Daha bir deputatın adı DƏLƏDUZLUQDA HALLANIR... - Prezidentə müraciət olundu
Tarix: 19-11-2021, 08:14 | Çap et
DİA.AZ: - Ağsu şəhəri, Nəsimi küçəsi, ev 16-da yaşayan Babayev Həsənağa Sədəhməd oğlu tərəfindən Prezident İlham Əliyevə və digər rəhbər şəxslərə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir. Amma çox arzu edərdik ki, bu tədbirlər özlərinə toxunulmazlıq statusları qazandırmış və bu arxayınçılıqdan süi-istifadə edən hörmətli millət vəkillərinə və hakimlərimizə də şamil olunsaydı yaxşı olardı. Yoxsa ki, bu kateqoriyalı məmurlarımızın bəziləri toxunulmazlıq statusundan gen-bol istifadə etməklə ciddi qanunpozuntularına yol verirlər. Məsələn, belələrindən biri də 20 ildir ki, deputat kreslosunu zəbt etmiş, siyasi liderlərdən biri hesab olunan, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevdir". Daha sonra dia-az.life-a daxil olan müraciətin mətnində deyilir: "Bu deputat 2011-ci ildən mənim başımı elə bir bəlaya salıb ki, bütün var-yox əmlakım əlimdən çıxsa da bu problemdən qurtara bilmirəm. Belə ki, cənab deputat öz yaxın dostu olan Fəxrəddin Əliyev adlı birisilə yanıma gəlib dedid ki, Həsənağa sənin rayonda böyük fermer təsərrüfatın var, gəl bununun vasitəsilə İqtisadiyyat Nazirliyinin xəttilə aşağı faizlə bankdan kredit götürüb böyük bizneslə məşğul olaq, sən də qazan, biz də qazanaq”. Razılaşdım. Dedim, deputat adamdır, əli yerə yerə çatır. Belə kredit təşkil etsə, mən də həm təsərrüfatımı genişləndirər, həm də yeni layihə həyata keçirərəm. O vaxt mənim “ Məhəmməd” Kəndli Fermer Təsərrüfatı olan bir MMC vardı. Hazırda isə bankda girovdur. Bəli, biz fermer təsərrüfatımı da, Ağsu şəhərindəki yaşadığım evi də, Ağsu şəhərində soyuducu ambar olan yarımçıq tikilini də və bir neçə Sabirin tanışarı olan şəxslərinə məxsus mülkləri də “Azəriqazbank” QSC-yə girov qoyaraq tez bir zamanda İqtisadiyyat Nazirliyinin köməkliyilə 2011-ci ildə 5 il müddətinə 389.600 manat kredit götürdük.Krediti götürən zaman Sabir Hacıyev və digər deputat dostu olan Rauf Əliyev də mənə rəsmən zamin durdular. Ağsu şəhərinin kənarında biznes layihəsi üzrə 500 ton tutumu olan soyuducu ambarın tikintisinə başladıq. Və eyni zamanda Sabir Hacıyev Fəxrəddin Əliyevlə məsləhətləşib alınan kreditin 250000 manatını F.Əliyev vasitəsilə Türkiyədən soyuducu qurğuların alınıb Azərbaycana gətirilməsini müzakirə etdik. Və mən də birlikdə Fəxrəddin Əliyevin Səbail rayonu ərazisində olan yaşadığı evin yanında 4 nəfər şahidin yanında 250000 manat nağd pulu birlikdə ona təhvil verdik. Qalan 50000 manatı isə Fəxrəddinin dostu hesab edilən və 4 nəfər girov ev qoyan adamların şahidliyi ilə makler Azərə verdik. Yerdə qalan 80 minmanatla isə Ağsu şəhərinin çıxış hissəsində geniş torpaq sahəsini alaraq soyuducu ambarın tikintisinə başladıq. Aradan 3-4 ay keçsə də nə F.Əliyev, nə də qurğular Azərbaycana gəldi. Sabir müəllim də başa düşüdü ki, bəli, yaxın dostu Fəxərddin Əliyev ona qarşı dələduzluq edib, 250000 manatı alıb aradan çıxıb. Amma sonradan məlum oldu ki bu dələduz Bakıya qayıdıb Amma onu bu günəkimi tapmaq Sabir müəllimə müyəssər olmadı. Mən isə bu illər ərzində daha da ağır vəziyyətə düşdüm. 2011-ci ildən 2016-cı illər ərzində bankın məndən tələb etdiyi hər ay 2000 manat olmaqla faiz borcları qaytarmağa başladım. Bu 5 il ərzində əlimdə olan pulları da, PRADO, MERCEDES və NİVA markalı şəxsi avtomobillərimidəsatıb faiz borcları ödəməklə məşğul oldum. 2016-cı ildə isə Bank bizi tələsdirdi ki, əsas borcu da təcili ödəmək lazımdır. Bu arada evlərini bu kreditə görə girov qoymuş S.Hacıyevin tanışlarıda ondan şikayətlər etməyə başladı. Digər tərəfdən sabiq MTN “ şefi” olan Eldar Mahmudova yaxınlığı ilə tanınan bu bank Sabirə bir zamin kimi xəbərdarlıq etdi ki, təcili pulları ödəsin axırı yaxşı olmayacaq. O da deputat adından qorxuya düşərək əsas borcu bir gündə ödəyərək bağladı. Hazırda isə bank yenə mənə qarşı əlavə olaraq faizlərə görə 47000 manatın ödənilməsini tələb edir. Və məni “ Pul tələbilə” Ağsu Rayon Məhkəməsinə vermişdir.
Az keçməmiş Sabir Hacıyev mənə hədə-qorxu gələrək Bakıda “QızılTac” Şadlıq sarayının yaxınlığında olan 43 saylı notariat kontoruna gətirərək guya mənim ona fiziki şəxs kimi 330000 manat borcum olması barədə saxta “Borc müqaviləsi” imzalatdırdı. Əvvəlcə mənə bunun formal bir müqavilə olmasını bildirdi. Etiraz etdikdə onun bir siyasətçi kimi sifəti 180 dərəcə çevrildi və hədə-qorxuya keçdi. Məndə ailəmin təhlükəsizliyini nəzərə alaraq məcbur olaraq ortalıqda olmayan, almadığım və görmədiyim pulun guya Sabirdən borc alınmasına imza atmaq zorunda qaldım. Halbuki, bu borcun verilməsini təsdiq edən heç bir notarial hərəkətə yol verilməmiş, pul nağd olaraq notariusun depozit hesabına köçürlüməmiş, mən də onu bank qəbzi ilə mədaxil etməmişdim. Yanımızda heç şahidlər də yox idi. Lap elə məntiq də yox idi ki, məni uzaqdan tanıyan deputat S.Hacıyevə nə düşmüşdü ki, devalvasiyadan sonra o mənə 330000 manat pulu heç bir girovsuz, zaminsiz, vermiş olsun. Nə qohumluq əlaqəmiz var, nə də iş birliyimz olmuşdur.
Aradan 6 il keçdikdən sonra isə cənab deputat məni yaşayış yerim üzrə Ağsu rayon Məhkəməsinə “Pul tələbi” ilə bağlı müraciət edərək məni məhkəmədə sıxışdırmağabaşladı. Təbii ki, ədalətsiz Ağsu Məhkəməhakimi də imkanlı deputatın tərəfini saxlayaraq ona vəkillik etməklə iddiasını təmin etmişdir. Doğrudur, mən də yaxşı dostların köməkliyilə “saxta və əsassız borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlıiddia versəm də hakim bunu heç müzakirə belə etmədi. Və təbii ki, yaxşıca qazandı da. Və mən onun 25 iyun 2021-ci il tarixli, 2 (016)-47 \2021 saylı əsassız qətnaməsindən bir cavabdeh olaraq apellyasiya şikayəti verdim. İndi MŞəki Apellyasiya Məhkəməsində hakim Ələddin Məcidovun icraatında olan apellyasiya şikayətimə 24 noyabr 2021-ci il tarixə, saat 11-30-da 16 N-lizalda baxılacağı barədə bildiriş gəlmişdir. Bu ərəfədə, yəni 12 noyabr, saat 13 radələrində Sabir Hacıyev mənə zəng edərək bildiri ki, sən bu gün get Nərimanov rayon Polis İdarəsi rəisinin yanına ki, Fəxərddin Əliyev bizim bankdan götürdüyümüz pulu alıb dələduzluq etmiş və gizlənmişdir. Mən rəisin yanında bu müzakirəni apardım. Rəis bildirdi ki, axı siz bu pulu F.Əliyevin yaşadığı Səbail rayonu ərazisində ona təhvil vermisiniz. Mən bu işi araşdırmaya versəm belə, gərək materialları Səbail Polisinə göndərəm. Yaxşısı budur siz Səbail RPİ-nə müraciət edəsiniz. Yəni, cənab deputat bir tərəfdən məni məhkəməyə verib saxtakarlıqla bağladığı “borc müqaviləsi” əsasında pul tələb edir, o biri tərəfdən isə məni təhrik edir ki, 10 ildən sonra mən ərizə verib dələduz F.Əliyevi cəzalandırıb pulumuzu alaq. Mən bu siyasətçinin oyunundan baş aça bilmirəm. Bəli, bu adam 2001-ci ilədək Mütəllibov tərəfdarı kimi onun dediyilə oturub durub. Sonradan Mütəllibov “Mosbank” vasitəsilə bunlara Moskvadan pul göndərməyi dayandıran kimi, “bayraqlarını” tullayıb keçdilər indiki iqtidar tərəfə. Və indiyədək də əqidələrini dəyişib olublar biznesmen. Noyabrın 15-dən də Azərbaycanı tərk edərək getdi Mərkəzi Amerikaya biznesmen etdiyi milyoner oğlu Kamalın yanına. Biz də qalmışıq qədim ticarət mərkəzi olan Şəkidə fəaaliyyət göstərən Apellyasiya Məhkəməsinin ümidinə ki, bəlkə burda ədalət 1 % -də olsa zəfər çala Amma inanmıram. Ona görə ağır iqtisadi duruma düşmüş bir azərbaycanlı olaraq dövlət rəhbərlərinə, yuxarı instansiya məhkəmə sədrlərinə və vicdanlı KİV orqanırəhbərlərinə müraciət etmək zorunda qalıram.
Çox hörmətli Prezident İlham Əliyev! Hazırda bizneslə məşğul olan deputat Sabir Hacıyev tərəfindən bizi kimi sadə vətəndaşı öz səhvi ucbatından bütün əmlakımızı satdırıb kredit ödəmələri etməyə məcbur edən və sonda zorakılıqla məni əsassız olaraq 330000 manat borc müqaviləsi bağlamağa məcbur edən və sonda bu pulu saxtakarlıqla məhkəmə qaydasında tələb edən Sabir Hacıyev, onun kredit zamanı zamin olmuş dostu deputat Rauf Əliyev və digər dəstəsinin və ona vəkillik edən hakimlərin fəaliyyətinin aidiyyatı üzrə araşdırılmasına göstəriş verməyinizi xahiş edirik.
Eyni zamanda Ədliyyə naziri cənab Fikrət Məmmədovdan və Məhkəmə Hüquq şurası Aparatı rəhbərindən də xahiş edirk ki, Şəki Apellyasiya Məhkəməsində şikayətimizi alver predmetinə çevirməsinlər, işə düzgün qiymət verərək yenidən araşdırma üçün rayon məhkəməsinə göndərilməsini ədalətin tələb etdiyi kimi yanaşaraq həll edilməsi prosesinə nəzarət etməyiniz xahiş edir və əvvəlcədən təşəkkürümü bildiriəm".
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
|