Yardımlı təhsilində belə işlər də olur... - TƏFƏRRÜAT
Tarix: 30-12-2021, 09:31 | Çap et
Təqribən bir ay öncə "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Yardımlı rayon Separadi kənd M.A.Ağayev adına tam orta məktəbinin müəllimləri barəsində məlumat daxil olmuşdur.
Məlumatda bildirilir ki, adıçəkilən orta məktəbin müəllimləri Əliyev Bəxtiyar Xanış oğlu və Hüseynov Neman Mirhüseyn oğlu 08.10.2019-cu il tarixində "Kərbəla" ziyarətinə getmək üçün ölkədən çıxıb, 25.10. 2019-cu il tarixində ölkəyə qayıdıblar. Lakin, maraqlıdır ki, 08.10.2019-cu il tarixindən etibarən hər iki təhsil işçisinin adına Yardımlı rayon Mərkəzi Xəstəxanasında bülleten açılıb. Güya, hər iki müəllim bu müddət ərzində xəstə olduqları üçün işə çıxmayıblar.
Artıq, adıçəkilən iki müəllimdən biri - Əliyev Bəxtiyar Xanış oğlu 2020--ci ildən təqaüd yaşı çatdığına görə işindən uzaqlaşdırılıb. Digər, müəllim - ingilis dili müəllimi, Hüseynov Neman Mirhüseyn oğlu isə hazırda işini davam etdirir. Hətta, rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin "etibarlı adam"ı olaraq, artıq bir neçə müddətdir direktorsuz qalan Separadi kənd orta məktəbinin idarəçiliyi də müvəqqəti, qeyri-rəsmi olaraq Neman Hüseynova və həmin məktəbdə riyaziyyat müəlliməsi olan həyat yoldaşına həvalə edilib.
Özü də bizim Neman müəllimin yaşının az olmasına baxmayaraq, maşallah "10 barmağında 10 mərifət var imiş".
Belə ki, Astara Pedaqoji Kollecini bitirmiş, yəni orta ixtisas təhsilli, məlumatda bildirildiyinə görə diaqnostik qiymətləndirmədə cəmi 16 bal toplayan fərasətli ingilis dili müəllimi Neman Hüseynov milli adət-ənənələrimiz olan mərasimlərdə də aktiv iştirak edir. Yaslarda molla, toylarda tamada olan Neman müəllim, yay aylarında yaşadığı Masallı rayon ərazisində yerləşən bəzi istirahət mərkəzlərində də "önəmli vəzifə" icraçısıdır. (Bu barədə ətraflı növbəti yayımlarımızda)
Bundan əlavə, redaksiyamıza daxil olan digər məlumatda deyilir ki, Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə Yardımlı rayonunda, tabeçiliyində olan bütün orta məktəblərin direktorlarına dərs bölgüsünü qadağan edib. Yəni, bütün dərs bölgülərini Manaf müəllim birbaşa özü müəyyən edir ki, buna onu "daxili ədalət"i deyil, müəyyən şəxsi maraqları vadar edir.
P.S: Məlumat daxil olan kimi biz hər zaman olduğu kimi məsələyə obyektiv yanaşaraq, İlk növbədə Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefon əlaqəsi saxladıq. Manaf müəllim özü haqqında deyilənləri təkzib etdi. Separadi kənd orta məktəbinin müəllimləri barəsində deyilənlərdən isə məlumatsız olduğunu, ən qısa müddətdə araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.
Bundan sonra biz Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov ilə telefon əlaqəsi saxladıq. Rasim Əkbərov da məsələdən məlumatsız olduğunu və araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.
Aradan bir neçə saat keçdikdən sonra Təhsil şöbəsinin müdirini və baş həkimi aradığımız telefon nömrəsinə zəng gəldi. Zəng edən bəhs etdiyimiz iki müəllimdən biri, Hüseynov Neman Mirhüseyn oğlu idi.
- "Salam, qardaş. Mənim barəmdə müdirə zəng etmisiniz. Nə qulluq, müəllim?"
Biz ona haqqında redaksiyamıza məlumat daxil olduğunu bildirdik. Neman müəllim başladı cavab vermək əvəzinə bizi sorğu sual etməyə ki, -"sizə məlumatı kim verib?, İnternetlə, yoxsa əlyazma ilə yazıb?" və sair.
Neman Hüseynov: - "Müəllim, bu şəxsi münasibətlər zəminində olmuş şeydi. Sən orda yazginən ki, biz araşdırdıq gördük yalandır. Özün də cənub tərəfə gələndə, qardaşuva xəbər elə, oturaq çay içək, söhbət edək".
Biz Neman Hüseynovun diqqətinə çatdırdıq ki, biz sadəcə məlumatın araşdırılması üçün aidiyyatı tərəflərlə əlaqə saxladıq. Kütləvi informasiya vasitələri haqqında qanunda deyilir ki, bizim yazılı, yaxud şifahi məlumat almaq ixtiyarımız var.
Bundan sonra Neman Hüseynov başladı aqressiv danışmağa.
- "Müəllim, çox elə xoddara getmə. Gah xəstəxanaya zəng edirsən, gah təhsil şöbəsinə zəng edirsən. Mən sizin haqqınızda hüquq mühafizə orqanlarına müraciət edəcəm. Özüm ikinci qrup əliləm. (uşaqlıq illərində aldığı xəsarətin nəticəsi olaraq, qolunda problemi var) Məni əsəbləşdirməyin. Gedin araşdırın. Mən də sizin haqqınızda lazımi yerlərə məlumat verəcəm. Mən YAP-ın üzvüyəm."
Deyəsən, Neman Hüseynov YAP-ın üzvü olmağın mahiyyətini yanlış anlayıb. YAP-ın üzvü olmaq istədiyin yerdə, istədiyin qanunsuzluqları törədə biləcəyin anlamına gəlmir, hörmətli Neman müəllim. YAP-ın üzvlük vəsiqəsi qeyri-qanuni əməllər üçün "yaşıl işıq" sayılmır.
Neman Hüseynov deyir: - "Haqqımda deyilənlər hamısı yalandır. Sadəcə Təhsilin müdiri ilə baş həkim narahat olub, mən də ona görə narahatam."
Maraqlıdır, biz sadəcə məsələnin obyektiv araşdırılması üçün aidiyyatı tərəf olaraq, məlumat almaq istədik. Onları bu qədər narahat edən səbəb nədir, görəsən?
Baş həkim Rasim Əkbərov və Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefonla danışdığımızdan 1 gün keçdikdən sonra, hələ də cavab gəlmədiyini görüncə, təkrar aramağı düşündük.
İlk olaraq, Manaf Səmədzadəyə zəng etdik. Manaf müəllim dəstəyi qaldırmadı.
Bundan sonra baş həkim Rasim Əkbərovu aradıq.
Rasim Əkbərov məlumatın doğruluğunu təsdiq etdi və bildirdi ki, "Bəli, həmin müddətdə bizim xəstəxanada həmin şəxslərin adına bülleten açılıb. Maarifə demişik surətini göndərsin araşdıraq. Artıq, Dövlət Sərhəd Xidmətindən də dəqiqləşdirmək üçün tərəfimizdən sorğu hazırlanır. Onların qeyd edilən müddətdə ölkədən çıxış-girişi barəsində."
Deyəsən rayonda bir çox sahələrdə "mükəmməl" olan Neman Hüseynovun, "6-cı hiss"i də digər istedadlarından geri qalmır. Biz Manaf müəllim və Rasim doktorla danışıb bitirən kimi, dərhal o da bizə zəng edir.
Bu dəfə də belə oldu. Neman Hüseynov yenidən bizə zəng etdi.
Deyəsən bu dəfə əsəbləri sakitləşmişdi.
- Salam əleyküm, qardaş. Neman Hüseynovdur Yardımlıdan. Nətərsiz? Mənə baş həkim zəng etdi ki, "sən o vaxt ölkədən çıxmısan, çıxmamısan." Nə məsələdir, qardaş?
Biz: - Bizdən niyə soruşursunuz? Biz dünən sizinlə danışdıq, bitdi. Biz işimizi icra edirik.
Neman Hüseynov: - Sən məni balaca oğlan bilməye...
Biz: - Yox, qətiyyən biz sizi "balaca oğlan" bilmirik. Sizin barənizdə elə məlumatlar almışıq ki, yay aylarında istirahət mərkəzlərində nə kimi rolunuzun olduğunu, bəzi məmurlarla aranızda hansı bağların olduğunu, kimlərlə necə bağlantılarınızın olduğunu və kimlərə nə kimi xidmətlər göstərdiyinizi bilirik. (Bu barədə ətraflı növbəti yayımlarımızda) Təbii, ona görə də bu cür danışıq tonu sizdən gözləniləndir. Amma, o cür şərtlər altında tanıdığınız məmurlara arxalanmaq düzgün deyil.
Neman Hüseynov: - Müəllim, xahiş edirəm, qardaşuva qulaq as. Mənə iki gün vaxt verin, iki gün bu məsələyə görə heç kimə zəng etməyin. Mən iki gün sonra Bakıya müalicəyə gələcəm. Sizin qurum harda yerləşir? Mən gəlim orda özüm danışacam. Siz kiməsə zəng etməyin.
Sözügedən məsələ ilə əlaqədar olaraq, biz Təhsil Nazirliyinin də elektron ünvanına, həmçinin "hansı hallarda bülleten açılmalıdır?", deyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) də elektron ünvanına rəsmi sorğu göndərdik. Aradan 2 həftə müddət keçdikdən sonra cavab gəlmədiyini görüncə, biz Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə telefon əlaqəsi saxlayıb, iki həftə əvvəl sorğu göndərdiyimizi, lakin, hələ də cavabsız qaldığını bildirdik. Cəsarət müəllim isə sorğudan xəbərsiz olduğunu bildirdi və hansı email ünvanına göndərdiyimizi soruşdu. Ünvanı dediyimizdə, Cəsarət müəllim, "ona mən baxmıram, siz bu ünvana göndərin" dedi və bizə başqa bir email ünvan verdi. Yenidən, Cəsarət müəllimin verdiyi email ünvanına da sorğu göndərdik. Artıq, 3-cü həftədir ki, Cəsarət müəllimin "baxdığı" ünvana göndərdiyimiz sorğunun cavabını gözləyirik.
Biz TƏBİB-in mətbuat katibi Elnarə xanıma da zəng edib, sorğumuzu hələ də cavablandırmadıqlarını xatırlatdıq. Zəngimizdən sonra Elnarə xanım bülleten açılmasına dair qanunun "pdf" farmatını kopyalayıb bizə göndərdi. Bu da oldu TƏBİB- in cavabı.
Biz deyilən tarixlərdə sözügedən şəxslərin ölkədən çıxmasını və ölkəyə daxil olmasını dəqiqləşdirmək üçün çox çətinliklə Dövlət Sərhəd Xidmətinin (DSX)elektron ünvanını tapıb, ora da sorğu göndərdik. Lakin, təəssüflər olsun ki, DSX də yarım aydan çox müddət keçməsinə baxmayaraq, hələ də sorğunu cavabsız qoyub.
Yəni anlayacağınız, məlumatları dərc etmədən öncə, KİV haqqında qanunun tələblərini yerinə yetirdik. Cavab verməmək isə sözügedən tərəflərin qanunları ciddi qəbul etmədiklərinin göstəricisidir - deyə düşünürük.
Ardı var...
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
|