Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

Ağsuda məmurlar torpağı necə işğal edib? - NARAZILIQ!
Tarix: 21-05-2021, 08:45 | Çap et
Ağsuda məmurlar torpağı necə işğal edib?
Bir müddət əvvəl Ağsu rayonunun Bico kənd sakinləri tərəfindən kəndin 700 hektardan çox örüş sahələrinin və bələdiyyə torpaqlarının kənd camaatına təklif olunmadan bələdiyyə sədrləri tərəfindən uzunillik müqavilələrlə yerli və kənar şəxslərə icarəyə verilməsi barədə cumhuriyyet.az-a kollektiv şikayət məktubu daxil olmuşdu. Kənd sakinləri bildirmişdilər ki, bələdiyyə sədrlərinin özbaşınalıqları barədə ölkə prezidentinə, baş prokurorluğa, İİN yanında Əmlak məsələləri dövlət xidmətinə və ƏN-nin Bələdiyyələrlə iş mərkəzinə də kollektiv müraciətlər göndəriblər. Müraciətləri lazımınca həll edilmədiyindən Bico kənd sakinləri haqq səslərinin ünlənməsi üçün yenidən bizə müraciət ediblər
.
Müraciətdə yazılır: “Prezidentə və ali dövlət qurumlarına müraciətlərdə xahiş etmişdik ki, problemin araşdırılmasını yerli orqanlara həvalə etməsinlər, çünki yaranan problemlərdə onların da öz payı var. Lakin xahişimiz nəzərə alınmadı, müraciətlərimiz baxılması üçün yenə aşağı qurumlara yönləndirildi və təbii ki, nəticə yenə istismarçıların xeyrinə həll olundu.
Baş prokurorluğun Ağsu rayon İH-yə göndərdiyi “Sizə aid olan hissədə araşdırın” göndərişinə ümumiyyətlə cavab gəlmədi. Bələdiyyələrlə iş üzrə Göyçay regional idarəsindən və Əmlak məsələləri xidmətinin Şamaxı regional idarəsindən isə guya problem araşdırıldıqdan sonra kənd sakinlərinə cavab məktubu göndərilib ki, kənd bələdiyyə sədrinin verdiyi məlumata görə, Bico kəndində uzunillik müqavilələrlə icarəyə verilmiş torpaqlar tam qanuni istifadədədir və kəndin örüş sahələri bütünlüklə kəndin istifadəsindədir. Halbuki həmin qurumlardan kəndin problemli ərazilərinə nə baxış keçirilib, nə də araşdırma aparılıb. Sumax meşəsinin məhv edilib əkin sahəsinə çevrilməsinə ETSN-nin 6 saylı İsmayıllı regional idarəsinin Babək və Qoşqar adlı əməkdaşları da oxşar yanaşma ilə məsələyə baxıblar. Sumax meşəsinin tar-mar edilərək yerində taxıl əkilməsinə belə don geyindiriblər ki, guya sumağlıq ərazidə qazıntı işləri aparılıb və buna görə bir nəfər 450 manat məbləğində cərimələnib. Lakin sonradan müraciətlər əsasında Baş prokurorluq və onun timsalında Ağsu rayon prokurorluğu işi araşdırmağa başladı. Nəticəsi də budur ki, bir neçə gündür iri tonnajlı ağ bir yük maşını ilə qırılmış sumax ağaclarını sözügedən ərazidən təmizləyib daşımaqla işi ört-basdır etməyə çalışırlar, hansı ki, kənd camaatında qırılmış meşəliyin video və foto görüntüləri var(videoların bir neçəsi mətbuatda və sosial şəbəkələrdə də paylaşılıb). Prokurorluq əməkdaşlarının bu hadisəyə susqunluğu çox maraqlı və qəribədir.
Digər bir məsələ 200 hektar örüş sahəsinin əkin sahəsi kimi istifadə olunmasıdır. Sözügedən ərazi 2004-cü ildə kənd bələdiyyə sədri Nəbi Mahmudov tərəfindən “Batabat” MMC adlı təşkilata, örüş sahəsi olmasına baxmayaraq, “üzümçülüyü inkişaf etdirmək məqsədilə” 99 illik icarəyə verilib. Ərazidə üzüm bağı salınsa da, bir ildən sonra “Batabat” adlı MMC-nin bircə əməkdaşı belə həmin ərazidə görünməyib. Görünür, dövlətdən subsidiya almaq məqsədilə salınan bağ yaranmamışdan əvvəl məhvə məhkum imiş. Üstəlik, adıçəkilən MMC 15 il müddətində bələdiyyə fonduna bir qara qəpik də icarə haqqı ödəməyib, yəni müqavilə öhdəliyini aşkarca pozub. Buna baxmayaraq, kənd bələdiyyə rəhbərləri bu müddətdə “Batabat” MMC-nin istifadəsinə qanunsuz şəkildə verilmiş 200 ha ərazini məhkəmə yolu ilə geri qaytarmaqda maraqlı olmayıblar. 15 il sonra, 2019-cu ildə “Batabat” rəhbərliyinin yadına düşüb ki, Bico kəndində müvəqqəti icarə torpağı var və həmin torpağı MMC-də olan müddətə Ərəstun Hüseynov adlı Bakı sakininə satmaq lazımdır. MMC-nin yetkilisi Hüseynov Saleh Nuru oğlunun adından satıcı Abdullayev Həsən Məmməd oğlu, alıcı isə Hüseynov Ərəstun Musa oğludur. 2004-cü ildə bələdiyyə ilə bağlanmış müqavilədə Ərəstun Hüseynov “Batabat” MMC-nin İdarə heyyətinin sədri kimi göstərilib, 2019-cu ildə isə alıcı qismində iştirak edir.

Digər tərəfdən, 200 hektar örüş təyinatlı sahənin 170 hektarına Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti 11.10.2019-cu il tarixdə “əkin sahəsi” kimi çıxarış verib(hərçənd yerdə qalan 30 hektar örüş sahəsi də Ərəstun Hüseynov tərəfindən əkilib). Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reysteri Xidməti isə həmin ərazilərə elektron koordinatlar müəyyənləşdirib. Qeyd edək ki, sözügedən çıxarışları və alqı-satqı müqaviləsini Bakı şəhərində yerləşən 23 saylı notariat kontorunun xüsusi notariusu Dəmirov Zaur Nizami oğlu təsdiq edib, yəni Ağsu rayonunun Bico kəndinin örüş sahələrinin alqı-satqısı Ağsudan kənarda aparılır və bütün bunlardan kənd bələdiyyəsinin xəbəri “yoxdu”, olsaydı torpağın əsas sahibi kimi bələdiyyənin də sənədlərdə imzası, heç olmasa bu özbaşınalığa etirazı olardı. Yaxud, kənd bələdiyyə rəhbərliyi bu qanunsuzluqda maraqlı tərəflərdən biridir. Vurğulayaq ki, saxtalıqla da olsa, 170 hektarı əkin, 30 hektarı örüş sahəsi kimi göstərilən 200 ha əraziyə tam olaraq hər il subsidiya yazılır.
Bütün bu məsələlərin günahkarı, təbii ki, “Batabat” rəhbərliyi ilə yanaşı, Bico kənd bələdiyyə sədri, kənd icra nümayəndəsi və rayon rəhbərliyidir. Rayonumuza yeni icra başçısı təyin olunub və o, bütün bu məsələlərdən kənd sakinləri tərəfindən xəbərdar edilib. Başçı problemlərlə maraqlanacağına söz versə də, hələ ki, onun bu istiqamətdə fəaliyyəti nəzə çarpmır. Məqsədimiz budur ki, ölkə başçısı özü Bico kəndinin köklü problemlərinin həllini nəzarətə götürsün, kəndin torpaqları yeni yetişən nəslin, Vətən müharibəsində canıyla-qanıyla döyüşmüş oğulların istifadəsinə verilsin.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru