Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı .....                     Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında .....                     "Vətəndaş A" serialında söyüş açıq formada verilib? .....                     ABŞ səfiri söylədi, İrəvan etiraf etdi .....                     “Səmimi fransız dostluğunun” acı meyvələri .....                     Oğuzda Şəhid ailəsi buna görə narazıdır .....                     Xalq artisti Dubayda belə dincəlir .....                     "Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" .....                     “Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət .....                     Xanəndə Ramiz Bəşirov vəfat edib .....                     Balıqçılar nazirdən şikayətçi düşüb... .....                     Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... .....                     Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı .....                     Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR .....                     Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb? .....                     Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... .....                     Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb .....                     "Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..." .....                     “Modern Construction Group”un kapitalından 1.6 milyon manat geri götürüldü .....                     İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... .....                     Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir .....                     Bu sual həm də o səbəbdən maraqlıdır ki... .....                     Nazirin sensasion eyhamı: cərimələr yığılıb hara gedir? .....                     "Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." .....                     Putin bunu əvvəldən bilməli idi... .....                     İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi, uduzdu .....                     Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır? .....                     Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib .....                     "Klarneti həmin aparıcının ağzına soxacağam..." .....                     Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz .....                     Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında .....                     Tarixi qərarsızlıq və müsbət gözləntilər .....                     75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? .....                     Rusiyanı qoruyan “əl” geri çəkildi: .....                     Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? .....                     Mərkəzi Bank İKT avadanlıqları aldı .....                     Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? .....                     Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi .....                     1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? .....                     Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub .....                 

AMİP PREZİDENT SEÇKİSİNƏ NAMİZƏD ÇIXARIR
Tarix: 16-09-2011, 14:13 | Çap et
AMİP PREZİDENT SEÇKİSİNƏ NAMİZƏD ÇIXARIR

MİLLİ İSTİQLALÇILAR İP-LƏ NİYƏ ANLAŞA BİLMƏYİB?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin APA-ya müsahibəsi

- Müalicə olunurdunuz, hazırda səhhətiniz necədir?
- Mənim hərəkətimlə bağlı problem vardı, onurğa sütunumda yırtıq əmələ gəlmişdi. Almaniyada əməliyyat keçirdim. Hazırda səhhətim yaxşıdır, özümü əla hiss edirəm.

- Siz müalicə olunduğunuz vaxtda bəzi partiya yetkililəri, o cümlədən Əli Orucov AMİP-in fəaliyyətində qüsurlar olması barədə açıqlamalar verdi. Doğrudan AMİP-də axsamalar var?
- AMİP Nizamnaməsinə uyğun olaraq kollegial bir təşkilatdır. Bizdə hər şey şəffafdır, bütün qərarlar kollegial qaydada qəbul olunur. Siz deyənlər partiya funksionerlərinin mövqeyidir. Mən partiya sədri olandan sonra AMİP-də vəziyyət dəyişib, partiyada böyük canlanma var idi. Bu ilin təxminən ortalarına yaxın AMİP İctimai Palatada fəaliyyətini dayandırdı, həmin vaxt mənim səhhətimdə problem yarandı, müalicəyə getdim, yay mövsümü idi və s. Bütün bu amillər partiyamızın fəaliyyətinə təsir etdi, həqiqətən də axsamalar vardı. Amma indi hər şey qaydasına düşüb, partiya fəaliyyətini əvvəlki axarla davam etdirir. Gördüyünüz kimi, işə çıxan kimi partiya funksionerləri ilə İsveçə səfərim oldu. Sonra, İran səfirliyinin qarşısında piket keçirdik. Bundan sonra da proqram çərçivəsində AMİP fəaliyyətini davam etdirəcək, partiyanın iclasları vaxtı-vaxtında keçiriləcək.

- AMİP funksionerlərinin partiyanın fəaliyyətində axsamalar olduğunu deyərkən bunun əksini iddia edənlər də vardı. Məsələn, AMİP-in baş katibi Arzuxan Əlizadə deyirdi ki, partiyada problem yoxdur. Hazırda AMİP-də qruplaşma, ikitirəlik varmı?
- Xeyr, partiyada heç bir qruplaşma yoxdur. Partiyanın Siyasi Şurası var, zəruri məsələlər Siyasi Şurada müzakirə olunacaq.

- Siz mətbuata açıqlamanızda demisiniz ki, AMİP İctimai Palatada fəaliyyətini davam etdirə bilər. Bu, nə qədər realdır?
- Yox, bu dediklərim sadəcə ehtimaldır. Yəni, AMİP İctimai Palatada fəaliyyətini davam etdirə də bilər, etdirməyə də bilər. Bu, Siyasi Şuranın qərarı ilə bağlı məsələdir. Siyasi Şuranın verdiyi qərarları partiya icra edir. Siyasi Şura İctimai Palatada fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Bununla bağlı sənəd də qəbul etmişik və nəyə görə iştirakımız dayandırdığımızı orada göstərmişik. Ancaq bəzi üzvlərimiz indi də İctimai Palatada fəaliyyətini davam etdirir. İctimai Palata yeni yaradılmış qurumdur, bizim orada tövsiyələrimiz və bir razılığımız var idi. Razılıq pozulduğuna görə fəaliyyətimizi dayandırdıq. Bir daha deyirəm ki, AMİP məsələlərin həllini təkcə küçə yürüşü və mitinqlərdə görmür. Bununla bağlı İctimai Palatada mənim də, Başqalarının da çıxışları olmuşdu ki, təşkilatlanma işi başa çatmadan, digər zəruri işlər başa çatmadan buna getmək olmaz, bu cür məsələlər hələ tezdir. Biz hələ proqramla çıxış etməli, Nizamnamə qəbul etməliydik. İndi görürsünüz, Palata “yol xəritəsi” hazırlayıb. Bilirsiz, mitinq, yürüş son məqamdır və bunun da modeli, forması var. Beləliklə, bildirirəm ki, AMİP Siyasi Şurası nə vaxt qərar versə, biz İctimai Palatada fəaliyyətimizi davam etdirəcəyik. Partiyada bu məsələ ilə bağlı müxtəlif fikirlər olub, bu gün də var. Amma AMİP-də qərar qəbul olunursa, hər kəs bu qərara tabedir. Bu məsələ AMİP-in rayon təşkilatlarında, həmçinin üç aydan bir keçirilən Mərkəzi Şura iclasında müzakirə oluna bilər. O da ola bilər ki, Siyasi Şura sabah qərar verir və biz yenə də İctimai Palatada fəaliyyətimizi davam etdiririk.

- Deyirsiz ki, bu məsələ AMİP-in rayon təşkilatlarında, həmçinin üç aydan bir keçirilən Mərkəzi Şura iclasında müzakirə olunmalıdır. AMİP İctimai Palatada fəaliyyətini dayandıran vaxt rayon təşkilatlarının konfransı çağırılmışdı?
-Xeyr. AMİP nə İctimai Palatanı təsis edəndə, nə də fəaliyyətini dayandıranda belə konfrans çağırılmamışdı. Amma həmin dövrdə qərarlar Mərkəzi Şuralar arası dövrdə partiyanın qərarverici orqanı olan Siyasi Şura tərəfindən müzakirə olunaraq qəbul edilib. Bir şeyi deyim ki, bizim fəaliyyət istiqamətimizin bir hissəsi partiyanın gücləndirilməsinə yönəldilibsə, digər istiqaməti siyasi partiyalarla əməkdaşlıqla bağlıdır. Məsələn, “Altılar”ın toplantısına da qatıldıq. Onlara dedik ki, biz orda yoxuq, amma fəaliyyətinizi başlayın, görək ortaya nə çıxacaq. Bir blokdan çıx, başqa hərəkata qoşul... Belə olmaz. 2013-cü il yaxınlaşdıqca siyasi müxalifət düşərgəsində qruplaşmalar olacaq. Axır hərə öz yerini tapacaq. Buna heç pis də baxmaq lazım deyil. 2013-cü ilə qədər hələ qarşıda iki il vaxt var. Ola bilsin “Altılar”la İctimai Palata birləşdi. Hər şey ola bilər.

- Bayaq dediniz ki, bizim İctimai Palatada bir razılığımız var idi, razılıq pozulduğuna görə orada fəaliyyətimizi dayandırdıq. Söhbət hansı razılaşmadan gedir?
- Mən küçə yürüşləri və mitinqlərə getməyin tez olduğunu demişdim. Birinci dəfə idi ki, Azərbaycanda siyasi partiyalarla vətəndaş cəmiyyətinin nümayəndələri bir qurumda fəaliyyət göstərirdi. Yəni, İctimai Palata yeni bir model idi. Yeni model də olduğuna görə vaxt lazım idi ki, sənədlər qəbul olunsun. Beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşəndə bizdən sənəd tələb edirdilər ki, sənədinizi ortaya qoyun. Bununla bağlı razılığa gəlmişdik. İkincisi, biz partiya olaraq İctimai Palatanı daha geniş formatda görmək istəyirdik. Məsələn, mənim özümün iki partiya ilə bağlı təklifim olmuşdu ki, onlar İctimai Palatada təmsil olunsunlar. Əvvəl bununla bağlı razılığa gəlmişdik. Sonradan bu razılıq da pozuldu. Mən deyirdim ki, gəlin nisbətən “Açıq qapı” siyasəti yürüdək, bizə qoşulmaq istəyənlər qoşulsun. Bunu da razılaşdırmışdıq, razılaşmamız pozuldu. Ümumilikdə iki razılaşmanın pozulması AMİP-in İctimai Palatada fəaliyyətini dayandırmasına səbəb oldu.

- İctimai Palataya daxil edilməsinə təklif irəli sürdüyünüz partiyalar hansılar idi?
- Adlarını deyə bilərəm, Ümid Partiyası və ADP. Onlar gəlmək istəyirdi. ADP “Ümid”siz gəlmək istəmirdi. “Ümid”i də Palatada qəbul etmək istəmirdilər. Söhbət bu iki partiyadan getmir, başqa partiyalar da gəlmək istəyirdi, sadəcə adlarını çəkmək istəmirəm.

- Siz razılıqlar pozulduğuna görə AMİP-in İctimai Palatada fəaliyyətinin dayandırdığınızı dediniz. Bəs son vaxtlarda hansı dəyişikliklər baş verib ki, partiyanın Palataya qayıda biləcəyini deyirsiniz? Bəlkə İctimai Palatanın aksiyaları dayandıraraq “yol xəritəsi” hazırlaması fikrinizi dəyişdirib?
- Axı biz qayıtmamışıq, hələ gözləmə mövqeyindəyik. Görürsüz ki, küçə mitinqləri, yürüşləri dayandırıldı, “yol xəritəsi” hazırlanıb müvafiq qurumlara təqdim olundu. Dəyişikliklər olarsa, ola bilsin fikrimizi dəyişib Palatada fəaliyyətimizi davam etdirdik. Çörçilin məşhur bir ifadəsi var: Böyük Britaniyanın daimi dostları və düşmənləri yoxdur, daimi maraqları var. Bizim də daimi maraqlarımız var. AMİP-in maraqlarına nə uyğun olsa, o cür də hərəkət edəcəyik. Bir şeyi də deyim. AMİP təmsilçilərindən Palatada bu gün də fəaliyyətini davam etdirənlər var ki, onlar bunu fərdi qaydada edirlər, biz bunu qadağan edə bilmərik.

- 2013-cü il prezident seçkilərində AMİP-in öz namizədi ilə, yoxsa müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ilə iştirakının tərəfdarısınız? Əgər AMİP seçkiyə təkbaşına gedərsə, namizəd Siz, yoxsa Etibar Məmmədov olacaq?
- Əlbəttə, əgər Etibar bəy namizəd kimi qatılarsa, mən seçkidə iştirak etmərəm, AMİP də onun namizədliyini dəstəkləyəcək. Əgər Etibar bəy iştirak etməsə və partiya məsləhət bilsə, mən öz namizədliyimi irəli sürəcəyəm. Çünki AMİP sonuncu prezident seçkiləri istisna olmaqla həmişə prosesə öz namizədi ilə qatılıb. AMİP-in 2013-cü ildə prezident seçkilərində öz namizədilə iştirak edəcəyi birmənalıdır.

Ümumiyyətlə, düşünürəm ki, bəzi siyasi partiyalar öz ambissiyalarını, öz oyunlarını bir qırağa qoysalar və birlikdə layiqli mövqedən çıxış etsək, uğur qazanarıq, qələbəyə nail olarıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Bu gün, 10:36
Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında - BUNA GÖRƏ...
Bu gün, 10:34
"Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
Bu gün, 10:33
ABŞ səfiri söylədi, İrəvan etiraf etdi - ŞƏRH
Bu gün, 10:30
“Səmimi fransız dostluğunun” acı meyvələri - bəs “balaca bacını” necə aldada bildin?
Bu gün, 10:25
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Bu gün, 10:20
Xalq artisti Dubayda belə dincəlir - VİDEO
Bu gün, 10:12
"Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" - FAKT BUDUR!
Bu gün, 10:09
“Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:04
Xanəndə Ramiz Bəşirov vəfat edib - VİDEO
Bu gün, 10:00
Balıqçılar nazirdən şikayətçi düşüb... - "Qaydalar sərtləşdikcə..."
Bu gün, 09:56
Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... - bu gün mühakimə olunacaq...
Bu gün, 09:51
Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:41
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Bu gün, 09:38
Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb? - Görünəni odur ki...
Bu gün, 09:35
Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... - Şok faktlar ortaya çıxdı
Bu gün, 09:33
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb - “Azad İran”
Bu gün, 09:26
"Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..." - Akademşəbəkəyə NÖVBƏTİ İTTİHAM
Bu gün, 09:21
“Modern Construction Group”un kapitalından 1.6 milyon manat geri götürüldü
Bu gün, 09:07
İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
Bu gün, 09:06
Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
Bu gün, 09:00
Bu sual həm də o səbəbdən maraqlıdır ki... - Ekspert danışır...
Bu gün, 08:56
Nazirin sensasion eyhamı: cərimələr yığılıb hara gedir? - GƏLİŞMƏ
Bu gün, 08:52
"Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...
Bu gün, 08:49
Putin bunu əvvəldən bilməli idi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:39
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi, uduzdu - TƏFƏRRÜAT
Bu gün, 08:36
Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır? - İLGİNC...
Bu gün, 08:34
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib - FOTO
Bu gün, 08:30
"Klarneti həmin aparıcının ağzına soxacağam..." - Hüseyn HƏDƏLƏDİ
Bu gün, 07:44
Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz - Başqa cür ola da bilməz...
Bu gün, 07:36
Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında - Yollar ayırdı bizi?...
Bu gün, 07:32
Tarixi qərarsızlıq və müsbət gözləntilər - Təqaüdə bir addım qaldı
Bu gün, 07:29
75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
Bu gün, 07:27
Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
Bu gün, 07:23
Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Dünən, 19:00
Mərkəzi Bank İKT avadanlıqları aldı
Dünən, 18:58
Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Dünən, 18:00
Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Dünən, 17:57
1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Dünən, 17:54
Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Dünən, 17:51
"Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Dünən, 17:45
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Dünən, 17:37
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Dünən, 17:33
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Dünən, 17:28
Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Dünən, 17:25
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Dünən, 17:13
Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 17:02
“Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Dünən, 17:00
Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Dünən, 16:57
Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Dünən, 16:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru