Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                 

Beyləqanda Təzəkənddə köhnə KORRUPSİYA... - BU DA FAKT!!!
Tarix: 24-05-2022, 16:22 | Çap et
Beyləqanda Təzəkənddə köhnə KORRUPSİYA...
Yerli özünüidarəetmə qurumlarında bələdiyyə-vətəndaş münasibətlərin düzgün qurulması, o cümlədən vətəndaş müraciətlərinə baxılmasına həssaslıqla yanaşılması, ictimai etimadın artırılması istiqamətində tədbirlər görülməsi, fəaliyyətdə hesabatlılıq və şəffaflığa əməl olunması kimi gəlişigözəl sözlərə indi bəlkə də yalnız Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin orqanı olan qəzet və saytda rast gəlmək olar. Bələdiyyələrlə bağlı gerçək vəziyyətin acınacaqlı olması isə uşaqdan-böyüyə hamıya məlumdur. Təəssüflər olsun ki, bu təsisat yarandığı vaxt ona bəslənilən ümidləri doğruiltmadı və yerli icra hakimiyyətlərinin “torpaqsatan” mexanizminə çevrildilər.
Beyləqan rayonunun Təzəkənd bələdiyyəsinin sədri Fərhad Ağayevin yarıtmaz fəaliyyəti barədə KİV-də, o cümlədən, RealMedia-az.life saytında əvvəllər də tənqidi yazılar gedib.
Aralarında şəhid ailələri, müharibə iştirakçıları, qazilər olan kənd sakinləri, kənd təsərrüfatı məhsulları istehsalçıları iddia ediblər ki, Fərhad Ağayevin üç il yarım əvvəl bələdiyyəyə əvvəlcə üzv, sonra da sədr seçilməsi saxtakarlıqlarla müşayiət olunmuş, onu bu vəzifəyə rayon icra hakimiyyətinin başçısı de-fakto təyin etmişdir. “Nolovoy karta” deyilən 90 hektar ərazini əhatə edən dəmyə torpaqlarının istifadəçiləri şikayətlənirdilər ki, sədr vəzifəsinin icrasına başlayandan heç kimlə məsləhətləşmədən təkbaşına qərarlar verməklə məşğul olan Fərhad Ağayev 2020-ci ildə imzaladığı 09 saylı protokolla bələdiyyənin mülkiyyətində olan torpaqlara görə vergini heç bir əsas olmadan 35 faiz, yəni, hər hektara görə əvvəlki 60 manatdan 80 manatadək artırıb. Bu da dolanışığı torpaqdan çıxan kənd sakinlərinin haqlı narazılığına səbəb olub.
Onlar həmçinin vergini artırmaqda pərgar olan bələdiyyə sədrini rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflığı təmin etməməkdə, bələdiyyə büdcəsinə yığılan vəsaitin necə və hansı istiqamətdə xərclənməsi barədə kənd sakinlərinə və ictimaiyyətə hesabat verməməkdə, abdlıq-quruculuq işləri görmək əvəzinə gününü restoranlarda eyş-işrətdə keçirməkdə qınayırdılar.
Yayılan məlumatlarda hətta qeyd olunurdu ki, el içində “Bələdiyyənin Kefli İsgəndəri” ayaması verilmiş Fərhad Ağayev təkcə spirtli içki aludəçisi kimi deyil, başqa zərərli vərdişlərin də düşkünü kimi tanınır: “Beynini bürüyən duman təkbaşına qəbul etdiyi qərarlara da öz mənfi təsirini göstərir, bələdiyyə büdcəsinə keçirilməli və səmərəli istifadə olunmalı pulları hara, necə xərclədiyini bilmir. Əvvəllər AXCP üzvü, qatı müxalifətçi kimi tanınan Fərhad Ağayevin siyasi orientasiyasının indi də şübhə doğurduğu bildirilir”.
Budur, redaksiyamıza Təzəkənd kənd bələdiyyəsinin sədrinin işdəycələri barədə həmkəndlilərinin növbəti məktubu daxil olub. Bildirilir ki, Fərhad Ağayevin sədrlik etməyə başladığı 2018 – ci ili son 3 ayında bələdiyyə tərəfindən 9880 manat, 2019-cu il ərzində 29080 manat, 2020-ci ildə 24500 manat, 2021-ci ildə 20300 manat, cari 2022-ci ilin ötən dövrü ərzində isə 4000 manata yaxın torpaq və əmlak vergisi toplanıb. Bu vəsaitdən yalnız 2018-ci ildə vur-tut 16 yük maşını çınqıl daşınmaqla kəndə yol çəkilib. 2020-ci ildə bələdiyyənin hesabına bir küçəyə 6 yük maşını, bir şəhid ailəsi yaşayan məhəllədaxili yola 2 yük maşını çınqıl daşınıb.
Bundan başqa, son üç ildə hər il Təzəkənd bələdiyyəsinə 2200 manat dövlət tərəfindən dotasiya, “Azercell” mobil operatoru ilə tərəfdaşlıq sazişi çərçivəsində ildə 1000 manat pul vəsaiti ayırılıb. Bütün bunların müqabilində sadaladığımız cüzi istisnalar olmaqla, bələdiyyə yerli əhəmiyyətli sosial məsələlərin həlli istiqamətində heç bir iş görməyib.
Həmçinin qeyd olunur ki, pandemiya və Vətən müharibəsi dövründə Təzəkənd bələdiyyəsinə başqa xeyriyyəçilər tərəfindən də verilən ianələr də Fərhad Ağayev və işbaz ortaqları tərəfindən şəffaf xərclənməyib, mənimsənilib.
Eyni zamanda, məlumata görə, F.Ağayev bələdiyyənin perspektiv inkişaf fondundan hər biri 12 sot olmaqla 11 həyətyanı torpaq sahəsini özünə götürüb, qohum – əqrəbasının adına sənədləşdirib.
Nəhayət, başqa bir məınbədən öyrənmişik ki, Fərhad Ağayevin qutudan qalib çıxarıldığı bələdiyyə seçkilərində Təzəkənd kənd sakinləri Cəfərova Sahibə Nəsib qızı və digərləri onların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət etmiş, lakin Fərhadın tapdığı havadarların təzyiqi ilə Komissiyanın ekspert qrupu “şikayətin verilməsi qaydalarının tələb etdiyi 3 gün müddətinin ötürüldüyünü” əsas götürərək geri qaytarmışdır.
Göründüyü kimi, bütün bu sadalanan faktlar öz mahiyyətinə görə korrupsiya hüquqpozmalarıdır və məhz Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmalıdır.
//RealMedia-az.life//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru