Naxçıvanda səhiyyə sistemi GÜL VURUR... - İLGİNC İDDİALAR...
Tarix: 4-04-2022, 08:52 | Çap et
Naxçıvan MR Respublika xəstəxanasından redaksiyamıza gələn şikayətlərin sayı artmağa başlayıb. Ovqat.com-a anonimlik şərti ilə məktub yazan həkimlərin bildirdiyinə görə, xəstəxana barədə ilk yazılarımızı dərc edəndən sonra baş həkim Zəbur Bağırovun davranışlarında xeyli müsbət dəyişikliklər baş vermişdi.
Dodağına zəhrimar qonan Baş həkim Bu müsbət dəyişikliklər ilk növbədə onun simasında özünü büruzə vermişdi. Yazılardan əvvəl üzündən adətən zəhrimar yağan, xəstəxana kollektivi ilə kobud rəftar edən, xüsusilə tibb bacılarını aşağılamaqdan xoşlanan Zəbur həkim simasındakı jestləri birdən-birə 180 dərəcədə dəyişdirərək mülayim insana çevrilmişdi. Bir sözlə, müğənni Ağadadaşın məşhur mahnısında deyildiyi kimi, Zəbur həkimin dodaqlarına gülüş qonmuşdu. İndisə Ukrayna hadisələri başlayandan sonra Zəbur həkimin üzündəki müsbət dəyişikliklərin də tədricən əvvəlki vəziyyətinə qayıtdığı bildirilir. Yəni gülüş yavaş-yavaş buxarlanıb öz yerini yenidən zəhrimara buraxıb. Məktubların birində eynilə belə deyilir: “Zəbur həkimin dodaqlarına yenidən zəhrimar qonmağa başlayıb”. Vasif Talıbov - Ukrayna-Rusiya müharibəsinin yeganə qalibi Şikayətçilər bunun günahını Ovqat.com-un diqqətini Ukrayna hadisələrinə yönəltməkdə görürlər və bizdən Naxçıvan mövzusunu bir an belə ikinci sıraya atmamağı tələb edirlər. Onların fikrincə, Rusiya-Ukrayna müharibəsinin yeganə qalibi Naxçıvan “xanlığı”dır. Çünki mətbuatın və rəsmi Bakının başı Ukrayna hadisələrini izləməyə qarışdığından Naxçıvan yaddan çıxıb. Bu da Muxtar Respublikada “köhnə hamam, köhnə tas” rejiminin yenidən bərpa olunması ilə nəticələnib.
Həkim və tibb bacıları maaşlarını vaxtı-vaxtında almamalarından gileylidirlər. İddialara inansaq, yanvar və fevral ayının maaşını mart ayında alan tibb işçiləri bu müddət ərzində xeyli əziyyət çəkiblər. Maaşlarının yubadılmasının səbəbini böyük ehtimalla Respublika xəstəxanası rəhbərliyinin sığortadan mənimsədiyi pulları geri qaytarması ilə əlaqələndirən şikayətçilər kiminsə qanunsuz əməllərinin bədəlinin niyə hansısa həkimin, tibb bacısının və ya xadimənin dərisindən çıxarıldığını anlaya bilmirlər. Baş həkimin özü isə nəinki bu bədəli ödəmir, əksinə, son zamanlar daha konfortlu həyata başlayıb. Hətta yeni və daha bahalı maşın alıb, bununla da sanki öz işçilərinə tənqiddən təsirlənmədiyini göstərir, “burda bizik, Bağdadda kor xəlifə” mesajını verir. Baş həkimə yaxın adamların hətta xəstəxana kollektivinə Azərbaycan mediasını, o cümlədən Ovqat.com-u satın aldıqları barədə fikirlər söylədikləri gələn məlumatlar arasındadır. Sığortalı tibbin adı qalıb Deyilənlərə görə, Respublika xəstəxanasında sığortalı tibbi yardım hələ də problem olaraq qalmaqda davam edir. Naxçıvanın bir çox rayonlarından gələn xəstələri elə süründürürlər ki, binəvalar sonunda ödənişli tibbi xidmət yolunu seçməyə məcbur olurlar. Artıq demək olar ki, heç kim sığorta imkanından yararlana bilmir. Hər kəsin 17 manat alındıqdan sonra həkimlərə yönləndirildiyi bildirilir.
“0 uzman həkim” moduna keçiş Maraqlıdır ki, bu cür yönləndirilmələr adətən Zəbur Bağırova yaxın həkimlərin lehinə nəticələnir. Bu ədalətsiz yönləndirmələr xəstəxanada uzman həkim kimi qalan sonuncu mütəxəssis Elşənin Nəcəfovun istefa ərizəsi yazmasına səbəb olub. Artıq iki gündür ki, Naxçıvan Respublika xəstəxanası “0 uzman həkim” moduna keçib. Bildirilir ki, Türkiyədə təhsil alan Elşən həkimə adətən kasıb xəstələr yönləndirilirdi. O da Naxçıvan standartlarında həkim olmadığından həmin xəstələrə təmənnasız xidmət edirdi. Elşən həkim istefa ərizəsi yazıb işdən çıxandan sonra xəstəxanaya gələn kasıb xəstələr qapıçıdan aldıqları “qara xəbər”lə sarsılıblar. “Artıq Elşən həkim burda işləmir. Xəstəxanada bundan sonra uzman həkimlər ancaq Bakıdan dəvət ediləcəklər. Onların da xidmət pulu yerli həkimlərdən xeyli baha olacaq. Müftə müayinə və müalicə erası tarixin zibilxanasına atıldı”, - iddialara görə, qapıçının bu qara xəbərinə xəstələr ilk əvvəl inanmayıblar. Ələ salındıqlarını sanıb və bu “eşşək zarafatı”na etiraz ediblər. Etiraz dalğası elə güclü olub ki, səs-küyə xəstəxana rəhbərliyi özünü hövlnak bayıra atıb. Rəhbərlik də bu faktı təsdiqlədikdən sonra kasıb xəstələr türkəçarə ilə müalicə olunmağa üstünlük verib evlərinə qayıdıblar. Bildirilir ki, Naxçıvan Respublika Xəstəxanasında bənzər etiraz səsləri tez-tez eşidilir. Deyilənlərə görə, sığortalı xəstələrdən biri bu yaxınlarda ondan tələb olunan 17 manatı ödəmək istəməyib və haqsız tələb qarşısında səsini yüksəldib. Xəstə Respublika Xəstəxanasında baş alıb gedən haqsızlıqdan şikayət etmək üçün birbaşa Ali Məclisə gedəcəyini və “Cənab Sədr”lə görüşəcəyini deyərək onları qanunlara hörmət göstərməyə çağırıb. Aldığı cavab isə xeyli təəccüblü olub. “Kimə şikayətlənəcəksiniz? Burda yığılan pullar birbaşa Cənab Sədrin bankdakı hesabına yatırılır. Balam ölsün, Zəbur həkimin bu pullara aidiyyəti yoxdur”, - bu cəsarətli və açıq fikirləri xəstəyə kassirin dediyi bildirilir. Qənd əvəzinə çek Bənzər fikirləri Zəbir Bağırovun müavini Ramazan Abbasov da hər xəstədən 17 manat xidmət haqqı yığıldığı halda, sadəcə 400-500 manat quru maaşla kifayətlənməli olan iş yoldaşlarına deyib. Həkimlər ona üzərində 17 manat yazılmış çekləri göstərib pullarını tələb ediblər. Bildiriblər ki, xəstələrə müftə baxacaqlarsa, bu çekləri nə edəcəklər? Ramazan həkim isə həmkarlarına maraqlı məsləhətdə bulunub: “Qənd əvəzinə şirin çayınıza salıb, yaxşıca qarışdırıb için”. Qısası, Naxçıvanda artıq “xanlıq” üsulu ilə idarəetmə qaydalarının hökm sürməsini gizlətməyə belə ehtiyac duyulmur. Bu zamanadək rəvacda olan “Cənab Sədrin xəbəri yoxdur” ritorikası “O bizim babamızdır, o, nə desə o olur” kəlamı ilə əvəzlənib. İnsafən, Respublika xəstəxanasından ürəkaçan məlumatlar da yox deyil. Xəstəxana işçilərindən birinin yazdığına görə, Zəbur həkim və komandasının dodağına zəhrimar qonmaları elə həddə artıb ki, şikayəti gedib “xan” həzrətlərinin qulağına çatıb. Ali Məclisdən gələn xəbərdarlıqdan sonra Baş həkim əyan-əşrəfini başına toplayıb müşavirə keçirib. Müşavirə iştirakçılarına üzlərindəki zəhrimar dağarcığını bir qədər azaltmağı əmr edən Zəbur “doxtor” həkimlərə xüsusilə tibb bacılarını, xadimələri incitməməyi tapşırıb. Bu tapşırıqdan sonra həkimlərin qismən “mədəniləşdiyi” bildirilir. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
|