşaqlıqdan oxumuşam. Anam rəhmətlik bağça müdirəsi idi, həmişə də xorda mən oxuyurdum. Böyüdükcə fikirləşirdim ki, anam müdirdir deyə, məni oxudurlar. Sonra gördüm ki, getdikcə bütün tədbirlərdə mən oxuyuram. İlk müəllimim Nəriman müəllim olub. Düzü, bir az ailə problemim oldu, sənətimdə boşluq yarandı. İndi istəyirəm o boşluğu doldurum. İndi baxırsan ofisiant işləyən, mağazada işləyən, aparatura daşıyan da bu sənətə gəlir. Mən heç kimi qınamıram. Amma mənim istedadım olub ki, bu sənətdəyəm. Musiqi savadım güclüdür. Əvvəllər bir kanal var idi - Az TV. Hər musiqiçini, oxuyanı rəhmətlik Elşad Quliyev qoymazdı çıxıb oxusun, ciddi yanaşardı. İndi isə səsi olan da, olmayan da, sənətdən xəbəri olmayan da bu sənətdədir. Mən bu sənətə gələndə qardaşım, atam narazı oldular. Sonra elə oldu ki, qardaşım təhsili ilə bağlı Leninqrada getdi. Həmin ili anam məni Asəf Zeynallıya, rəhmətlik Nəriman müəllimin yanına apardı. O da mənə "Bayatı-Kür" muğamının bir parçasını öyrətdi, beləcə mən qəbul oldum. Anamın gözəl səsi olub. 3 il keçdi. Qardaşım gələndən sonra narazılıq etmək istədi, anam irəli durdu, "mənə oxumaq qismət olmadı, heç olmasa qızım oxusun" - dedi və belə gəldim bu sənətə, sonra tanındım. 33 ildir sənətdəyəm, hələ fəxri adım yoxdur.
- Bəzi müğənnilər var ki, sizin oxu tərzini bəyənmir. Onlara münasibətiniz necədir?
- Məni kimsə bəyənmir, bu təbiidir. Amma hansısa sənəti olmayan bəyənmirsə, mən elələrini saymıram. Çünki elələrinin sənəti yoxdur. Mən bu sənətdə uğur qazanmışam. Sənətkarlar o sözü deyə bilməzlər. 1 gün rəhmətlik Hacıbaba Hüseynovun dərsinə gəlməyəndə məndən küsürdü. Bilal Əliyevlə bir yerdə təhsil almışam. Hamı şahiddir. Kimsə 1-ci partada oturanda müəllim durğuzub məni oturdurdu. Hamıya da deyirdi ki, bura Səbinənin yeridir. Məni Emel Sayana oxşadırdı. Oxuyanda heç vaxt bəziləri kimi rəqs etməmişəm. Səhnə mədəniyyətinə üstünlük vermişəm. Emel Sayın da həmişə oxuyanda ciddi olub. Mənim 3 oktavalı səslə oxumağım həmişə hamını heyran edib. İndi zilə qalxırsan, deyirlər, qışqırır. O bədbəxtlər bilmirlər oktava nədir. Səsin tembri olmalıdır. İndikilərin 99%-i danışıq tembri ilə oxuyur. İfada ancaq qarmonun, klarnetin, skripkanın səsi eşidilir. Əvvəllər radioda qulaq asırdın, bilirdin ki, oxuyan kimdir. İndi isə qətiyyən seçilmir səslər. Hamısı bir-birinə oxşayır. Qulaq asanda da elə bil danışırlar. Bəziləri çox savadsızdır, inanın, ürəyim ağrıyır. Ay yazıq insanlar, səsim olmasaydı, məni Habil Əliyev, Rəşid Behbudov bəyənməzdi, 1983-cü ildə Muğam Müsabiqəsinin laureatı olmazdım. Məni bəyənməyənləri də canlı ifa ilə duelə çağırıram.
- Uşaqlığınızı necə xatırlayırsınız?
- Evdə pianino var idi, ifa edə bilmirdim. Öz-özümə oxuyurdum. Heç yadımdan çıxmaz, rəhmətlik qardaşım əsəbi halda deyirdi, bundan müğənni olacaq. Məni döyürdü, ağlaya-ağlaya qışqırırdım, onun da ürəyi yumşalırdı. Mən də deyirdim, mən müğənni olacağam - Zeynəb Xanlarova olacağam.
- Oxu üslubunuz melizmlərin zənginliyi ilə seçilir. Hətta bəzən bir mahnıda həddən çox xırdalıqlar edirsiniz. Səbəb nədir?
- Rəhmətlik Nəriman Əliyev həmişə deyirdi ki, sənə skelet verirəm, onu ətlə doldur. Sənin ürəyin olmalıdır, beynin olmalıdır. Deməzdim çox xırdalıq edirəm, çox xırdalıq etməyin yeri yoxdur. Hər mahnı ürək tələb edir. Bir mahnın ürəksiz oxunsa, kimə lazımdır? Heç kimə. İnanın, elə olur studiyada 10 dəfə oxuyuram, mahnıdan bəstəkar, rejissor razıdır, mən yox. Təzədən ifa edirəm ki, bu hissə xoşuma gəlmədi. Özümdə həmişə yenilik axtarıram. Yazığım gəlir bəzi müğənnilərə. Çox gözəl mahnılarım var. Qoy hansısa müğənni götürüb oxusun da. Çətin oxusun. Çünki qəliz, çətin mahnılardır. Ürək lazımdır, səs lazımdır.
- Sizcə sənətdən sui-istifadə edib pul qazanmaq olar?
- Şou-biznesdə əsas maddiyyatdır. Pulun yoxdursa, sənətini nümayiş etdirə bilməzsən. Ürəyim partlayır ki, pulum yoxdur, layihələrlə üzə çıxa bilmirəm. Bir tərəfdən pula nifrət edirəm, bir tərəfdən sevirəm. Pulu olmayan insan məhv olur. Arzularımı yalnız xəyallarımda qururam. Mənim nə imkanım, nə də sponsorum yoxdur ki, layihə üzərində çalışım.
- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?
- İlk dəfə sizə deyirəm. Bəzi müğənnilər var ki, deyir, 4 minə, 5 minə gedirəm, onlar kimi yalan deməyəcəm. Toya 1 saatlıq 300 manata, bütövlükdə 500 manata gedirəm. Az yeyirəm, gündə yeyirəm. Qaldı ki, 2 minə gedən müğənniləri toya 400-500 manata aparmışam. Gedəndə deyir ki, demə bu qiymətə gəlmişəm. Gərək yalan danışmayasan.
- Məndə olan məlumata görə, siz toyların birində ev yiyəsi ilə böyük problem yaşamısınız. Mümkünsə, bu məsələyə aydınlıq gətirərdiniz.
- Hardan bildiniz? Çox maraqlıdır mənə. Şəmkirdə olub bu hadisə, yalan deməyəcəm. Toyun ortasında bir kişi içib gəlib dedi ki, mənimlə oynayacaqsan. Dedim, oynamayacağam, mən rəqqasə deyiləm. Bir də gördüm ki, bütün aparaturanın şnurlarını qırıq-qırıq eləyib. Məni palatkanın arxasına qaçırtdılar.
Bir dəfə də Şəmkir toyunda bir paçka pul qoydular qarşıma. Dedilər ki, "Bu gecə" mahnısını "beyjə" oxu, dedim, oxumuram. Onda da dava düşdü.
- İlk sevginiz neçə yaşında olub?
- Orta məktəbdə olub.
- Sevib ailə qurdunuz?
- Mən hesab edirəm ki, sevgi boş şeydir, gərək hörmət edəsən. İndi sevgi ilə qurulan ailələrin 99%-i dağılır. Səbəb də odur ki, niyə mənə qarşı diqqətli deyil? Söz-söhbətlər olur, ailə dağılır. Mənim həyat yoldaşım Oqtay İsmayılovdur. Mən sevməmişəm, hörmətim olub, ailə qurmuşam.
- Bəs necə oldu ki, Oqtay müəllimlə tanış oldunuz, ailə qurdunuz?
- Mən indiyə kimi xoşlamamışam ailəm haqqında danışım, amma yenə sizə deyirəm. Mənim yoldaşım çox savadlı, aristokrat insandır. O vaxt Rafiq Babayev Rəşid Behbudov adına Mahnı Teatrında rəhbər idi. O rəhmətə getdi. Bir müddət Rəşid müəllim Rafiq Babayevin yerinə musiqini dərin bilən axtarırdı. Elə oldu ki, mənim yoldaşımı məsləhət gördülər. O da o vaxt xaricdə yaşayırdı. İnanın, çox savadlı musiqişünasdır. Rəşid müəllim teleqram vurdu, elə oldu ki, Oqtay bizə rəhbər gəldi. Bir gün qızlar dedi ki, Rafiq Babayevin yerinə təzə rəhbər gəlib, mən güldüm, dedim, onun yerinə kim gəlsə də, onun kimi musiqini bilməz. Bir gün harasa gedirdik. Hamı mindi avtobusa. Qızlar onu mənə göstərdilər. Dedim, bu cavan oğlandır, bu nə bilir musiqi nədir? Sonra zaman keçdikcə gördüm ki, çox savadlı, intellektual insandır, güclü aranjimançıdır. Birlikdə Almaniyaya səfərə getdik. Hamı gördü ki, onun mənə qarşı fikri başqa cürdür, məni sevir. Kamança ifaçısı Şəfiqə Eyvazova mənə dedi ki, gözəl, savadlı, tərbiyəli oğlandır. Mən də götür-qoy etdim. Fikirləşdim, gözəl ailəmiz ola bilər. Şükür bu günə. Ailə qurdum, 1 oğlum var 24 yaşında. Xaricdə oxuyur. Magistrdır. Bitirsin, inşAllah, evləndirəcəm. Çox şükür, gözəl ailəm var.
- Görəsən, qadın müğənnilərin tez bir zamanda parlamasına səbəb nədir?
- Maddiyyat, bir də sponsordur. Bu dəqiqə bütün efirlər pulludur. Bir də ki, reklamın olsun. Bizim tamaşaçı görür ki, kimin reklamı çox güclü gedir, deyir, o yaxşıdır. Daha demirlər ki, sənəti yoxdur. İnanın, bu sənət aləmində çox çirkinliklər var. Mən hər addımımda ailəmi fikirləşmişəm. İstəməmişəm oğlumun başı aşağı olsun.
- Adətən sponsorlar müğənnilərlə eyş-işrət yaşayır. Bəs sizə belə təklif gəlibmi?
- Olub, rədd eləmişəm. Bu yaxınlarda verilişdən çıxmışdım, gördüm mobil telefonuma zəng gəlib. Baxdım ki, bir imkanlı kişidir. Deyir, bəs sizə 9 hektar torpaq hədiyyə edirəm, sizə dəstək oluram. Təbii ki, mən rədd elədim. O günləri oğluma deyirəm ki, inşAllah, 33 illik zəhmətimin bəhrəsini qazanıb ad alıb, üçlüklə muğama keçəcəm, heç bir toylara getməyəcəm. Fikrim qətidir, yalnız muğamla efirlərə çıxacam, şou-biznesə də qatılmayacağam.
- Bu yaxınlarda diplomunuzla bağlı problem yaşanmışdı. Bu hadisə sizi qıcıqlandırmadı ki?
- Çox qıcıqlandım. "Günəbaxan"da qonaq oldum, sözümü demək istədim, abrımı qorudum, istəmədim efirdən nümayiş etdirim. Verilişdə bir çox lazımsız müğənnilər qaldı kənarda, dedilər, ilin dueti niyə mənə verilib? Müzakirə mən oldum. Fikirləşmədilər ki, 33 ilin sənətkarıyam. Evdə o qədər diplomum var, sayı-hesabı yoxdur. Nə də pul verib diplom almamışam. Nail o vaxt kasıb oğlan idi, həm jurnalist idi, həm mən ona müsahibə verirdim. Mən heç kimin qəlbini qırmırdım. Klip çəkdi mənə təmənnasız, sonra da diplom verdi. Nail mənim sənətimin vurğunu olub. Həmişə nəsə yeni bir mahnım olanda maraqlanırdı. Bir sözlə, fanatım olub. İndi mənim sözüm "Zolikədi". Sənin musiqidən xəbərin yox, bilik səviyyən nədir? Özünə reklam istəyirdi, mənim adımı çəkdi, özünü reklam etdi. Sən sumkadaşıyansan, heç kimsən mənim üçün. Elə insanlar mənim üçün dəyərsizdir. Utanmaz-utanmaz deyir, gərək Natəvana verilərdi. Deyir, Səbinə xanıma böyük hörmətim var, amma razılaşmıram ki, ilin dueti ona verilib. Zolik, sən bədbəxt insansan, bunu mən Səbinə deyirəm. Sən kimsən axı mənim adımı çəkmisən? Sən heç bilmirsən özün nəsən, get işinlə məşğul ol. Mən cavab verə bilərdim, amma susdum. Bundan sonra bir də mənim sənətim, özüm haqda nəsə desə, onunla bilirəm necə danışacam.
- Niyə bu qədər özünüzdən razısınız?
- İnanın, bunu hamı deyir. Amma ünsiyyət qurandan sonra deyirlər ki, super xasiyyətin var. Mən özümü dartan insan deyiləm.
- Paxıl insansınız?
- İnanın Allaha, heç bir müğənniyə paxıllığım yoxdur. Ağadadaş Ağayev bir dəfə bir söz dedi: “bu sənəti də, onun ruzisini də Allah verir”. Niyə kiməsə paxıllıq eləməlisən? Zəif insan paxıl olar. Mən qabiliyyəti sevənəm, heç vaxt zəif olmaram, nə də heç kimə qarşı qısqanclıq və ya paxıllıq hissim var. Bax neçə ilin sənətkarıyam. Düzdür, qıcıqlanıram, amma gözləyirəm. Fəxri ad almamağım mənə pis təsir edir.
- Yaşamaq üçün, daim sevib-sevilmək üçün insana nə lazımdır?
- Məndə sevgi hissi yoxdur. Dəlicəsinə ancaq balamı və bacılarımı sevirəm. Rəhmətə gedən qardaşımın balalarını sevirəm. İnanın, gündə 20-30 dəfə dua edirəm ki, ay Allah, bizə dərd-qəm vermə. 10 ilin içində atamı, cavan qardaşımı, sonra da anamı itirdim (kövrəlir). Daha belə bir bəla istəmirəm. Ötən günlərimə dönməzdim. Uşaqlıq, gənclik illərimə qayıtmazdım. Təkcə onu istəyərdim ki, anam, qardaşım yanımda olsun. Həyatda çox əziyyət çəkmişəm. Bir də baxırsan, müğənni efirdə bu gün birini sevir, səhər başqasını. Necə bacarırlar onu, bilmirəm, mənə çatmır.
- Həyat sizə nə öyrətdi?
- Çox şey öyrətdi. O gün Nisə Qasımovaya deyirəm ki, elə bil ruham, insan içində yaşamıram, qıraqdan baxıram. Adi toyda oxuyuram, bir də görürəm bir mahnının üstündə bir-birlərini qırırlar. Fikirləşirəm, axı bu dünyada heç nə əbədi deyil. Həyata başqa cür baxıram, ləzzət eləmir mənə. Həyatda səhvsiz insan olmur. Mən də səhvlərə yol vermişəm.
- Bu sənətə nələri qurban verdiniz?
- Bir çox şeyi qurban verdim - oğlumun qardaşı yox, bacısı yox. İndi mənimlə dalaşır ki, niyə mənim bacım yoxdur, qardaşım yoxdur? Günah məndədir. O qədər kolxozda, sovxozda, pambıqda gedib oxudum, 3 gün keçirdi başqa ölkəyə gedirdik. 18 gün uşağımı süddən ayırdım, getdim Rumıniya festivalına. Döşüm şişdi, əməliyyat oldum. Təzədən yenə Türkiyədə əməliyyat oldum. Mübariz Tağıyevin həyat yoldaşı Sveta mənə kömək edirdi, paltarımı çıxarda bilmirdim, ağrıdan ağlaya-ağlaya gözümün yaşını silirdim, sonra səhnəyə çıxırdım (kövrəlir). Bu 33 ildə əməyimin nəticəsini görmürəm, hələ də ad almamışam. Canım çıxıb bu yolda, cibim üçün oxumamışam ki.
- Həyat kitabçanızda boş qalan səhifələr varmı?
- Hər şey boşdur mənim üçün. Anam 7 aydır rəhmətə gedib, hər gün ağlayıram. Balkona çıxıram, qardaşımın evi üzbəüz. Baxıram, maşını həyətdə yoxdur. Atamın saatını saxlayıram. Mənim üçün hər şey boşdur.
- Bəs qalmaqal nə deməkdir sizin üçün?
- Düzdür, mən qalmaqaldan uzağam, amma kim mənə ilişərsə, qüvvəm var yerində oturtmağa, gücüm də çatar. Təbii ki, necə lazımdırsa, cavabını verəcəm.
- Səbinə İlyasova ən çox kimin ifasına qulaq asır?
- Muğam müsabiqəsində Kamilə Nəbiyevanın ifasını çox dinləyirəm. Hətta telefona onun ifalarını köçürmüşəm, hər gün ona qulaq asıram. Aygün Bayramovaya, Könül Xasıyevaya, Nəzakət Teymurovaya, Alim Qasımova qulaq asıram.
- Şəlalə nə deməkdir sizin üçün?
- Əsəbi sakitləşdirir. O gün oğluma deyirəm ki, istəyirəm İsmayıllıya gedim, şəlalə var orda, gedim baxım. Çox romantik insanam, nədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|