Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                 

Dövlət Əmək Müfəttişliyi Xidməti bir işçinin haqqını qoruya bilmirsə... - Qubada ÖZBAŞINALIQ
Tarix: 31-08-2022, 08:19 | Çap et
Dövlət Əmək Müfəttişliyi Xidməti bir işçinin haqqını qoruya bilmirsə...
Quba rayonunun Alekseyevka kənd sakini Murad Əliyev deyir ki, çalışdığı yerdə əməkdaşlara qarşı haqsızlıqlara, yeyintilərə etiraz etdiyinə görə özünü işdən çıxarıblar. Baş verənlərlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə, məhkəmələrə edilən müraciətlərin də faydası olmayıb. Hazırkı nəticə isə budur ki, o, dolanışığını təmin etməkdə, övladlarına görə aliment ödənişində çətinlik çəkir. Hətta buna görə bir müddət əvvəl inzibati qaydada həbs olunub.

“Həftədə 50-60 saat işlədirdilər, sübutlarım var”

Murad Əliyev Qubada “Fəsil Turizm” MMC-yə məxsus “Quba Palace” oteldə qolf mütəxəssisi işləyib. Onun sözlərinə görə, 2016-cı ildən çalışdığı bu iş yerindən 2020-ci ildə çıxarılıb:

“Orada mən də daxil olmaqla, işçiləri sözün əsl mənasında istismar edirdilər. Aliment öhdəliyim vardı, ona görə dözürdüm. Əvvəllər Türkiyə vətəndaşı olan bir nəfər nəzarətçi vardı, onun dövründə yaxşı idi. Sonradan elə bir vəziyyət yaratdılar ki, o, işləmək istəmədi. Ondan əvvəl nəzarət eləmiş şəxsi yenidən gətirdilər. Yenə başladı işçiləri qışda ixtisar eləyib, pullarını verməməyə, adamları qat-qat çox işlətməyə və s. Türkiyəlinin dövründə o başa düşürdü ki, adamları bir parça çörəklə sınağa çəkmək olmaz. Ona görə qışda çıxarmırdı”.

Şikayətçi deyir ki, sənəd üzərində hər günə 8 saatdan çox olmamaq şərtilə, həftədə 5 gün iş rejimi müəyyənləşdirilsə də, reallıqda işçiləri, o cümlədən onun özünü həftəyə 50-60 saat işlədirdilər. Həftənin şənbə, bəzən bazar və bayram günlərində də işə çağırırdılar:

“Rəhbərliyə iradlarımı çatdırdım. Sözləri belə oldu ki, bu şərtlərlə işləməlisiniz. Mən də fikrimdən dönmədim…”

“Məhkəməyə 16 nəfərin imzaladığı cədvəl təqdim elədim, əhəmiyyət vermədi”

Murad Əliyev elə işləyə-işləyə Quba Rayon Məhkəməsinə üz tutub, əmək hüquqlarının pozulması barədə iddia qaldırıb. Məhkəməyə müraciətindən az sonra isə işdən çıxarılıb:

“27 noyabr 2020-ci ildə məhkəmədə iddia qaldırdım, 7 dekabrda işdən çıxarıldım…”

Quba Rayon Məhkəməsi də onun iddiasını təmin etməyib. Murad Əliyev deyir ki, hərçənd, məhkəməyə əmək hüquqlarının pozulduğunu, artıq işlədildiyini təsdiqləyən konkret sübutlar təqdim eləmişdi:

“İşə nə vaxt gəlib-getdiyimi göstərən, 16 nəfərin imzaladığı cədvəli təqdim eləmişdim. Oradan görünürdü ki, mən həftədə nə qədər işlədilmişəm. Buna “işləmək” yox, “istismar edilmək” deyərlər. Görünür, məhkəmə üçün mənim sübutlarım maraqlı deyildi. İddiamı təmin eləmədi. Apelyasiya məhkəməsi də bu qərarı qüvvədə saxladı. Aydın məsələdir ki, o otelin sahibi hara, mən hara…”.

Murad Əliyev sonradan Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinə qarşı da məhkəmədə iddialar qaldırıb. O, hər iki qurumdan kompensasiya tələb edir.

“Əmək Müfəttişliyi qanunsuzluqlara göz yumdu, saxta rəy verdi”

Şikayətçi hələ 2020-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinə də müraciət edib. Deyir ki, əmək hüquqlarının pozulmasıyla bağlı faktları bu quruma təqdim edib. Lakin son nəticədə ona cavab verilib ki, şikayətləndiyi hallar araşdırma zamanı aşkarlanmadı:

“Təəssüf ki, bu qurum obyektiv ola bilmədi, qarşı tərəfin maraqlarını müdafiə elədi, təqdim elədiyim faktları görməzdən gəldi. Əlbir olub real faktları gizlətdilər. Nəticədə də saxta rəy verildi. Bununla da mənim hüquqlarımı pozmuş oldu”.

Murad Əliyev işdən çıxarılandan az sonra – 3 yanvar 2021-ci ildə Dövlət Məşğulluq Agentliyində “iş axtaran vətəndaş” kimi qeydiyyata götürülüb. Həmçinin “Dövlət Özünüməşğulluq Proqramına cəlb edilmək üçün müraciət edib.

O, həmin ərəfədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin tabeliyində olan, əmək fəaliyyətilə bağlı müxtəlif qurumlara müraciət edərək, aliment öhdəliyi olduğunu vurğulayıb, təcili iş tapmaqda yardım istəyib:

“Müxtəlif instansiyalara müraciət etmişdim. İşlə yanaşı, həm də işsizliyə görə əmək sığortası ilə təmin olunmağımı istəmişdim. Çünki “Fəsil Turizm” MMC-də 5 ilə yaxın fəaliyyətim vardı, mənə düşürdü. Amma 23 iyun 2021-ci il tarixli məktubla mənə imtina cavabı verildi. Şirkətdən sənəd vermişdilər ki, guya mən 2018-ci ildən orada işləmişəm. Halbuki, bu yalandır. Aliment məsələsilə bağlı İcra və Probasiya şöbəsinə verilən məktubda isə 2016-cı ildən işlədiyimi yazıblar. Eyni şirkət hər məktubda bir cür yazır”.

“Nə qədər əziyyətim, vaxtım getdi…”

Murad Əliyevin davamlı müraciətlərindən sonra Dövlət Məşğulluq Agentliyindən ona təsərrüfatla məşğul olmaq üçün arı ailəsi veriblər. Şikayətçi deyir ki, arılar təsərrüfat üçün yararsız olub və bu barədə dərhal agentliyin məsul şəxslərini məlumatlandırıb, onlardan gəlib yerində baxış keçirmələrini istəyib:

“27 sentyabrda Agentliyin 9 saylı Quba Məşğulluq filialına ərizə verdim ki, mənə verilən arı pətəkləri yararsızdır, baxış keçirilməsini istədim. Rəsmi cavab vermədilər, şifahi dedilər ki, arıçı baytar tərəfindən rəy verilməsini özüm təşkil eləməliyəm. Sonradan məlum oldu ki, şimal bölgəsində ümumiyyətlə, belə bir arıçı baytar yoxdur. Kənd Təsərrüfatı Nazirliyinə müraciət elədim. Uzun süründürməçilikdən sonra onlar gəlib baxıb rəy verdilər. Bu müddətdə nə qədər əziyyətim, vaxtım getdi, vəsait xərclədim…”

Murad Əliyevin həm Dövlət Əmək Müfəttişliyi Xidmətinə, həm də Dövlət Məşğulluq Agentliyinə qarşı iddialarına Sumqayıt İnzibati Məhkəməsində baxılır. O, Dövlət Əmək Müfəttişliyi Xidmətindən 191 min, Məşğulluq Agentliyindən isə 10 min manat kompensasiya, 15 ədəd də “Ağıllı arı pətəyi” arı ailəsilə təmin olunmasını istəyir.

Dövlət orqanları nə deyir?

Lakin hər iki qurum onun iddialarını əsassız sayır. Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Murad Əliyevin şikayəti əsasında araşdırma aparılıb, onun aylıq iş vaxtı normasından artıq işlədilməsi, istismar olunmasıyla bağlı hallar aşkarlanmayıb. Heç özü də bu barədə sübutlar təqdim etməyib.

İşdən çıxarılmasının səbəbi isə müqavilə müddətinin bitməsi və pandemiya dövründə müqavilənin uzadılmamasıyla bağlı olub.

“Murad Əliyev Dövlət Məşğulluq Agentliyi tərəfindən təlimlərə cəlb olunub. Qiymətləndirmədən keçib, “özünüməşğulluğa cəlb edilir” qərarı verilib. 6 sentyabrda ona 20 yeşik arı, bal süzən avadanlıq verilib. Onun indi dəymiş ziyanın ödənilməsilə bağlı tələbi əsassızdır, təmin edilməsi mümkün deyil”, – bu isə Dövlət Məşğulluq Agentliyinin cavabıdır.

Quba sakini ilə dövlət qurumları arasında məhkəmə çəkişmələri sentyabrda davam edəcək.
//meydan.tv//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru