DAHA BİR ACI AİLƏ HEKAYƏTİ
Tarix: 12-08-2012, 11:52 | Çap et
KİM HAQLIDIR? BUNU BİLMƏK ÜÇÜN DİQQƏTLƏ OXUYUN...
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Gürcüstan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü İsmayılov Fəal Yadigar oğlunun məhkəmə istintaqı yekunlaşıb.
Məhkəmə yolu ilə müəyyən edilib ki, Fəal İsmayılov şəxsi qərəzlilik zəminində qisas almaq məqsədilə keçmiş arvadı Rəhimə İsmayılovanı qəsdən öldürüb.
Belə ki, 2005-ci ilin avqust ayında nikahlarını rəsmiləşdirməklə evləndiyi Rəhimə İsmayılova ilə 2011-ci ilin iyun ayına qədər olan müddətdə normal ailə həyatı sürüb. Lakin sonradan aralarında qısqanclıq zəminində mübahisələr baş verib.
Növbəti mübahisə zamanı yaşadıqları mənzildə Rəhimə İsmayılovanı döydüyünə görə sonuncunun şikayətinə əsasən barəsində AR CM-nin 132-ci maddəsi ilə cinayət işi açılıb. Toplanmış materiallar baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilib. Lakin Fəal İsmayılov ölkə ərazisini tərk edərək Rusiya Federasiyasına getdiyindən və məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan olunub.
Bu ilin yanvar ayının 7-də qızı Dilşadın doğum günü münasibətilə Bakı şəhərinə qayıdıb və bu müddət ərzində arvadının ondan rəsmi qaydada boşanmasına baxmayaraq sonuncu ilə barışıq əldə etməyə çalışıb. Yanvarın 12-də saat 16:00 radələrində Rəhimə İsmayılova ilə söhbət edərək barışıq əldə etmək üçün onun müəllim kimi işlədiyi Bakı şəhəri Nizami rayonu 272 saylı orta məktəbdə fəaliyyət göstərən Zəngilan rayonu Mincivan qəsəbə musiqi məktəbinə gəlib. Rəhimə İsmayılovanın işdə olmasını öyrənib, məktəbin həyətində dayanaraq onun işdən çıxmasını gözləyib. Rəhimə işdən çıxıb məktəbin həyətindən bir qədər uzaqlaşdıqda, ona yaxınlaşaraq söhbət etmək istədiyini bildirib. Lakin Rəhimə onunla söhbət etmək istəmədiyini deyib. Aralarında baş vermiş mübahisə zamanı Rəhimə İsmayılovanı qəsdən öldürmək məqsədilə bıçaqla onun bədən nahiyələrinə zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
"Həyat yoldaşımdan ayrıldıqdan sonra onunla evləndim"
Təqsirləndirilən şəxs qismində dindirilən Fəal İsmayılov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində ötən ilin əvvəllərindən etibarən ailəsində müəyyən gərginliklər yarandığını göstərib: "1998-ci ildə Sevinc Mustafayeva ilə ailə həyatı qurmuşam və Aytac adlı qızımız dünyaya gəlib. 2004-cü ildə Sevinclə məhkəmə qərarı əsasında boşanmışıq. 2005-ci ildə isə Rəhimə İsmayılova ilə ailə həyatı qurdum. Həyat yoldaşımın əsl adı Rəhimə olsa da, yaxın ətrafı ona "Ləman" deyə müraciət edirdi. Birgə nikahdan Dilşad adlı qızımız anadan olmuşdu. Evləndikdən sonra bir müddət Bakı şəhəri Nizami rayonu ərazisində kirayədə yaşadıq. 2005-ci ilin iyun ayında isə Badamdar qəsəbəsində yerləşən yataqxanadan ev alaraq oraya köçdük. Ailə qurduqdan sonra münasibətlərimiz normal idi. Şəxsi avtomaşınımla sərnişin daşımaqla ailəmi dolandırırdım.
"Rəfiqələrindən xoşum gəlmirdi"
Lakin 2011-ci ilin əvvəllərindən başlayaraq ailə daxilində gərginliklər yaranmağa başladı. Münasibətlərimiz pozulmuşdu və aramızda narazılıqlar başlamışdı. Belə ki, Rəhimənin Cəmilə və Vəfa adlı rəfiqələri tez-tez bizə gəlirdilər. Cəmilə ərindən boşanmışdı, Vəfanı isə "Sahil" metrostansiyasının qarşısından başqa bir oğlanla əl-ələ tutub getməsini görmüşdüm. Arvadıma Cəmilə və Vəfanın bizim ailəmizə uyğun olmadıqlarını və onlarla əlaqəni kəsməsini bildirmişdim. Rəhiməsə buna etiraz etmişdi.
"Evimizə gələn zənglərin siyahısını çıxartdırdım"
Evimizə tez-tez zənglər gəlirdi. Hər dəfə dəstəyi götürəndə zəng edən şəxs danışmayaraq dəstəyi yerinə qoyurdu. Rəhimədən zəng edən şəxslərin kim olduğunu soruşduqda, o, müəllim yoldaşları olduğunu, lakin məndən utandıqları üçün dəstəyi yerə qoyduqlarını bildirirdi. Arvadıma inanmayaraq yaşadığımız mənzilə gəlmiş zənglərin siyahısını çıxartdırdım, həmin nömrələrlə əlaqə saxladım, lakin şübhəli hal hiss etmədim.
"Orta məktəb yoldaşları ilə "Çanaqqala" restoranında toplaşacaqlarını dedi"
Bir müddət sonra Rəhimə mənə orta məktəbdə birlikdə oxuduğu yoldaşları ilə "Çanaqqala" restoranında ailəvi toplaşacaqlarını dedikdə, etiraz etmədim. Rəhimə və qızımla birlikdə restorana getdik. Orada heç kimin ailəsi ilə gəlmədiyini gördüm. Məclisi birtəhər yola verdim. Evə qayıtdıqda, Rəhimədən məqsədinin nə olduğunu soruşdum. Rəhimə isə sərbəst yaşamaq istədiyini söyləyərək, "atam evində olarkən atamla qardaşımın sözünü eşitməmişəm, indi sənimi eşidəcəyəm?",- dedi.
"Sən kişi deyilsən, sənin papağını yerə soxmuşam"
Səhəri gün Rəhimə işdən evə gec gəldi. Rəhimədən bu vaxt haradan gəldiyini soruşduqda, "sən kişi deyilsən, sənin papağını yerə soxmuşam, əgər kişi olsan, pencəyini götürüb evdən çıxarsan, mənim yaşadığım şəxs var, o, məni istədiyim kimi təmin edir, ona desəm, səni içəri basdırıb orada da öldürtdürər",- dedi. Həmin şəxsin kim olmasını soruşsam da, cavab vermədi. Bundan sonra isə öz istədiyi kimi yaşamağa başladı. Bu barədə Rəhimənin atası və qardaşı ilə söhbət etdikdə, onlar bizim ailə işimizə qarışmadıqlarını bildirdilər".
"Ay qonşular, kömək edin, Fəal məni öldürür"
2011-ci ilin iyun ayında Rəhimə mənə Nabrana istirahətə getmək istədiyini söylədi. Ona maddi imkanımızın zəif olduğundan Nabrana gedə bilməyəcəyimizi açıqladım. Rəhimə Nabrana tək getmək istədiyini bildirdikdə, etiraz etdim. Aramızdakı narazılıqlar daha da kəskinləşdi.
2011-ci ilin avqust ayının əvvəllərində növbəti mübahisə zamanı Rəhimə məndən evi tərk etməyimi tələb etdi. Əks təqdirdə, özünə qəsd edəcəyini dedi. Stolun üstündən bıçaq götürmək istədikdə, ona imkan vermədim. Rəhimə bədənimi cırmaqladı. Bundan sonra qapını açıb dəhlizə çıxaraq, "ay qonşular, kömək edin, Fəal məni öldürür", - deyə qışqırdı. Bir əlimlə onun ağzından, digər əlimlə isə əllərindən tutub içəri gətirdim. Əgər Rəhiməni öldürmək istəsəydim, bunu problemsiz edə bilərdim. Məcbur olub evdən çıxıb atamgilə getdim, gecəni orada qaldım.
"Gəl barışaq, oynaşdan adama ər olmaz"
Avqust ayının 5-də Rəhimə şikayət etdiyi üçün mən Səbail rayonu 8-ci PB-nə gedərək izahat verdim, təhqiqatçıdan bizi barışdırmasını xahiş etdim. Lakin barışıq olmadı, iş məhkəməyə göndərildi. Həmin günü axşam mobil telefonuma tanımadığım nömrədən zəng gəldi. Zəng edən şəxs, "sən kasıbsan, mənim hər şey etməyə imkanım var, səni içəri salıb öldürtdürəcəm",- dedi. Belə zənglər mütəmadi olaraq gəldiyindən qorxurdum.
İşləmək üçün qohumlarının yanına - Rusiya Federasiyasına getdim. Orada olarkən Rəhimə ilə danışmaq üçün ona zəng vurdum. Ona, "hər ailədə söz-söhbət olur, gəl barışaq, oynaşdan adama ər olmaz", - dedikdə Rəhimə bir daha mənə azad yaşamaq istədiyini bildirdi.
"Mənim tanışlarım səni bircə saniyəyə yox edərlər"
Bu ilin yanvar ayında Bakı şəhərinə qayıtdım. Hava limanında saxlanılaraq polis əməkdaşlarına təhvil verildim. Yanvar ayının 10-da məhkəmədə hazırlıq iclası oldu. Növbəti iclas yanvar ayının 17-nə təyin edildi.
Yanvarın 11-də səhər saatlarında küçədə Rəhimənin qızım Dilşadla getdiyini görüb mənimlə söhbət etməsini xahiş etdim. O, da razılaşaraq maşına mindi. Rəhiməyə, "Ləman, xahiş edirəm, gəl barışaq" dedikdə, Rəhimə, "mənim elə tanışlarım var ki, səni bircə saniyəyə yox edərlər", - dedi.
Həmin vaxt Rəhimənin mobil telefonuna çoxlu zənglər və ismarışlar gəlmişdi. Ondan zəng edən şəxsin kim olmasını soruşsam da, cavab vermədi. Rəhimə işi olduğunu dediyi üçün onu gətirib evə düşürtdüm, qızımı gəzməyə apardım.
"Mənim yaşadığım adam var"
Ertəsi gün səhər yuxudan oyandıqdan sonra Rəhimə ilə görüşmək üçün onun işlədiyi məktəbə gəldim. Rəhimənin qohumlarından qorxduğumdan 8-ci km qəsəbəsindən bir ədəd bıçaq alıb cibimə qoydum. Məktəbin direktoru Şakir müəllimlə söhbət edərək Rəhimə ilə məni barışdırmasını xahiş etdim. Şakir Rəhimə ilə söhbət edəcəyinə söz verərək bayırda gözləməyi tapşırdı. Saat 16:20 radələrində Rəhimə məktəbdən çıxdıqda, ona yaxınlaşıb söhbət etmək istədiyimi dedim. Rəhimə, "mənim yaşadığım adam var", - deyərək ucadan qışqırmağa başladı. Bərk əsəbiləşmişdim, nə edəcəyimi bilmirdim. Əsəbi halda gödəkcəmin cibində olan bıçağı çıxarıb Rəhiməni vurdum. Hansı nahiyələrindən və neçə bıçaq zərbəsi vurmağımı xatırlamıram. Rəhimə yerə yıxıldıqda, bıçağı hadisə yerində atıb, taksi ilə Günəşli qəsəbəsinə getdim. Oradan isə 33-cü PB-nə gedərək təslim oldum.
Aramızda nikahın ləğv edilməsindən xəbərim olmayıb. Mən Rusiyada olan zaman boşanmaya iştirakım olmadan baxılıb".
"Qızımın ailəsində münaqişələr səngimək bilmirdi"
Zərərçəkmiş şəxs qismində dindirilən Telman İsmayılov ifadəsində qızı Rəhimənin ailəsində narazılıqlar olduğunu, bir neçə dəfə qızı ilə kürəkənini barışdırdığını göstərib: "Qızımla Fəal İsmayılov 2004-cü ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdular. Əvvəllər ailə münasibətləri normal olsa da, 2011-ci ilin payız aylarından aralarında mübahisə və narazılıqlar baş verirdi. Bir neçə dəfə qızımın evinə getmiş, Rəhimə ilə kürəkənim Fəalı barışdırmışdım. Lakin qızımın ailəsində münaqişələr səngimək bilmirdi.
"Qızımı boğub öldürmək istəmişdi"
Hətta 2011-ci ilin avqust ayında baş verən münaqişə zamanı kürəkənim Fəal qızımı boğub öldürməyə cəhd etmişdi. Həmin vaxt Rəhimə Fəalın əlindən güclə qaça bilmişdi. Fəal qızımı döydüyünə görə o da polisə şikayət etmişdi. Fəalın barəsində olan cinayət materialı baxılması üçün məhkəməyə göndərildikdə, o, ölkədən qaçaraq Rusiya Federasiyasında gizlənmişdi. Rəhimə Fəalın ölkədən qaçdığını bildikdən sonra məhkəməyə ərizə verərək rəsmi şəkildə ondan ayrılmışdı. Mən qızımla mütəmadi olaraq telefonla əlaqə saxlayırdım, Rəhimə mənə hər hansı bir narahatçılığın olmadığını deyirdi.
"Cinayətin motivi qısqanclıq deyil, qisasdır"
Yanvar ayının 12-də qızım Səbirə mənə zəng edərək Rəhimənin bıçaqlandığını dedi. Qızımın işlədiyi məktəbə gəldikdə Rəhimənin aldığı bıçaq zərbələrindən öldüyünü gördüm. Rəhimə polisə şikayət etdikdən sonra Fəal bizə gələrək qızımın onu bağışlamasını xahiş edirdi. Mənim qızımın başqa şəxslərlə hər hansı bir əlaqəsi olmayıb. Cinayətin motivi isə qısqanclıq deyil, qisas olub. Həmçinin Fəal polisə könüllü təslim olmayıb. Qardaşı Xəyal İsmayılov polislər tərəfindən saxlanıldıqdan sonra polisə gəlib. Məhkəmə tərkibindən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edirəm".
"Ərinin bacım barəsində dedikləri ağ yalandır"
Şahid qismində dindirilən Rövşən İsmayılovun ifadəsindən:
- Rəhimə ailə qurduqdan sonra onların ailədaxili problemləri olurdu. Lakin bu münaqişələrdən yalnız bir neçəsindən xəbərim olub. Bacımın evinə gedərək Fəalla onu başa salmışam, bir-birilərinə güzəştə getməyin vacibliyini söyləmişəm. 2011-ci ilin payız aylarında bacım ailə münaqişələrinə görə Fəaldan rəsmi qaydada boşanmışdı. Belə ki, 2011-ci ilin avqust ayında Fəal Rəhiməni döydüyündən Rəhimə ondan polisə şikayət etmiş, Fəal isə qaçaraq Rusiya Federasiyasına getmişdi.
Bu ilin yanvar ayında Rəhimənin işlədiyi məktəbin direktoru mənə zəng vuraraq, Rəhimənin keçmiş əri Fəal tərəfindən işlədiyi məktəbin yaxınlığında bıçaqla vurularaq öldürüldüyünü dedi. Rəhimənin işlədiyi məktəbin qarşısına getdikdə bacımın meyitinin yerdə uzanıqlı vəziyyətdə olduğunu gördüm.
Fəal Rəhimə ilə barışmaq istəyirdi, amma bacım Fəalla yaşamaq istəmirdi. Çünki ailə qurduqdan sonra Fəal həmişə Rəhiməni incitmişdi. Buna baxmayaraq, Rəhiməyə ailəsini dağıtmaması barədə məsləhət verirdim. Fəalın Rəhimənin kənar şəxslə əlaqəsinin olması barədə dedikləri yalandır.
"Ərindən ayrılmışdı və onunla bir yerdə yaşamaq istəmirdi"
Şahid qismində dindirilən Cəmilə Təhməzova ifadəsində mərhum rəfiqəsi və onun həyat yoldaşı ilə münasibətlərinin həmişə yaxşı olduğunu göstərib: "Rəhiməni 1997-ci ildən etibarən birlikdə işlədiyimiz mətbəədən tanıyıram. Ailəvi gediş-gəlişlərimiz olub. Son zamanlar Rəhimə ilə Fəalın münasibətlərində soyuqluq yaranmışdı. Onlar hər xırda şeyin üstündə mübahisə edirdilər. Rəhimə ilə Fəal 2011-ci ilin avqust ayında dalaşmışdılar. Rəhimə də bu barədə polisə şikayət etmişdi. Sonradan Fəalın Rusiyaya getdiyini eşitdim. 8 yanvar 2012-ci ildə uşaqlarımla birlikdə Rəhimənin evinə qonaq getmişdim. Həmin vaxt Rəhimə mənə Fəalın Bakıya qayıtdığını dedi. Bundan sonra Fəalın atası və Rəhimənin bacıları da ondan Fəalla barışması barədə xahiş etmişdilər. Rəhimə də barışmaq barədə ərizə verdiyindən Fəalı buraxmışdılar. Lakin Rəhimə Fəalla məhkəmədə barışsa da, onunla bir yerdə yaşamaq istəmirdi, ondan boşanmışdı. Sonradan Rəhimə ilə yalnız telefonla əlaqə saxlamışam və danışıqlar zamanı Rəhimə Fəalın ondan əl çəkmədiyini, barışmaqda israr etdiyini söyləmişdi.
Fəalın Rəhimə ilə rəfiqə olmağıma qarşı olduğunu heç zaman hiss etməmişəm. Əgər belə bir şey hiss etsəydim, Rəhimə ilə əlaqəni kəsərdim. Onların ailə münasibətləri 2011-ci ilin əvvəllərindən Fəalın yersiz qısqanmalarına görə pozulmuşdu. Rəhimə heç kimlə görüşməmişdi, Fəalı aldatmamışdı. Rəhimə ilə çox yaxın rəfiqə olduğum üçün şəxsi həyatımız haqqında mütəmadi olaraq bir-birimizə danışırdıq. Rəhimə mənə mobil telefonu ilə "odnoklassniki" internet saytında Varis adlı şəxslə virtual olaraq dostluq əlaqəsi saxladığını bildirmişdi. Lakin Rəhimənin Varislə görüşüb-görüşmədiyindən və digər şəxslərlə hər hansı əlaqəsinin olub-olmamağından xəbərim olmayıb və o, bu barədə bir söz deməyib".
"Rəhiməni "odnoklassniki.ru" saytından tanımışam"
Şahid qismində dindirilən Varis Məmmədovun ifadəsindən:
- Ailə üzvlərimlə birlikdə Şirvan şəhərində yaşayıram. 2007-ci ildən etibarən Bakı şəhərində yerləşən "Mədən Geofizika" idarəsində mühəndis işləyirəm. Rəhimə İsmayılovanı "Ləman İsmayılova" adı ilə 2011-ci ilin oktyabr ayının sonlarından etibarən "Odnoklassniki" sosial şəbəkəsi vasitəsilə tanımışam. Bir müddət internet vasitəsilə ünsiyyət yaratdıqdan sonra telefon nömrələrimizi bir-birimizə vermişdik. Telefon nömrələrini internetə girən zaman bir-birimizə xəbər vermək məqsədilə vermişdik. Rəhimə özünün 35 yaşı olmasını, müəllim işlədiyini, ailəli olub boşandığını, həmin nikahdan 6 yaşlı bir qızı olduğunu demişdi. Rəhimə ilə heç vaxt görüşməmiş, yalnız telefon və internet vasitəsilə iş və məişət problemləri barədə ünsiyyət yaratmışam.
"Rəhiməni heç vaxt həyatda görməmişəm, onunla görüşməmişəm"
Rəhimənin yaşadığı ünvanı bilmirəm və onu heç vaxt görməmişəm. Bir-birimizə səmimi mesaj yazmışıq, lakin aramızda başqa heç bir münasibət olmayıb. Rəhimənin hansı səbəbdən ərindən ayrılmasını bilmirəm. İnternetdə onunla virtual olaraq ümumi dostlarımız olsa da, Rəhimənin hər hansı bir tanışı ilə əlaqəm olmayıb. Sonuncu dəfə Rəhimə ilə bu ilin yanvar ayının 10-da danışmışam. Rəhimə həmin gün mənə dərsdən sonra sinif yoldaşları ilə yığıncaq keçirəcəklərini dedi. Həmin tarixdə Rəhimə ilə danışmaq üçün zəng vursam da, telefona cavab vermədi. Rəhimənin mobil telefonunun yaddaşında adımın niyə "Caniko" kimi yazılmasının səbəbini bilmirəm. Mənə məxsus nömrədən mərhum Rəhimə İsmayılovaya məxsus nömrəyə yanvarın 12-də yazılan "Yeyif içif kef edirsən? Yadına da düşmürəm hə? Telnu söndürürsən ki, narahat etmiyim hə? Oldurejem seni. Tans oynama eşitdin?" ismarışını zarafatca yazmışam. Ertəsi gün Rəhimə telefon zənglərimə cavab vermədi. Rəhimənin mobil telefonuna "Sabahın xeyir olsun. Niyə sənə zəng çatmır nə olub" və "De görüm nə olub niyə cavab vermirsən? Saat 10-da odnoklassnikdə olacam" ismarışlarını Rəhimədən nigaran qaldığım üçün yazmışam. Rəhimə ilə yalnız dost münasibətlərində olmuşam və aramızda başqa heç nə olmayıb.
"Rəhiməni səmimi və işgüzar insan kimi tanımışam"
Şahid qismində dindirilən Şükür Şükürov ifadəsində 1999-cu ildən Uşaq musiqi məktəbində müəllim işlədiyini, həmin vaxtdan da Rəhimə İsmayılovanı bir iş yoldaşı kimi tanıdığını göstərib: "Rəhiməni səmimi və işgüzar insan kimi tanımışam. Onun ailə problemləri ilə bağlı heç bir məlumatım olmayıb.
Yanvar ayının 12-də saat 16:15 radələrində dərsdə olduğum zaman dəhlizdən səs-küy gəldiyini eşitdim. Otaqdan çıxdıqda, məktəbin yaxınlığında bir nəfər qadının yıxılıb qaldığını dedilər. Dərhal həmin yerə getdim. Bu vaxt Rəhimənin yerdə hərəkətsiz vəziyyətdə uzandığını gördüm. Hadisə yerinə gəldikdə, məktəbin direktoru Şakir müəllim mənim telefonumla polisə məlumat verdiyindən polis əməkdaşları yenidən mənə zəng edib hadisə barədə ətraflı məlumat aldılar. Bir qədər keçdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəldi. Səhəri gün Rəhimənin yas mərasimində iştirak etdiyim zaman sonuncunun keçmiş həyat yoldaşı Fəal tərəfindən qısqanclıq zəminində öldürülməsini eşitdim".
QEYD: Məhkəmənin hökmü ilə Fəal İsmayılov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Son söz əvəzi:
Zaman dəyişib, dövran başqalaşıb. Artıq internet həyatımızın bir parçasına çevrilib. İndi sosial şəbəkələr də insanlar arasında yeganə ünsiyyət vasitəsi olub.
Halbuki əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər dəyişməz olaraq qalmalıdır. O dəyərlər ki, əsl yoldaşlığı, dostluğu və ya sevgini sınaqlardan keçirərək formalaşdırır.
Məncə irəli getdikcə hərdən geriyə boylansaq, yaxşıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
|