Muxtar Respublikada MALİYYƏ MAXİNASİYALARI... - “Rabitəbank” kredit yox, sələm verirmiş...
Tarix: 13-01-2022, 08:29 | Çap et
Naxçıvan Muxtar Respublikasında maliyyə maxinasiyası barədə dəfələrlə məlumat vermişik. Onu da qeyd etmişik ki, hər il Azərbaycan büdcəsindən 100 milyonlarla vəsait alan Muxtar Respublika hakimiyyəti əlinə düşən milyonları necə gəldi xərcləyir, paytaxtın ayırdığı dotasiyadan “kiçik torpaq” sakinlərinin faydalanmasına imkan vermir, nəticədə çörəklə imtahana çəkilən əhali yurd-yuvalarını tərk edib dünyanın müxtəlif ölkələrinə axışırlar. Şüurlu və ya şüursuz yerli rejim tərəfindən boşaldılan Naxçıvan Allahın umuduna buraxıldığı halda, Muxtar Respublikanın inkişafına ayrılan vəsaitlər israfçı layihələrin “reallaşmasına” sərf olunur. DİA.AZ bildirir ki, bu barədə ovqat.com saytı məlumat yayıb. Qeyd edək ki, bu xüsus 2019-cu ilin 18 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə də eyhamlı üslubla qarşı tərəfin diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev Naxçıvanda görülən işlər barədə Vasif Talıbova müxtəlif suallar vermiş, aldığı cavablara uyğun tərzdə bir az da nəzakət xətrinə onun quruculuq qabiliyyətini tərifləmiş, sonunda isə əsl sözünü demişdi: “Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın”. Sanki Prezident bununla demək istəmişdir ki, bayaqdan mənə sadaladağınız bütün böyük “yatırımlar” Muxtar Respublika büdcəsinə ildə cəmi 83 milyon manat gətiribsə, çox da sinəyə döymək lazım deyil. Üstəlik, həmin illik yığıma gömrük rüsumları da daxildir. Azərbaycanda gömrük rüsumları hardasa illik yığımların yarısını təşkil edir. Yəqin ki, Naxçıvanda da elədir. Bu hesabla, bayaqdan böyük şövqlə bəhs etdiyiniz iqtisadi layihələrdən cəmi 40-43 milyon manat vergi yığa bilmisiniz. Bu isə böyük layihələr kimi ağızdolusu təqdim etdiyiniz xəyali iqtisadiyyata ayrılan vəsaitlərin göyə sovrulmasından başqa bir şey deyil. Azərbaycan Prezidentinin incə eyhamla xatırlatdığı həqiqətlər bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında da masaya yatırılıb. Ovqat.com-un məlumatına görə, kollegiya iclası dövlət vəsaitlərinin səmərəli istifadəsinə, daha doğrusu, ən azı bu zamanadək səmərəsiz istifadəsinə həsr olunub və təkcə 2021-ci ildə Muxtar Respublikada 71 vəzifəli şəxs dövlət büdcəsindən “səmərəli istifadə etmədiyi” üçün cərimələnib və göyə sovrulan vəsaitlər yenidən büdcəyə qaytarılıb. İl ərzində 10 milyon manata yaxın vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb. Başqa sözlə, milyonlarla manatlıq dövlət vəsaiti korrupsiya şirinin ağzından çıxarılıb (Ərdəbil imam-cüməsi ayətullah Amilinin qulağına qurğuşun).
Muxtar Respublikanın Maliyyə Nazirliyinin kollegiya iclasında o da bildirilib ki, təşkil edilən maliyyə nəzarət tədbirləri zamanı müəssisələrin mühasibatlıq sənədləri təftiş olunub, yol verilmiş nöqsanlar və digər qanun pozuntuları nəticəsində vurulmuş ziyan müəyyənləşdirilərək təqsirli şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib. Bundan əlavə, 2021-ci ildə muxtar respublika üzrə, ümumilikdə, 315 min 286 manat məbləğində vəsait bərpa edilərək dövlət büdcəsinə qaytarılıb. Yerində təşkil olunmuş yoxlamalar zamanı müəssisə və təşkilatlarda əmək intizamına əməl edilməməsi, təyinatdan kənar xərc əməliyyatları, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi və enerjidən israfçılıqla istifadə halları aşkarlanaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, 71 vəzifəli şəxsə cərimələr tətbiq edilərək, ümumilikdə, 15 min 40 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Maraqlıdır ki, Muxtar Respublikada göyə sovrulan vəsaitlər təkcə Azərbaycan tərəfindən ayrılan dotasiyalar da deyil. Naxçıvanda fəaliyyət göstərən bir sıra banklar da paytaxtdan gələn pullara dədə malı kimi baxıb və necə gəldi istifadə edib. Bir müddət əvvəl xəbər veridiyimiz kimi, “Kapital”, “Rabitə” kimi bankların regional şöbələrində aparılan audit yoxlamalarında ciddi yeyintilər aşkarlanıb. İddialara görə, ötən ilin son aylarında “Rabitəbank”da ilk audit yoxlamaları keçirilib. Həmin vaxt yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanmasa da, müfəttişlər Bakıya qayıtdıqdan sonra Naxçıvandakı hesabla mərkəzdəki hesab arasındakı fərq diqqəti cəlb edib. Qısa müddətdən sonra ikinci audit heyəti bölgəyə yollanıb. Məlum olub ki, sənədlərdə göstərilən külli miqdarda vəsait təyinatı üzrə transfer olunmayıb. Bankın xəzinəsində də bu vəsaitlərə rast gəlinməyib. Təxminlərə görə, Naxçıvandakı bir çox banklar, o cümlədən “Rabitəbank” vətəndaşlara kredit əvəzinə faizə pul verirmiş. Bu sələmçilik hesabına banklar yox, yerli bankirlər qazanırmış. İddialara inansaq, “Rabitəbank”ın kassiri və rəhbəri barəsində istintaq prosesi başlayıb, digər banklarda da yenidən audit yoxlamaları başlayacağı gözlənilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
|