Azərbaycanda kənd təsərrüfatının inkişafında Lenin prinsipi... - “Bir addım irəli, iki addım geri”
Tarix: 29-05-2021, 08:25 | Çap et
“İstehsalçıların texnikaya və avadanlığa olan ehtiyaclarını ödəmək məqsədilə son 3 ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 403 pambıqyığan kombayn alınıb”. Ovqat.com xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov 2019-cu ilin dekabrın 19-da Prezident İlham Əliyevin yanında keçirilən pambıq müşavirəsində deyib. Nazirin dilə gətirdiyi bu sözlərin üzərindən il yarımdan çox zaman keçir. Təbii ki, bu müddət ərzində kənd təsərrüfatı texnikalarının alınması prosesi dayanmayıb, əksinə yeni xarakter alaraq daha da artıb. Yeni aqroparkların yaradılması fermerlərin işlərini asanlaşdırmaq və məhsuldarlığı artırmaq baxımından Azərbaycan hakimiyyətinin atdığı addımlardan biridir. Prezident İlham Əliyev ötən ay AzTV-yə verdiyi müsahibəsində də bu xüsusun altını cızaraq bildrimişdi ki, Azərbaycanda bütövlükdə 50-yə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu isə 2 milyard manatdan çoxdur. “Bu, əlbəttə ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir”, - İlham Əliyev sözügedən müsahibəsində vurğulamışdı. Nə yazıq ki, son illərdə kənd təsərrüfatının inkişafına milyardlarla manat vəsait ayrılmasına baxmayaraq, hələ də ərzaq təhlükəsizliyi məsələsində istədiyimiz hədəfə çata bilməmişik. Bunun ən bariz sübutu qida təhlükəsizliyi baxımından strateji məhsul sayılan taxıl sahəsində böyük ölçüdə idxaldan asılılıqdan qurtula bilməməyimizdir. Rəsmi statistikalara görə, alınan ən müasir texnikalara baxmayaraq, hər il idxal etdiyimiz taxılın miqdarında nəinki azalma, əksinə artım müşahidə olunur. Biz, əlbəttə, V.İ.Leninin dediyi kimi, bu “1 addım irəli, 2 addım geri” inkişafımızda obyektiv səbəblərin mövcudluğunu inkar etmirik. Həqiqətən də ölkəmizdə quraqlığın hökm sürməsi, suyun çatışmazlığı və s. kimi KTN-nin irəli sürə biləcəyi problemlər mövcuddur, bu da istər-istəməz məhsuldarlığı və keyfiyyəti aşa sala bilər. Lakin insan oğlu var olduğu gündən indiyədək heç bir zaman təbiətdən onun nazı ilə oynamağı gözləməyib, əksinə, təbii şərtləri öz xeyrinə dəyişməyə çalışıb. Biz də minillər boyu formalaşmış bu təcrübələrdən faydalanmalı və işimizi buna uyğun qurmalıyır. Subyektiv səbəblər kimi dəyərləndirdiyimiz bu amilləri nəzərə almadan yürüdülən siyasətlər ağzını göyə açıb kosmosdan mədə borusuna alma düşəcəyini gözləmək qədər sadəlövhlük olardı.
Odur ki, sual olunur: obyektiv səbəbləri bir kənara atsaq, arzuladığımız hədəflərə çatmamağımızda bizim özümüzdən qaynaqlanan subyektiv amillərin rolu nə qədərdir? Zənnimizcə, Ovqat.com-un e-mail adresinə göndərilən şikayət məktubları bu suala kifayət qədər aydınlıq gətirir. Həmin məktublardan aydın olur ki, bir çox rayonlarda fermerlərin ixtiyarına verilmək üçün alınan texnikalardan yalnız xırda padşahlar öz şəxsi mənfəəti üçün istifadə edir və nəticədə imtiyazlılar siyahısına düşməyən xırda təsərrüfatlar batır. Halbuki, Prezident İlham Əliyev AzTV-yə verdiyi məlum müsahibəsində kənd təsərrüfatı siyasətinin başlıca prioritetlərindən birinin də “kiçik fermer təsərrüfatlarının inkişafı” olduğunu açıq dilə gətirmiş və hökumətin texnikaların alınmasına ayırdığı milyardlarla manatın məhz buna xidmət etdiyini vurğulamışdı: “Əgər biz bu işləri özəl sektorla birlikdə görməsəydik, bu investisiyaları heç kim qoymazdı”. İndisə gəlin, kiçik təsərrüfatların yaradılmış bu imkanlardan nə qədər faydalana bildiklərini onların öz dilindən eşidək.
“Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun başı korrupsiya əməllərinə qarışdığından rayon torpaqlarını şoran ağuşuna alıb kənd təsərrüfatı məhv olmaq üzrədir”. Rayon sakini Rafiq Şirinovun Ovqat.com-a göndərdiyi şikayət məktubunda belə deyilir. Şikayətçinin iddiasına görə, nəticədə Ucar ərazisində torpaqlar əkinə yararsız hala düşüb dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar dəyir: “Ucar rayon Meliorasiya İdarəsinin bütün texnikaları Həsən Qasımovun şəxsi təsətüfatında işlərə cəlb edilib. Halbuki, həmin texnikalar rayon ərazisində olan şirə kanallarının təmizlənməsinə və digər əhəmiyyətli işlərə cəlb edilməlidir. 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video-lentə almışam. Videoda Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Mən bunun səbəbini Həsən Qasımovdan soruşanda mənə dedi ki, "rədd ol sən kimsən, idarə mənə məxsusdur". Mənim bildiyim odur ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan idarələrin heç biri özəlləşdirilməyib. Həsən Qasımov uzun illərdi bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır. Videoda görünən yonca otu Ucar rayon Meliorasiya İdarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır. Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib.
Onu da qeyd edim ki, Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edərək yonca əkib. Əslində isə həmin torpağın təyinatı fərdi mənzil tikintisi üçündür. Bu korrupsiya cinayətidir ki, Həsən Qasımov həyata keçirir. Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir. Ot bağları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır. Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki, cənab Zaur Mikayılov şikayətimdə göstərdiyim faktları mənim iştirakımla yerində obyektiv araşdırıb qanunu tədbirlər görülməsinə tapşırıq verəcək. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılovdan xahiş edirəm; şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Həsən Qasımovun barəsində tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|