Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA .....                     Azərbaycan Mərkəzi Bankı .....                     Bütün ermənilərin katolikosu Bakıya gələ bilər .....                     Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi .....                     Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib .....                     Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər .....                     Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir .....                     Gözətçi "Kapital Bank"a kredit almağa getdi .....                     İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı .....                     Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Qarabağ belə azad edilib: .....                     Ora da Azərbaycanındır, geri çəkilməliyik .....                     HƏMAS-ın Siyasi Bürosunun sədr müavini .....                     Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... .....                     Paşinyan özü Bakıya gəlmək istəyir, amma umacağı var .....                     Evləri zərər görmüş vətəndaşlara kompensasiya veriləcək? .....                     Neft tədarükünün və ixracının azalması .....                     İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR .....                     “McDonald`s”dakı təhlükə: .....                     Dədə Süleymanın .....                     "Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" .....                     Həkimlərə 30 xəstə limiti? .....                     Atlantikdən gələn təhlükə: .....                     Ermənistan ordusunda "bardaq" hökm sürür .....                     İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə .....                     Arabir duman olacaq .....                     İki insanın ölümünə səbəb olan tunel .....                     Bakıda 371 min manatlıq fırıldaq .....                     Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir .....                     Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib .....                     “Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” .....                     Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb .....                     Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir .....                     Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir .....                     Sülh danışıqlarında erməni quyuları: .....                     DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib .....                     "Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" .....                     İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib .....                 

ƏVƏZ ZEYNALLININ HƏBSİ KİMƏ SƏRF EDİR?
Tarix: 29-10-2011, 15:42 | Çap et
ƏVƏZ ZEYNALLININ HƏBSİ KİMƏ SƏRF EDİR?

«XURAL»IN SIRADAN ÇIXARILMASININ ARXASINDA KİM DAYANIB?

Oktyabrın 28-də axşam "13" internet telekanalının ofisinə gedən yolda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs edilib. O, onlayn proqramda qəzetin hakimiyyət tərəfindən təqibinin səbəbləri barədə danışmalı idi.

Zeynallı cümə günü axşam 19 oktyabrda parlamentin deputatı Gülər Əhmədovanın verdiyi şikayətlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə aparılıb. Sonuncu deyib ki, guya bu ilin avqustunda redaktor ondan şantaj yolu ilə pul tələb edib.

Zeynallı öz qəzetində yazıb ki, Əhmədova “Xural” qəzetinin redaksiyasına gələrək hakimiyyətə loyallıq müqabilində ona iri məbləğdə pul təklif edib. Həmin fikri o, sentyabrda Redaktorlar Şurasında səsləndirib. Zeynallının əsas ittihamçısı özü həbs günü bir həftəliyə Kiprə gedib.

Redaktorun CM-nin 311.3.3 və 311.3.4 maddələri üzrə böyük həcmdə rüşvət tələbi ittihamı ilə həbs edilməsi jurnalist cəmiyyəti üçün gözlənilməz olub. Çünki Zeynallının Ədliyyə Nazirliyinin 20 oktyabrda ona tətbiq etdiyi cəriməni ödəməkdən imtina etməsi ilə bağlı həbs olunması gözlənilirdi. Bir gün əvvəl məhkəmə icraçıları tələsik redaksiyanın bütün əmlakını məhkəmənin qərarı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Prezident yanında KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərlinin iddiası üzrə tətbiq edilən 15 min manat cərimə müqabilində müsadirə ediblər.

Qəzet Səfərlinin mətbuatın inkişafına yönəldilən dövlət vəsaitlərini talan etməsi, Mehdiyevin bütövlükdə ölkəni idarə etməsi, deputatların parlamentə onun siyahısı ilə düşməsi barədə materiallar verirdi.

Hər iki məmurun iddiası əsasında ilk məhkəmə qərarları fevralın əvvəlində verilib. Bu dövr qəzet üçün elə mürəkkəb olub ki, Zeynallı 8 fevralda mətbuat konfransı keçirərək ictimaiyyətin köməyini istəməyə məcbur olub. İki təhqir edilən dövlət xadimindən başqa, müğənni Nüşabə Ələsgərli və “Lider” telekanalında müxalifət təmsilçilərinin şərəf və ləyaqətlərinin təhqir edilməsi üzrə ixtisaslaşan deputat Etibar Hüseynov da məhkəmədən şərəflərinin müdafiəsini istəyiblər. Media Hüququ İnstitutunun məlumatına görə, fevralda qəzetə qarşı 5 məhkəmə prosesi davam edib.

Bundan sonra Mətbuat Şurası “Xural”ı heç bir əsası və səlahiyyəti olmadan reketlər siyahısına daxil etdi. Zeynallı Mətbuat Şurasını operativ axtarış və istintaq orqanı funksiyalarını mənimsəməkdə ittiham etdi. Redaktor bildirdi ki, qəzetin mühasibatı şəffafdır. O, həftədə 3 dəfə 2500-3000 nüsxə çıxır və tirajın 70 faizi alınır. Sentyabrın 19-dan «Xural» gündəlik çıxır, bu isə bir çoxlarının fikrincə, qəzetə təzyiqlərin artmasına səbəb olub.

Mayda məhkəmə icraçıları Mehdiyev və Səfərlinin iddiası üzrə ilk dəfə qəzetin əmlakını siyahıya alıb. Maraqlıdır ki, məhkəmə qərarının icrası ATƏT-in KİV azadlığı üzrə təmsilçisi Dunya Miyatoviçin Bakıya səfəri ilə üst-üstə düşdü. O isə belə pozuntular üçün daha müvafiq cərimə tətbiq etməyə çağırdı.

Təkcə 2010-cu ildə qəzetə qarşı 29 iddia verilib. Zeynallı üzərində ən uzun məhkəmə prosesi isə Adolf Hitlerin "Mənim mübarizəm" əsərini azərbaycanca çap etməsinə görə olub. O vaxt redaktor yüngül cəza ilə sovuşa bilmişdi.

Media Hüququ İnstitutu 22 iyul Mətbuat günündə ölkədə bayram ovqatının olmadığını bildirdi. MHİ bəyan edirdi ki, daha çox iddia “Xural”a qarşıdır. Onun 6 əməkdaşının həbsi tələb olunur. İnstitut jurnalistlərə fiziki və mənəvi təzyiqlərin davam etdiyini qeyd etmişdi. Eynulla Fətullayev həbsdən azad edilsə də, ölkədə gənc fəallar da daxil siyasi motivlərlə həbslər davam edir. Jurnalist Elmar Hüseynovun qətli hələ də açılmayıb

Hesabat dövründə ifadə azadlığı ilə bağlı 27 məhkəmə prosesi davam edirdi, bunlardan 11-i məhz birinci yarım ildə başlayıb.

Jurnalistlər və KİV-lərə qarşı iddialar əsasən ictimai xadimlər tərəfindən qaldırılıb.

Hesabat dövründə 50 jurnalist, o cümlədən 6 əcnəbi fiziki və psixoloji təzyiqlərə məruz qalıb. Əsasən bu kütləvi aksiyalar zamanı baş verib.

Üç isveçli jurnalist deportasiya olunub, 1 alman jurnalistə Naxçıvanda işləməyə imkan verilməyib, daha iki əcnəbi hücuma məruz qalıb.

MHİ-nin bu bəyanatından sonra «Xural» ətrafında pressinq halqası daralmaqda davam edirdi. Artıq sentyabrın 7-də CM-in 221.2.2 maddəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı xuliqanlıq) «Xural»ın Lənkəran müxbiri Aydın Caniyev həbs olunub və türmədə məhkəmə hökmünü gözləyir. Müxbir yerli ruhanilərin bir hissəsinin, narkoticarətçilərin və digərlərinin maraqlarına ciddi toxunub. Jurnalistin ortaya qoyduğu faktlar sonradan Mətbuat Şurasının tapşırığı ilə cənub regionuna bir qrup jurnalistin səfəri zamanı da təsdiqini tapdı. O zaman Lənkəranda «Xural»ın müxbiri Aydın Caniyevin həbsi ilə bağlı suala cavab verən ABŞ səfiri Metyu Brayza dedi: «Amerika mətbuat və söz azadlığını dəstəkləyir».

Bu hadisədən sonra Mətbuat Şurası ikinci dəfə «Xural»ı reket qəzetlər siyahısına saldı.

Nəhayət, «Xural» odisseyasının final hissəsi, demək olar ki, oktyabrın 19-da onun əmlakının müsadirə edilməsi və bütün mətbəələrin onu nəşrindən imtina etməsi ilə başa çatdı. Baş redaktorun özü isti izlərlə mətbuat konfransı çağırıb baş verənləri ölkə başçısının “əl-Cəzirə” telekampaniyasına verdiyi müsahibəsi ilə bağlı qəzetdə gedən şərh üçün İlham Əliyevin qisası adlandırdı.

Uzun müddət yüksək rütbəli məmurların gücünün çatmadığı «Xural»ın ləğvi prosesinin baş redaktorun prezidentə qarşı tənqidi və müəyyən dərəcədə təhqiramiz məqaləsindən sonra sürətlə başa çatdığını nəzərə aldıqda bu versiya müzakirə predmeti ola bilər.

Maraqlıdır ki, dərhal Mətbuat Şurası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi zərbə altından çıxarmağa cəhd etdi və bəyan etdi ki, Ramiz Ənvəroviç «Xural»a qarşı iddiasını hələ yazda geri götürüb və ona görə də bu qalmaqala heç bir aidiyyatı yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA - Günah sifarişi verəndədir
Bu gün, 15:26
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Bu gün, 15:21
Bütün ermənilərin katolikosu Bakıya gələ bilər - KİV
Bu gün, 15:19
Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi - TƏFƏRRÜAT
Bu gün, 15:08
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib - FOTO
Bu gün, 15:03
Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər – Azərbaycan MAFİYASI NECƏ YARANDI?
Bu gün, 15:00
Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir – Yenə məhkəməni təxirə saldırdı
Bu gün, 14:54
Gözətçi "Kapital Bank"a kredit almağa getdi - 200 manat cərimələndi
Bu gün, 14:48
İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı - TƏFƏRRÜAT
Bu gün, 14:46
Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... - GİLEY
Bu gün, 14:32
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:21
Qarabağ belə azad edilib: - Ermənistan rəsmi şəkildə etiraf etdi
Bu gün, 14:17
Ora da Azərbaycanındır, geri çəkilməliyik - Simonyan
Bu gün, 14:15
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Moskvada səfərdədir
Bu gün, 14:14
Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... - İLGİNC İDDİA
Bu gün, 14:08
Paşinyan özü Bakıya gəlmək istəyir, amma umacağı var - RƏY
Bu gün, 14:02
Evləri zərər görmüş vətəndaşlara kompensasiya veriləcək? - AÇIQLANDI
Bu gün, 14:00
Neft tədarükünün və ixracının azalması Azərbaycan iqtisadiyyatını nə ilə təhdid edir?
Bu gün, 14:00
İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR - TƏFƏRRÜAT
Bu gün, 13:56
“McDonald`s”dakı təhlükə: - Uşaqlarda mədə-bağırsaq infeksiyaları yaradır
Bu gün, 13:50
Dədə Süleymanın ANIM GÜNÜDÜR
Bu gün, 13:37
"Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" - Al Jazeera
Bu gün, 13:29
Həkimlərə 30 xəstə limiti? - RƏSMİ CAVAB
Bu gün, 13:27
Atlantikdən gələn təhlükə: - İki ölkə donacaq, Azərbaycan isə...
Bu gün, 13:24
Ermənistan ordusunda "bardaq" hökm sürür - erməni mediası
Bu gün, 13:15
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Bu gün, 13:10
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 13:08
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 13:07
İki insanın ölümünə səbəb olan tunel - Günahkar tapılacaq?
Bu gün, 13:05
Bakıda 371 min manatlıq fırıldaq - Şirkət rəhbərinə cinayət işi açıldı
Bu gün, 13:02
Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir - "Euronews"
Bu gün, 12:54
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:52
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” - Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT
Bu gün, 12:51
Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO
Bu gün, 12:43
Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir
Bu gün, 12:39
Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir - VİDEO
Bu gün, 12:36
Sülh danışıqlarında erməni quyuları: - Paşinyanla Simonyan üz dəyişirlər
Bu gün, 12:32
DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib - DİQQƏT
Bu gün, 12:28
"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...
Bu gün, 12:25
İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib - “Eronews”
Bu gün, 12:17
Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama - "İstintaqa cəlb olunmamışam..."
Bu gün, 12:15
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün Kazana səfər edib
Bu gün, 12:14
BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu - İNCƏLƏMƏ
Bu gün, 12:12
“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub - DOSYE
Bu gün, 12:09
“Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - Bununla da...
Bu gün, 12:07
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - FOTO
Bu gün, 12:04
Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir
Bu gün, 11:59
Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil - ETİRAZ
Bu gün, 11:49
Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb
Bu gün, 11:47
Ordumuzun zabiti faciəli şəkildə öldü
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru