İlham Əliyev bu dəfə də USTA DAVRANDI... .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib .....                     AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib .....                     Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     “Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti .....                     “Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” .....                     Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq .....                     Moskvada .....                     PKK kartı kimin cibindədir? .....                     AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                 

Savaşın ilk günündə şəhid olan iki qardaşa qarşı HAQSIZLIQ... - Prezidentə müraciət olundu
Tarix: 12-07-2022, 08:54 | Çap et
Savaşın ilk günündə şəhid olan iki qardaşa qarşı HAQSIZLIQ...
Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri – Şəhid qardaşlar-Əli və İslam Əhmədovların anası Sevinc Səlim qızı Əhmədova ölkə Przidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident, ölkənin Birinci xanımı Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Müdafiə naziri Zakir Həsənov, Mədəniyyət naziri Anar Kərimov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Müdafiə nazirinin Birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Cənab Prezident, cənab Müzəffər Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Sevinc Səlim qızı Əhmədova Mingəçevir şəhərində, “Günəşli” yaşayış massivində yaşayıram və Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri-Əli və İslam Əhmədovların anasıyam. İki övladım, iki oğlum var idi, hər ikisi də İkinci Vətən Müharibəsi zamanı Vətən, Qarabağ yolunda canlarını fəda etdi, qəhrəmancasına həlak oldu, Şəhidlik məqamına yüksəldilər. Övladlarım hərbçi idi və hər ikisi də eyni gündə, sentyabrın 27-də Şəhid oldu və eyni gündə, ayın 28-də torpağa tapşırıldılar.

Bir ana üçün övlad itkisi, övlad acısı nə qədər əzablı, nə qədər ağrılı, nə qədər dözülməz olsa da, hər iki övladımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram belə Oğulların, Əli və İslam kimi İgidlərin, Qəhrəmanların, Vətən fədailərinin anasıyam. Övladlarım da daxil olmaqla, cəmi Şəhidlərimizin, Şəhid balalarımızın ruhları qarşısında baş əyirəm!

Qeyd edim ki, hər iki övladım Şəhidliklərindən sonra Ali Baş Komandan kimi Sizin tərəfinizdən bir neçə medalla təltif olunublar. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi, Ordumuzu, Qalib Azərbaycanımızı qorusun!”

Müraciətdə daha sonra deyilir:

“Çox hörmətli İlham Heydər oğlu!

Sizə müraciət etməkdə məqsədim övladlarının adının, xatirəsinin əbədiləşdirilməsi, onların Haqq etdikləri ordenlərlə təltif edilməsi ilə bağlıdır. Elə bu yerdə qeyd edim ki, İkinci Vətən Müharibəsində 7 ailə, 7 ana iki övladını Vətən yolunda qurban verib və onlardan biri mənəm. Həmin ailələrin bir neçəsində artıq övladlarından heç kim qalmayıb. Mənim də yuxarıda qeyd etdiyim kimi, cəmi iki övladım var idi və hər ikisi də canını Vətən yolunda fəda etdi. Mən övladlarımı minbir əzab-əziyyətlərlə böyütmüşdüm. Çünki həyat yoldaşımı illər öncə itirmişdim. Övladlarıma həm ana, həm ata olmuşdum. Övladlarımdan sonra kimsəm qalmayıb, tək-tənha yaşayıram və övladlarıma qovuşacağım günü gözləyirəm.

Amma istəyirəm ki, övladlarımın Haqqı, əziyyəti yerdə qalmasın. Onlar, eləcə də iki oğlunu itirmiş ailələrin övladları Vətən Müharibəsi Qəhrəmanı fəxri adı və ya ən ali ordenlərimizdən biri ilə təltif edilsinlər. Çünki bu, onların Haqqıdır. Bu məsələ ilə bağlı dəfələrlə bütün instansiyalara müraciətlər etsəm də, Müdafiə Nazirliyində, Prezident Administrasiyasında olsam da, bir neçə dəfə Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Sizin köməkçiniz Məhərrəm Əliyevlə görüşsəm də və hər dəfə vədlər verilsə də, ötən müddət ərzində övladlarım Haqqı olan ordenlərlə təltif edilməyiblər. Belə görünür ki, onların təqdimatı verilməyib, əgər verilmiş olsaydı, inanıram ki, Sizin sərəncamlarınızla onlar ordenlərə layiq görülər və Haqlarını alardılar.

Amma çox təəssüflər olsun ki, övladlarımın orden Haqqı hələ də tanınmayıb. Bu isə hər iki övladını itirmiş bir ana kimi məni çox üzür, çox incidir, çox yaralayır. Ona görə Sizdən xahiş və rica edirəm ki, həm mənim övladlarım, həm də iki oğlunu Şəhid vermiş ailələrin Şəhid balaları Azərbaycanımızın ən ali ordenlərindən biri ilə təltif olunsunlar.

Savaşın ilk günündə şəhid olan iki qardaşa qarşı HAQSIZLIQ...

Eyni zamanda istəyirəm ki, yaşadığımız küçəyə, eləcə də Mingəçevirdəki məktəblərdən birinə övladlarımın adı verilsin. Bu da balalarımın, Şəhidlərimin Haqqıdır. İstəyirəm ki, bu məsələ ilə bağlı müvafiq qurumlara və şəxslərə göstəriş və tapşırıqlar verəsiniz, bu məsələnin müsbət həllini tapmasına köməklik göstərəsiniz.

Bununla yanaşı, nəzərinizə çatdırım ki, övladlarımın öz halal zəhmətləri ilə aldıqları, üzünü doyunca görmədikləri və hazırda da mənim yaşadığım evi balalarımın xatirəsinin yaşadılması üçün ev-muzeyinə çevirmişəm. İstəyirəm ki, bu ev-muzeyi dövlət qeydiyyatına alınsın, dövlətin mülkiyyətində, balansında olsun və gələcək nəsillərimiz bu ev-muzeyi ilə, övladlarımın qəhrəmanlıqları, şərəfli həyat və döyüş yolu ilə tanış olsunlar. Bu məsələdən Mədəniyyət Nazirliyi də xəbərdardır, hətta ev-muzeyinin dövlət muzeyi (ya da dövlət muzeyinin filialı) kimi qeydə alınması ilə bağlı adıçəkilən Nazirliyin razılığı da ortadır. Amma çox təəəssüflər ki, aylardır bu məsələ də uzanır, yubanır. İstəmirəm ki, məndən sonra bu ocaq, bu ev-muzeyi dağılıb-getsin. İstəyirəm ki, bu ocaq, bu ev-muzeyi daim yaşasın, daim qorunsun, dövlətin nəzarətində olsun.

Ona görə Sizdən xahiş və rica edirəm ki, Mədəniyyət Nazirliyi və Nazirlər Kabinetinə müvafiq göstəriş və tapşırıqlar verəsiniz və bu məsələnin tezlikə müsbət həllnii tapmasına köməklik göstərəsiniz. İnanıram ki, belə də olacaq, hər üç məsələ, hər üç xahişim həssaslıqla qarşılanacaq, nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Az da olsa, həm Şəhidlərimin ruhu rahatlıq, huzur tapmış olacaq, həm mənə təskinlik, təsəlli olacaq. Mən özümlə bağlı heç bir xahiş, rica etməmişəm və etmirəm, heç nədə gözüm yoxdur, mənə heç nə lazım deyil. Sadəcə, övladlarımın adının, xatirəsinin yaşadılmasını, onların Haqqının tanınmasını istəyirəm.

Öncədən də Sizə minnətdarlığımı bildirirəm. Allah bir daha Sizi və Müstəqil, Azad, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Əliyev bu dəfə də USTA DAVRANDI... - CƏNAB YAXŞI BİLİR...
Bu gün, 17:35
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - RİH-dən REAKSİYA
Bu gün, 17:21
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib - FOTO
Bu gün, 17:17
AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib - DİQQƏT
Bu gün, 17:15
Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib - MÜHÜM
Bu gün, 17:12
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 17:09
“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti - DİQQƏT
Bu gün, 17:07
“Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” - ŞƏRH
Bu gün, 16:02
Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq - Partiya sədri
Bu gün, 16:00
Moskvada “Görüş Yeri - Bakı”
Bu gün, 15:26
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Bu gün, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Bu gün, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Bu gün, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Bu gün, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Bu gün, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Bu gün, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Bu gün, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Bu gün, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru