`Mikayıl İsmayılovun zavodu` İFLAS HƏDDİNDƏ... - İLGİNC İDDİALAR...
Tarix: 27-04-2022, 08:31 | Çap et
Ağsu rayonunda yerləşən “Azqranata” MMC şirə və şərab zavodu ildən-ilə müflisləşmə xətti üzrə inkişaf edir. Bununla bağlı cumhuriyyet .az-a verilən məlumata görə, yarandığı vaxtdan bir neçə il ərzində şöhrətini qorumağı bacaran istehsal müəssisəsi, demək olar, artıq mövcudluğunu qorumaq iqtidarında deyil. Ağsuda “Mikayıl İsmayılovun zavodu” kimi tanınan müəssisə böhrandan çıxa bilmir. Nəzərə alsaq ki, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov bir neçə ay əvvəl vəzifəsindən azad olunub, onda, indi zavodun kimin kurasiyasında olduğu maraq doğurur. Qeyd edək ki, M.İsmayılov vəzifədən alınsa da, qohumları hələ ki, “Azqranata”da buyruq sahibləridir. DİA.AZ xəbər verir ki, “Azqranata” MMC-dən səbəbsiz çıxarılan keçmiş əməkdaşların cumhuriyyet.az-a verdikləri məlumata əsasən, əvvəllər müəssisə tam gücü ilə işləyirdi və məhsullarını istər yerli bazarda, istərsə də Rusiya, Ukrayna və Avropa bazarlarında rahatlıqla sata bilirdi, ta ki, Mikayıl İsmayılovun yaxın adamı Nazim Babayev zavoda direktor təyin olunana qədər. “Nazim Babayev idarəetmə səriştəsizliyi ilə zavodun nailiyyətlərini 90 dərəcəlik istiqamətdə dəyişə bildi.” – deyən mənbələr, davamı olaraq, belə qeyd edirlər: “Belə ki, Nazim Babayev az müddət ərzində müəssisənin bünövrəsinin qoyuluşundan əziyyət çəkən işçiləri öz qohumları və həmkəndliləri ilə əvəzlədi. Sonra isə özünə yaxın işçilərin əli ilə zavoda saxta spirtlər doldurdu. Ucuz və keyfiyyətsiz spirtdən hazırlanan içkiləri “Azqranata” məhsulu kimi yerli bazarlara dağıdan yerlibaz direktor, tezliklə müəssisənin brend məhsullarının alıcılıq qabiliyyətini sıfıra endirdi. Təbii ki, Bakıda oturan ali rəhbərlik bu vəziyyətdən xəbər tutdu və zavodun böhran səbəbləri araşdırıldı. Saxta məhsul satışı üzə çıxdı və bu əməlin bir ucu Nazim Babayevə dirəndi. Lakin Mikayıl İsmayılovun nüfuzu öz qohumunu məsuliyyətdən kənarda saxlaya bildi. Əvəzində isə bir neçə mühafizəçi və kiçik ranqlı işçi vəzifəsindən azad olundu. Beləcə, işin üstü ört-basdır edildi.” “Bir müddət sonra Nazim Babayev də direktorluqdan uzaqlaşdırılsa da, zavodun mühafizə xidmətinə rəis təyin edilərək, müəssisədən kənarlaşdırılmadı.” Məsələ ilə bağlı mənbə cumhuriyyet.az-a bildirir: “Hazırda “Azqranata” MMC-nin İdarə heyyətinin sədri Ceyhun Bəxtiyarlıdır. Zavodun direktorunun isə kim olduğu bilinmir. Belə ki, idarəçilik bir neçə adamın arasında bölüşdürülüb – Ərəstun Mürsəlov (M.İsmayılovun qohumu), Nazim Babayev (M.İsmayılovun qohumu), Yusif Ləzgiyev (şərab istehsalı rəisi), Pünhan Ərzimanov (şirə istehsalı rəisi). Bunlar hərəsi öz sahəsinin ağasıdır və idarəçiliyi öz xarakterlərinə uyğun həyata keçirirlər. Çünki C.Bəxtiyarlı MMC-ni ayda bir neçə dəfə sadəcə ziyarət etməklə kifayətlənir, nə hesabat tələb edir, nə də işçilərlə hesabat yığıncaqları keçirir. Zavodda iş saatı 9-00-dan 18-00-a qədərdir. Ölkədə minimum əmək haqqı 300 manat təyin olunsa da, burda fəhlələrin maaşı 273 manatdır. Əvvəllər işçilərə havayı verilən nahar yeməyi 2 ildir pulla satılır. Bayramlarda həvəsləndirmə məqsədilə verilən töhfə payları bir neçə ildir ki, kəsilib. Əvvəllər həmkarlar ittifaqı kvartalda 20 manat fəhlələrin maaşına artım edirdi, 6-7 aydır bu yardımı da dayandırıblar. Eləcə də 2 ildir 13-cü maaş da ləğv edilib. Zavod o dərəcədə tənəzzül edib ki, rəislər zibilə atılan yararsız əşyaları da işçilərinə pulla satırlar. İşçiləri daşımaq üçün nəzərdə tutulan avtobusun sürücüsü də işdən çıxarılıb, nəticədə uzun müddətdir işçilər öz hesablarına işə gedib-gəlirlər. Üstəlik, zavodun 3 yük maşınından 2-si satılıb. Müəssisənin istehsal etdiyi az-çox məhsulun satışını isə müqavilə əsasında “Veysəloğlu” MMC həyata keçirir. Bir sözlə, “Azqranata” MMC-də vəziyyət acınacaqlı durumdadır. Bu acınacaqlı durum isə özlüyündə işçilərin ucuz istismarı və ixtisarı ilə nəticələnir. “
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
|