İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Müdafiə Sənayesi Nazirliyində "SAVAŞ ÇIXIB"... - İDDİA
Tarix: 23-07-2018, 09:26 | Çap et
Müdafiə Sənayesi Nazirliyində "SAVAŞ ÇIXIB"...
Müdafiə Sənayesi Nazirliyində (MSN) ciddi proseslər baş verir. Bununla bağlı cumhuriyyet.az saytının nazirlikdəki mənbələrdən əldə etdiyi məlumata görə, hələ mərhum nazir Yavər Camalovun həyatının son aylarında MSN-də başlayan bu proses nazirlikdə çalışan bəzi şəxslər arasında ciddi narazılıqlara səbəb olub. Eyni zamanda nazirliyin tabeliyindəki bəzi müəssisələrin də fəaliyyətinə təsirsiz ötüşməyib. Məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu postu tutmaq uğrunda ciddi mübarizə başlayıb. Ölkənin müdafiəsi üçün əhəmiyyət kəsb edən bir sahənin uzun müddət rəhbərsiz qalmayacağından, son dövrlər bu mübarizənin əsl savaşa çevrildiyi iddia edilir. Nazir postuna potensial namizədlər kimi isə mərhum Yavər Camalovun müavinləri olmuş Yəhya Musayevin və Tofiq Rəfiyevin, eləcə də aparat rəhbəri Üzeyir İsmayılovun adları çəkilir.
Adları çəkilən namizədlərin şanslarına keçməzdən öncə bildirək ki, hazırda müşahidə olunan proses namizədlərin bir-birinə qarşı mediada “müharibə” elan etməsidir. Məlumata görə, nazirlikdəki bəzi vəzifəli şəxslər özlərinə “yol açmaq” və mövqelərini möhkəmləndirmək üçün son günlər ciddi planlar qururlar. Həmin planlara nazirlikdəki bəzi rəhbər şəxslər barədə kompromat toplamaq da daxildir. İddia olunur ki, haqqında kompromat toplanan şəxslərdən biri də nazir müavini Yəhya Musayevdir. Elə bu kompromat atəşində bir məqama diqqət çəkmək istərdik. Belə ki, nazirlik daxilində baş verən proseslərlə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rastlaşdığımız bir məlumat maraq doğurur. Mediada yayılan bəzi məlumatlarda Yavər Camalovun vəfat etdiyi gün – 24 iyunda mərhumla müavini arasında mübahisə yaşandığı iddia olunur. Ancaq bu iddiaların nə qədər doğru olduğunu söyləmək çətindir. Ən azı ona görə ki, Yəhya Musayev mərhum nazir Yavər Camalovun kadrı kimi vəzifədə yüksəlib. 1959-cu ildə Bakı şəhərində anadan olan Yəhya Musa oğlu Musayev ixtisasca mühasibdir. Yavər Camalov harda işləyib, Yəhya Musayev də orda olub. Yavər Camalov 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru olanda Yəhya Musayev onun baş mühasibi olub. 2003–2006-cı illərdə “Azneft” İstehsalat Birliyində baş direktor işləyən Yavər Camalov əvvəlcə Yəhya Musayevi İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi. sonra isə özünə müşavir götürüb. Yavər Camalov müdafiə sənayesi naziri postuna təyin olunduqda isə Yəhya Musayevi özünə müavin gətirib. Müdafiə Sənayesi Nazirliyində də Yəhya Musayev mərhum nazirin «sağ əli» sayılıb. Təsadüfi deyil ki, Müdafiə Sənayesi Nazirliyində (MSN) tikinti-təmir işlərindən tutmuş, nazirliyə, tabeliyindəki zavodlara müxtəlif avadanlıqların alınmasına qədər, bütün pullu işlərə Yəhya Musayev nəzarət edib. Bu üzdən də Yəhya Musayevin mətbuatda ən çox adı hallanan nazir müavinlərindən biri olduğunu söyləyə bilərik. Bu məlumatların əksəriyyətində Yəhya Musayevin adı “qara işlərdə” hallanır.
Belə ki, nazirliyin işçiləri tərəfindən mətbuata ötürülən məlumatlarda MSN-ə ayrılan vəsaitlərə alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsində, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan vəsaitlərin qaranlıq məqsədlərə sərf edilməsində də Y.Musayevin adı hallanıb: “Həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır. Eyni zamanda, nazirliyin tabeliyində olan müəssisələr iri məbləğdə kreditlər götürməyə vadar edilir və kreditlərin taleyi qaranlıq qalır… Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nəğdləşdirilərək nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Halbuki, həmin vəsaitlər təmir-tikinti adı ilə mənimsənilib.” MSN-lə bağlı mətbuata şikayətlərdə, Y.Musayevin adı həmçinin müdafiə sənayesinin inkişafına ayrılan büdcə vəsaitlərinin təyinatından kənarlaçşdırılmasında, yeni alınan avadanlıqların qiymətlərinin şişirdilməsində də hallandırılıb: “Zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nəğdləşmə əməliyyatları görünər. Zavodlar həmin vəsaitləri kobud maliyyə səhvlərinə yol verərək silirlər”.
Bunun sübutu kimi hələ də davam edən “MTN işində” Y.Musayevin adının hallanmasına diqqət çəkilir. Söhbət MTN-çilərin əməliyyatının sonunda 2 milyon aldığı iş adamı Kamal Seyfullayevlə bağlı epizoddan gedir. Həmin işin istintaqı zamanı məlum olmuşdu ki, Kamal Seyfullayev tikinti-təmir işləri ilə məşğul olub. “Bakı Tikinti” və “Alfa” MMC-nin rəsmi müdiri və faktiki sahibi olmasa da, həmin şirkətlərin fəaliyyətlərinə rəhbərlik edib. Müdafiə Sənayesi Nazirliyindən böyük sifarişlər alıb, hesabına tez-tez 10 milyonlarla pul girib-çıxıb. Məhz hesabındakı növbəti milyonlar, daha dəqiqi 18 milyonu nağdlaşdırarkən MTN-in əlinə düşüb, 2 milyon verməklə canını qurtarıb. Ancaq məlum olub ki, onun kimi iş adamları vasitəsilə MSN-də təmir-tikinti işlərinə ayrılan pulların böyük hissəsi nağdlaşdırılaraq götürülür. Məlumatlarda nazirlikdə bu işlərin Yəhya Musayevdən məlumatsız həyata kemirilməsinin qeyri-mümkün olduğu bildirilib.
Bundan əlavə Yəhya Musayevin böyük biznes şəbəkələrinin mövcudluğuna iddialar mövcuddur. Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011-ci ildə başlamış “RETEMS GROUP” şirkətlər qrupunun da Yəhya Musayevə məxsus olduğu bildirilir. Qeyd edək ki, “RETEMS GROUP” tərkibində bir neçə altbölümü birləşdirərək, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində çalışır.
Biznesin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “RETEMS GROUP”-un şirkətləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Bu məqsədlə şirkətin xaricdə də çoxlu əməkdaşları işləyir. “RETEMS GROUP”-un rəsmi saytındakı məlumatlara əsasən onun illik dövriyyəsinin 100 milyonlarla dollarla ölçüldüyünü söyləmək olar.
Bundan əlavə mətbuatda Yəhya Musayevin Türkiyədə də 100 milyonlarla dəyəri olan böyük biznes qurduğuna dair məlumatlar yayılıb. Bu biznesin idarəçiliyini isə nazir müavininin İlqar adlı qaynının həyata keçirdiyi bildirilir. Yəhya Musayevin adı həmçinin oğlu Elvin Musayevin dəyəri 100 min dolları aşan avtomobillərlə də gündəmə gəlib. Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarının “123”-lə bitdiyi iddia edilir. Bir sözlə Yəhya Musayevin keçmiş fəaliyyətinə dair məlumatlar onun nazir təyin olunması önündə əsas maneə hesab olunur. Buna görə də onun nazir postunu tutması üçün rəqiblərini sıradan çıxarması əsas şərt hesab olunur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru