“Azur” qanunlara deyil, zora bel bağlayır - Məmur oğlu məhkəmənin qərarını niyə saymır?
Tarix: 9-01-2023, 08:51 | Çap et
Bu ilin yayında dərc olunan “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” (BURADAN OXU) məqaləsində sahibkar Anar Qəribovla “Azur” ticarət mərkəzinin rəhbərliyi arasında baş verən münaqişədən bəhs etmişdik. Polisə, prokurorluğa, məhkəməyə edilən şikayətlər problemin həllinə kömək etməyib. Hesab olunurdu ki, mediaya müraciət hər iki tərəfə sərf edən həll yolunu tapmağa kömək edəcək. Lakin…
– Məhkəmə prosesi hələ də davam edir, – Anar Qəribov deyir. – Amma bu dəfə sizə hakimlərin işə yanaşması ilə deyil, Xətai rayon probasiya şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara münasibəti ilə bağlı müraciət edirəm.
Sahibkar son hekayəsini davam etdirməzdən öncə oxucuya qısaca olaraq xatırladaq ki, Anar Qəribov dörd il əvvəl ticarət mərkəzində 1285 kvadratmetr sahəni icarəyə götürüb, yarım milyon manata yaxın sərmayə qoyaraq onu təmir etdirib, avadanlıq və geyim əşyalarının alışına isə bundan da artıq pul xərcləyib. Amma onun “Famous Brands” mağazası açılan kimi mərkəzin sahibləri icarə haqqını dəfələrlə artırıblar. Bu da tərəflər arasında bağlanmış on illik müqavilənin şərtlərinə ziddir.
Tərəflər arasındakı münaqişə müxtəlif instansiya məhkəmələrində həll olunduğu bir vaxtda bina sahibləri mühafizəçilərə mağazanın sahibini və işçilərini ticarət mərkəzinə buraxmamağı tapşırıblar, yenicə təmir olunan mağazanı alt-üst ediblər, bütün geyim və avadanlıqları isə toplayaraq rütubətli zirzəmiyə atıblar və nəticədə onlar yararsız vəziyyətə düşüb. Sahibkarın ziyanının böyük hissəsini bank kreditləri təşkil etdiyi nəzərə alınsa, bir milyon yarım manata yaxın məbləğ onu ağır yük altında salıb.
– Məsələ ondadır ki, Bakı Apellyasiya Məhkəməsi 2021-ci ilin martında ticarət mərkəzinin səhmdarlarına yekun qərar qəbul olunana qədər “Famous Brands” mağazasının ərazisində hər hansı təmir işlərinin aparılmasını qadağan edib, – Qəribov hekayəsinə davam edir. – Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq məhkəmənin hökmü hamı üçün məcburidir. Bu, birbaşa vəzifəsi məhkəmə hökmlərinin icrasını təmin etmək olan probasiya xidməti üçün ikiqat məcburidir.
Amma hər şey başqa cür baş verdi. Məlum oldu ki, mərkəzin sahibləri üçün məhkəmə qərarının dəyəri icarədarın şikayəti qədər əhəmiyyətsizdir. Məhkəmə icraçıları isə onların dediyi ilə oturub-dururdular. Sanki dövlət öz vətəndaşlarının hesabına onları məhkəmə qərarlarının deyil, kiminsə ərköyün övladlarının şıltaqlığının icrası üçün saxlayır.
Məhkəmə icraçıları dəfələrlə ticarət mərkəzinə baş çəkiblər, mağazanın ərazisində çəkiliş aparıblar, müvafiq akt tərtib ediblər və hətta mərkəzin səhmdarlarına məhkəmə qərarının pozulmasına görə daşıdıqları məsuliyyət barədə xəbərdarlıq ediblər. Amma xəbərdarlığın əksinə olaraq, səhmdarlar Fuad Rzayev və Babək Babayev nəinki mağazanın bütün pəncərə və qapılarını söküblər, hətta divarları da uçurublar. Bununla bağlı şikayətlər cavabsız qalıb. Məhkəmə icraçıları qaydanı pozanları hətta yaşadıqları ünvanda və iş yerlərində də tapa bilməyiblər. Baxmayaraq ki, Bakıda istənilən orta məktəb şagirdi belə bir problemi asanlıqla həll edə bilər. Babayev şəhərin demək olar ki yarısında göydələnlər tikən məşhur “Yeni Həyat” şirkətinin sahibidir, “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevin oğlu Fuad Rzayev haqqında isə danışmağa da dəyməz. Məhkəmə icraçıları onları “axtarışa verməklə” işlərini bitmiş hesab ediblər. Halbuki, heç kim bu dərəcədə tanınmış simaları axtarmağa hazırlaşmırdı. Tezliklə axtarış tamamilə dayandırıldı.
Qəribov səhmdarların qanunun əlifbasına əsasən hələ də ona məxsus olan keçmiş mağazasında konkret olaraq harada və nəyi sındırdıqlarını, köçürdüklərini, dəyişdiklərini dəfələrlə məhkəmə icraçılarına göstərib. O, xatırladıb ki, məhkəmənin qərarına bu cür saymazyana münasibətə görə mərkəzin sahibləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Lakin məhkəmə icraçıları gəliblər, gediblər, icarəyə verilən ərazinin yenidən qurulması isə davam edib. Bu gün orada yeni obyekt istifadəyə verilmək üçün hazırdır. Baxmayaraq ki, əvvəlki icarədarla bağlı problem hələ də həll olunmayıb.
Sahibkar qəzəblidir: necə olur ki, məhkəmə icraçıları məhkəmə qərarını icra edə bilmirlər? Düzdür, heç kim ona bundan açıq şəkildə imtina etdiyini demir. Lakin məmurların hərəkətləri, daha doğrusu, hərəkətsizliyi təkcə sahibkarın hüquqlarının deyil, həm də məhkəmə qərarının kobud şəkildə pozulmasına gətirib çıxarır.
– Bu yerdə istər-istəməz düşünürsən: belə məhkəmə icraçıları olan Xətai rayonunda təkcə mənim işimdə deyil, ümumiyyətlə, digər qanun pozucularına qarşı da ədalətli qərar olacaqmı? – sahibkar ritorik olaraq soruşur.
Bəli, məhkəmənin qərarı icra olunmalıdır və bunun üçün icraçılara bütün lazımi səlahiyyətlər verilib. Məhkəmə hökmünün sistematik şəkildə pozulması halları aşkar edildikdə, icraçılar təqsirkarlara qarşı cinayət işinin başlanması üçün işi Ədliyyə Nazirliyinin istintaq idarəsinə verməlidirlər. Məlum səbəblərdən Qəribovun istintaqa o qədər də inamı yoxdur. Amma qayda belədir. Yeri gəlmişkən, sahibkar iddia edir ki, artıq üçüncü ildir Xətai rayonunda aparılan istintaq eyni şəxslərlə bağlı olan xeyli qanun pozuntuları ilə bağlı materialların toplanmasına yekun vura bilmir. Ancaq bu, başqa mövzudur.
Qəribov il ərzində Xətai rayon probasiya idarəsinə, Probasiya Baş İdarəsinə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi yanında Apellyasiya Şurasına dəfələrlə yazılı müraciət etdiyini təsdiq edən sənədləri yenidən göstərir. Dövlət qurumları qəti şəkildə susur. Düzünü desək, biz də təəccübləndik. Doğrudanmı heç olmasa formal cavab da yoxdur? Məsələn, “aldıq”, “araşdırırıq” və ya buna bənzər hansısa digər cavab… Belə bir şey mümkündürmü?
– Əgər sizin işinizdə təqsirləndirilən şəxslərdən biri yüksək vəzifəli məmurun yaxın qohumudursa, məsələn, “Azərenerji”nin rəhbəri Rzayevin oğludursa, bəli, mümkündür, – acı təcrübə səbəbindən müdrikləşən iş adamı cavab verir. – Təəssüflər olsun ki, belə hallarda aidiyyəti dövlət qurumlarının nümayəndələri çox vaxt şikayətçilərə deməyə söz tapmırlar…
Bu mövzuda ilk məqalə dərc olunandan sonra ticarət mərkəzinin sahiblərinə Anar Qəribovun dediklərinə münasibət bildirmək xahişi ilə müraciət etdik. Bu dəfə isə hüquqşünas-iqtisadçı, tanınmış vəkil Əkrəm Həsənovdan onun sözlərinə münasibət bildirməyi xahiş etdik. O, sahibkarın təqdim etdiyi materiallarla tanış olduqdan sonra dedi:
– Sahibkarın nəql etdiyi hadisə təkcə onun dərdinə şərik olmaq hissi deyil, həm də böyük təəssüf doğurur. Bu, bir daha nümayiş etdirilir ki, Azərbaycanın məhkəmə-hüquq sistemində ciddi problemlər var. Dövlət başçısı bütün tribunalardan məmurları, xüsusən də məhkəmə və hüquq-mühafizə orqanlarını biznesə mane olmamağa, əksinə, kömək etməyə çağırır. Amma özbaşnalıqlar hələ də davam edir. Bəzi hallarda bu özünü müdaxilələrdə, digər hallarda isə müdaxilə etməməkdə göstərir. Meyar isə çox vaxt qanun deyil, şəxsi maraqlar olur: bəzi hallarda pul, bəzi hallarda qohumluq əlaqələri. Nəticədə, Azərbaycan hələ də cəlbedici investisiya mühiti yaratmaqdan uzaqdır. Biznesə ancaq kağız üzərində dəstək verilir, sahibkarlar da bunu yaxşı bilir. Mülkiyyət hüquqlarının, müqavilələrin müdafiəsi, məhkəmə qərarlarının icrası və son nəticədə sağlam rəqabət yoxdur. Bütün bunlar isə bazar iqtisadiyyatının əsasını təşkil edir. Nəticədə biz təşəbbüskar insanları itirə bilərik. Onlarsız iqtisadi inkişaf mümkün deyil. //PRESSKLUB.AZ//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|