Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                 

"Belə biabırçılıq, bu qədər yalan olar?.." - NARAZILIQ VAR!
Tarix: 5-08-2022, 08:22 | Çap et
"Belə biabırçılıq, bu qədər yalan olar?.."
15 il əvvəl Xəzər dənizində qazma quyularında onurğa sütunundan xəsarət alan, əməliyyatdan sonra da səhhətindəki problem aradan qalxmayan Nəriman Abdullayev bu səbəbdən ikinci qrup əlil kimi, 13 il pensiya alıb. 2021-ci ilin iyunundan sonra onun əlillik müddətini uzatmaqdan imtina ediblər. Deyiblər ki, hazırkı durumuna görə ona əlillik dərəcəsi düşmür. Bu üzdən pensiyası da kəsilib. DİA.AZ-ın məlumatına görə, Nəriman Abdullayev Meydan TV-yə bildirib ki, hazırda nə təqaüd ala bilir, nə də səhhətindəki problemlərə görə işə götürülür:

“Bəzən ağrıdan dayana bilmirəm, bəs mən lazım olan dərmanları necə alım? Hardan pul tapım? Səhhətimdəki ciddi problemlər işləməyə imkan vermir, bunlar da pensiya vermirlər ki, “yox, sağalmısan”. Belə biabırçılıq, bu qədər yalan olar? Mən acından ölməliyəm?!”

Nəriman Abdullayev hazırda onurğa sütunu üçün korsetlə gəzir, əl ağacından istifadə edir. Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan 57 yaşlı keçmiş neftçi 1985-ci ildən bu sahədə çalışıb. Öncə Tamponaj İdarəsində Kompleks qazma işləri üzrə trestdə sürücü-motorçu işləyib. Sonradalan başqa vəzifələrdə çalışıb.

1988-ci il noyabrın 2-də ikinci qrup əlilliyə gətirib çıxaran peşə xəstəliyinə tutulub – ayaqları yeriməyib, iki il yataq xəstəsi olub. Müalicə olunandan sonra 1993-cü ildə yenidən işə götürülüb.

2006-cı il dekabrın 31-də gecə Qum adası yatağında (Bahar buruqları quyusu) növbə dəyişikliyi zamanı qazma qurğusundan gəmiyə keçərkən eniş meydançası qırılıb. Nəticədə Nəriman Abdullayev dənizə düşüb. Onun sözlərinə görə, qazma qurğusunun altında onu uzun müddət axtarıblar, xeyli cəhdlərdən sonra xilas ediblər:

“Həmin vaxt kürəyimdən güclü zərbə almışdım. O vaxtdan onurğa sütunumda və belimdə dəhşətli ağrılar var. Onurğa sütunumda xəsarət, peşə xəstəliyi və ikinci qrup əlillik səbəbindən 2008-ci il iyunun 21-də işdən azad edildim…”.

Nəriman Abdullayevin əlilliyi əvvəllər hər il yenidən təsdiqlənirdi və o, pensiya alırdı. 2016-cı ildə dəyişiklik olub və əlillik müddəti 5 illik təsdiqlənib. 2021-ci ilin iyununda müddətin başa çatması əsas gətirilərək, pensiyası dayandırılıb.

“Qaradağdakı 23 saylı xəstəxananın baş həkimi məni 4 dəfə təkrar müayinəyə göndərib. Hər dəfə MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) keçmişəm. Həm MRT-nin, həm də EMQ-nin (Elektromioqrafiya) nəticələrini, epikrizləri əlavə edib göndərmişəm. Keçən il avqustun 25-dən sentyabrın 2-nə qədər də Neftçilər xəstəxanasında müayinələrim aparılıb. Mənə “Bel sütununun sol L4 köklərinin sıxılması (hemilyanin ektomiyasi), L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonrakı vəziyyət, kürək fəqərələrinin osteoxondrozu, uzunmüddətli kəskin ağrılı diskogen radikulopatiya, sağ ayağın parezi, ağır asteno-nevrotik vəziyyət diaqnozu qoyulub. Sonradan Neftçilər xəstəxanasında bir də müayinədən keçdim. L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonra kürək fəqərələrinin diffuz osteoxondrozu diaqnozu da əlavə olundu. Bu il yanvarın 31-də Respublika Kliniki Xəstəxanasında dördüncü dəfə müayinə olundum, orada da diaqnozlar təsdiqləndi. Buna baxmayaraq, əlilliyimi təsdiq eləməkdən imtina elədilər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nəriman Abdullayev yanvarın 25-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində də müayinə olunub:

“Məlum olub ki, tibb müəssisəsinin onurğa sütununda zədələnmələr haqqında diaqnozu təsdiq edilmir. Ümumilikdə Nəriman Abdullayevin vəziyyəti ona əlil statusunun verilməsi üçün əsas vermir”.

Nazirlik vurğulayıb ki, Azərbaycanda əlilliyin müəyyən edilməsinin yeni meyarları tətbiq edilir. Daha əvvəl sağlamlıq vəziyyətilə əlaqədar müavinət alan bəzi insanlar bu meyarlara uyğun deyil:

“Təkrar attestasiya zamanı vətəndaşın əlil statusu olmadan normal yaşamaq iqtidarında olduğu müəyyən edilsə, onun daha əvvəl aldığı müavinətlər xəzinəyə qaytarılmır. Vətəndaşlar komissiyanın qərarından məhkəməyə şikayət vermək hüququna malikdilər”.

Nəriman Abdullayev də bu ilin aprelində məhkəməyə üz tutub. Onun hüquqlarını məhkəmədə vəkil Rauf Əzimov müdafiə edib. Vəkilin əsas arqumentlərindən biri bu olub ki, qanunvericilik 10 il fasiləsiz əlil kimi təqaüd almış adama münasibətdə belə davranışı qadağan edir. O vurğulayıb ki, 13 il ərzində ciddi xəstəliklərdən əziyyət çəkən, bu müddətdə sağalmayan adamın indi sağalması məntiqli deyil. Vəkil məhkəmədə vurğulayıb ki, bütün bunlar əsas götürülməli, sabiq neftçinin şikayəti təmin olunmalıdır.

Məhkəmədə cavabdeh qismində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi isə buna etiraz edib, Nəriman Abdullayevin iddiasının təmin olunmamasını istəyib.

Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayeva iyulun 26-da Nəriman abdullayevin xeyrinə qərar verib – onun şikayəti təmin edilib.

“Bu qurum bilə-bilə ki, haqsızdılar, yenə də bu cür məhkəmə qərarlarından yuxarı instansiyalara şikayət verir. Məqsəd insanları süründürməkdir. Adama deyərlər ki, əgər təqaüd vermirsənsə, sağaldığımı iddia edirsənsə, buyur, məni SOCAR-dakı işimə bərpa elə…”, – keçmiş neftçi əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru