GENERAL-MAYOR LƏNKƏRAN ƏLİYEVİN BİTDİYİ NÖQTƏ
Tarix: 12-08-2012, 14:29 |
Çap et
MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİ QİSASA BAŞLADI
DİA.AZ: - Bir müddət əvvəl Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı ardıcıl hücumlar edən general Lənkəran Əliyevlə bağlı qalmaqal səngimiş kimi görünsə də, vəziyyət heç də belə deyil. Bu barədə DİA.AZ-ı məlumatlandıran hərbi qaynaqlar iddia edir ki, MN rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının əməkdaşı general-mayor Lənkəran Əliyevin həbsinə səbəb olan addımların atılmasına qərar veriblər.
Məlumata görə, Respublika Hərbi Prokururluğunun ağır cinayətlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi 3 gündür ki, Lənkəran Əliyevin işi üzrə şahidləri yenidən dindirilmələri üçün Hərbi Prokurorluğa dəvət edib.
Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, söhbət L.Əliyevin 2001-2010-cu illərdə rəhbərlik etdiyi Müdafiə Nazirliyi Təlim - Tədris Mərkəzində baş əverən dövlət əmlakının mənimsənilməsi və digər korrupsiya hallarının yenidən araşdırlmasından gedir.
Xəbərə görə, bu dəfə L.Əliyevin məsuliyyətə cəlb olunaraq həbsə atılacağı istisna deyil və müdafiə naziri Səfər Əbiyevin bu məsələ üzrə ölkə başçısının “xeyir-dua”sını aldığı bildirilir. Məlumatlarda o da deyilir ki, istintaqçılar tərəfindən Lənkəran Əliyevin Tərtərdə N saylı hərbi hissəyə komandanlığı dövrü də araşdırıla bilər. O zaman zabitlərin qəniminə çevrilən L.Əliyev yəqin ki, bu barədə də açıqlama vermək zorunda qalacaq.