Alxasov XƏSTƏLƏNİB? - Sakinlər soruşur...
Tarix: 10-01-2022, 14:53 |
Çap et
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov 2021-ci ilin yekun hesabatında əngəl yaşayanlardandır. Məlumatda deyilirdi ki, Şair Alxasov ilin yekunları ilə bağlı Qusar RİH adından maliyyə hesabatını yekunlaşdıra bilmir ki, buna da səbəb ayağında olan maliyyə kəsirləridir. Məhz bu maliyyə pozuntuları səbəbindən onun gələcəkdə başı ağrıya bilər.
DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, Alxasovun durumu heç də ürəkaçan deyil. Elə bunu Qusardan daxil olan şikayətdən də aydın görmək olar. Qusar sakini Əliheydər Səmidov yazır:
"Şair Alxasovla bayrama qədər və bayramdan sonra görüşməyə cəhd etsək də alınmır. Təxminən 20-yə yaxın şikayətçidir. Hər gün icra hakimiyyətinə gəlib-gedirik. Bizə polis cavab verir ki, başçı yerində deyil, ərazidədir. Ən yaxşı halda "pandemiyadır" deyib yola verir. Amma xəbərlərdən də görürükn ki, başqa rayonların başçıları sakinləri qəbul edir. Hər gün Tərtərin icra başçısı yüzlərlə sakini qəbul edir. Amma Şair Alxasov qorxur qəbuldan.
Bu adqam xəstədirsə, camaatı xəstələndirməkdən qorxursa, dövlət onu sxəstəxanaya yollasın, yerinə sağlam adam qoysun. Sağlamdırsa, camaatı qəbul eləsin".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...