Kənd sakinləri 8 aydır zavodun tozundan nəfəs ala bilmirlər - Müraciət
Tarix: 16-04-2019, 08:11 | Çap et
Saatlı rayonunun Qıraqlı kəndinin sakini Şakir Hüseynov həyətində ağaclara sarmaşıq kimi dolanan pambıq liflərini göstərir. O bildirir ki, kəndlərində pambıq emalı zavodu açılandan sonra yaşayışları dəyişib: «Zavod işə düşəndən bəri gün-güzəranımız belədir. Səkkiz ay toz uduruq, uğultudan qulaqlarımız tutulur. Ardınca da təmir zamanı danq-dunq səsi əsəbilərimizi tarıma çəkir. Uşaq həyətdə oynaya, qadın bir iş görə bilmir. Yuyulmuş paltarlar, xalça-palaz qapalı yerdə qurudulur. Qapı-pəncərələri daim bağlamaq məcburiyyətindəyik. Evimizdə nə gecə rahat yata bilirik, nə də gündüz». «Bizi aldatdılar ki, xalça kombinatı açılacaq» Yaşlı sakinlərindən olan Tağı Zeynalov deyir ki, kəndin daxilindən zavoda yer ayrılanda narazılıqları yaranmasın deyə, onlara yalan məlumat veriblər: «Dedilər, burada xalça kombinatı tikiləcək. Fikirləşdik ki, qız-gəlinlərimiz üçün iş yeri olar. Bir də istifadəyə veriləndə bildik ki, bunlar xalı toxumur, pambıq əyirir. Həyat yoldaşım asma xəstəliyindən əziyyət çəkir, özüm yaşlı adamam. Bu pambıq zavodu bizi təmiz havadan məhrum edib. Ağaclarımız tozdan, əkinlərimiz zəhərli çöküntülərdən yanır, torpağımız, suyumuz çirklənir».
«Demirik ki, zavod bağlansın…» Sakin Füzuli Əzimov da iddia edir ki, zavod rəhbərliyi istəsə, zərərli təsirlərin qarşısını ala bilər: «Biz demirik ki, zavod bağlansın. Amma onu belə işlətmək də düz deyil. Müasir dövrdə səs və toz udan texnoloji avadanlıqlar var. Düzdür, onları almaq, quraşdırmaq, istismar etmək xərc aparır. Amma insan mənafeyi, ətraf mühitin qorunması naminə bunlar edilməlidir».
Qıraqlı kəndinin başqa bir sakini Rafət Əsgərov da müəssisənin fasiləsiz işlədiyini iddia edir: «Bunlar üçün nə şənbə, nə bazar, nə də bayram günü var. Heç olmasa, həftədə bir-iki gün işləməsələr, həmin vaxt biz də istirahət edərdik».
Kənd sakinləri bildirirlər ki, üzləşdikləri problemi həm zavod rəhbərliyinin, həm də aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırıblar. Amma deyirlər ki, müraciətləri nəticəsiz qalır. Zavod direktoru: «Yaxın vaxtda ölçü götürəcəyik» «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda «Aqro-Az» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri Vahid Hüseynov məlumat verib ki, 2011-ci ildə yaradılan müəssisədə 170 nəfər işçi çalışır. O, layihənin reallaşmasından ötrü 3 milyon manat güzəştli dövlət krediti, bəzi texnikaları isə lizinq yolu ilə aldıqlarını qeyd edib. Sahibkar həmçinin vurğulayıb ki, 2015-ci illə müqayisədə əkin sahələrini 4, xam pambıq tədarükünü 5, mahlıc ixracını isə 6 dəfə artırıblar. Rəsmi açıqlamalara görə, 2018-ci ildə «Aqro-Az» MMC 4 min 200 hektar sahədə yetişdirilən 9 min 960 ton məhsul qəbul edib.
Zavodun artan istehsalının fonunda ətraf mühitə zərərli təsirinə gəldikdə isə, «Aqro-Az» MMC-nin pambıq emalı zavodunun icraçı direktoru Yaşar Hüseynov deyib ki, bu problem cari il aradan qaldırılacaq: «Bizə də şikayət olunur. Yaxın vaxtda bir ölçü götürəcəyik. Ötən il tədarük olunan pambığın emalı başa çatıb. İstehsala bir də oktyabrda başlayacağıq. O vaxtadək tozuducu avadanlıq alıb quraşdıracağıq». Ekologiya İdarəsi: «Bizə rəsmi qaydada müraciət olunsun» AzadlıqRadiosunun sorğusunu cavablandıran 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Kənan Kərimli özəl müəssisələrdə öz təşəbbüsləri ilə yoxlama keçirə bilmədiklərini deyir: «Bildiyiniz kimi, 2015-ci ildən etibarən sahibkarlıq subyektlərində əsassız yoxlamalar qadağan edilib. Belə yoxlama bizə, yaxud nazirliyə vətəndaşların rəsmi müraciəti əsasında başlana bilər. Məsələn, bu yaxınlarda şikayət əsasında biz «MKT-İK» MMC-nin Sabirabaddakı pambıq emalı zavodunda monitorinq keçirdik. Yoxlama nəticəsində ətraf mühitə zərər vurma ilə bağlı iddia təsdiqini tapdı. Buna görə müəssisənin baş mühəndisini vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb etdik. Saatlı rayonunun Qıraqlı kəndindəki pambıq emalı zavodu ilə bağlı şikayət varsa, bu barədə bizə rəsmi müraciət olunsun. Belə müraciəti hər kəs edə bilər, şərt deyil ki, o kənddə yaşayasan».
QHT nümayəndəsi: «Təsirli tədbir görə bilmirlər» «Aran» ekoloji maarifləndirmə İctimai Birliyinin sədri Nəsrəddin Kərəmov isə eyni problemin ölkənin əksər sənaye müəssisələrində mövcud olduğunu deyir: «Onların bir çoxu sovet hakimiyyəti illərində tikilib. O zaman ətraf mühitə olan zərərli təsirlər nəzərə alınmırdı. Amma artıq dövr, yanaşma dəyişib. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq haqqı əsas qanunumuzda- Konstitusiyada öz əksini tapıb. Bundan əlavə, ölkəmiz ekologiyanın qorunmağı ilə bağlı bir çox beynəlxalq müqaviləyə qoşulub. Təəssüf ki, yeni açılan sənaye müəssisələrinin də bəziləri yaşayış məntəqələri daxilində, yaxud onlara yaxın ərazidə tikilib. Üstəlik, onlar da ekoloji tələblərə əməl etmirlər. Bizdə hələ bu mədəniyyət formalaşmayıb. Sahibkarlar bu məqsədlə pul xərcləməyi izafi xərc hesab edirlər. Mən bu barədə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişəm. Aldığım cavablardan məlum olur ki, onlar da belə müəssisələrdə monitorinq keçirirlər. Amma, görünür, təsirli tədbir görə bilmirlər».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
|