Göyçayda Aprel döyüşçüsü ÇARƏSİZ DURUMDA - Ali Baş Komandandan KÖMƏK İSTƏDİ
Tarix: 20-04-2023, 08:44 | Çap et
DİA.AZ: - Keçən günlərdə Göyçay rayonu Məlikkənd kənd sakini Aprel döyüşləri iştirakçısı Mahmudov Sənan Gündüz oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı və biz də DİA.AZ olaraq bir nüsxəsi də redaksiyamıza daxil olan müraciəti təqdim etmişdik:
"Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları Rəşad Cavadov, Tahir Eminov və Şahin Muradov məni Azərbaycanda yaşamağıma peşman edərək intihar həddinə çatdırıblar. Belə ki, gündəlik muzdlu işlərdə çalışaraq qəpik-qəpik pul yığıb, bu ilin avqust ayında "VAZ" 2106 markalı avtomobil almışam. Lakin, avtomobili aldığım vaxtdan etibarən yuxarıda adlarını qeyd etdiyim YPX əməkdaşları əsassız olaraq məni gözüm çıxdıya salmağa başladılar. Tez-tez onlar məni saxlayır, guya idarə etdiyim avtomobildə konstruksiya dəyişikliyi olduğu iddia edirdilər. Heç bir şey tapa bilmədikdə isə "5-10 manat hörmət elə, get" - deyərək rüşvət verməyimi istəyirdilər. Ancaq mən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsində bildirildiyi kimi, rüşvət verməyin məsuliyyət daşımaq olduğunu nəzərə alaraq onlara heç nə vermirdim. Məhz buna görə də bu gün, yəni 17.04.2023-cü tarixdə saat 10:57 radələrində məni şəhərin Nizami küçəsində saxlayaraq avtomobildən düşməyimi istədilər. Mən də öz növbəmdə bütün sənədlərimin qaydasında olduğunu və avtomobilimdə konstruksiya dəyişikliyi olmadığını bildirərək haqqımı tələb etmək üçün onlara öz etirazımı bildirdim. Bu zaman onlar fiziki zorakılıq göstərərək məni təhdid etdilər və olduqca kobud səslənən sözlər işlətdilər. Beləliklə də mənə içərisindəkindən xəbərsiz olduğum hansısa sənədə zorla imza atdıraraq avtomobilimi "Rəisin əmridir", - deyib Göyçay Rayon Polis Şöbəsinə apardılar. Halbuki bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsinə əsasən, vəzifə səlahiyyətlərini aşma hesab edilir. Bəlkə də onlar həqiqətən də "Rəisin əmridir", deməsində haqlıdırlar. Çünki Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüsal Həsənov demək olar ki, hər gün rayon ərazisində öz şəxsi avtomobili ilə gəzib-dolaşaraq şikarlarını axtarır. Gözünə xoş görünməyən avtomobillər barəsində YPX əməkdaşlarına məlumat verərək həmin şəxsləri polis bölməsinə aparmaları üçün tapşırıq verir. Bunu tək mən iddia etmirəm, sakinlərin əksəriyyəti bilir. Yoxlama aparsanız şahidi olacaqsınız. Müraciətin əvvəlində bildirdiyim kimi, fəhləlik edərək maddi ehtiyaclarımızı qarşılayıram. Özüm də Aprel döyüşləri iştirakçısıyam. Bu ayın 11-də övladım dünyaya gəlib. Hazırda ailəmin zəruri ehtiyacı olduğu halda, əsassız bəhanələrlə avtomobilimi polis şöbəsində saxlayaraq 150 (yüz əlli) manat cərimə yazıblar. Hansıki bir daha vurğulayıram ki, avtomobilimdə konstruksiya dəyişikliyi etməmişəm və necə almışamsa, elə həmin vəziyyətdədir. Sizdən çox xahiş edirəm, Vüsal Həsənov başda olmaqla, adlarını qeyd etdiyim YPX əməkdaşları haqqında ciddi tədbirlər görülməsi, əsassız yazılmış 150 (yüz əlli) manat cərimənin silinməsi və mənim təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümid edirəm ki, müraciətimə dərhal baxaraq lazımi tədbirlər görüləcəkdir. Sizə çox minnətdarlığımı bildirirəm."
Bununla bağlı DİA.AZ-a qarşı tərəf olaraqq Daxili İşlər Nazirliyinin müvafiq qurumundan açıqlama göndərilmişdi...
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov DİA.AZ-a bildirmişdi ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon sakini Sənan Mahmudovun avtomobilinin əsassız yerə saxlanılaraq müvəqqəti duracağa yerləşdirilməsi və ona qarşı qanunsuz tələblər irəli sürülməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir. Belə ki, aprelin 17-də S.Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verildiyi müəyyən edilib və yerində aradan qaldırılması mümkün olmadığından avtomobil sürücünün də iştirakı ilə müvəqqətə duracağa yerləşdirilib, akt tərtib olunub. Daha sonra ekspert dəvət olunaraq avtomobilə baxış keçirilib və arxa yayların kəsilərək normalara uyğun olmaması bir daha əyani şəkildə S.Mahmudova göstərilib. Törətdiyi qayda pozuntularına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) və 342.2.3-cü (Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) maddələri ilə protokol tərtib edilərək barəsində inzibati tənbeh tədbiri görülüb.
***
DİA.AZ bildirir ki, bununla bağlı redaksiyamıza şikayətçi düşən Aprel döyüşçüsü Sənan Mahmudov yenidən açıqlama yollayıb:
"Yuxarı instansiyalara şikayət etdiyim üçün Göyçay YPX tərəfindən təziqlərə məruz qalmışam.
Bir daha bildirmək istəyirəm ki, Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi əməkdaşları Rəşad Cavadov və Tahir Eminov 17.04.2023-cü il tarixdə əsassız olaraq avtomobilimi rayon polis şöbəsinə aparmışdır. Mən haqsızlığa məruz qaldığım üçün yuxarı instansiyalara video müraciət və yazılı ərizələr ünvanladım. Həmçinin DİN-in 102 qaynar xətt nömrəsinə şikayət verdim. Məni izahat verməyim üçün Göyçay RPŞ-yə dəvət etdilər. Bu zaman müşahidə kameralarından kənara çəkərək rəis Vüsal Həsənovun gözü önündə Tahir Eminov yaxamdan yapışdı, şərəf və vələyaqətimi təhqir etdi. Araya polis mayoru Süleyman İbrahimov girməsəydi, bəlkə də Tahir Eminov məni döyəcəkdi. O, istəyirdi ki, mən də ona əl-qol atım və polis əməkdaşına fiziki zorakılıq göstərməklə məsuliyyətə cəlb edilim. Ancaq istədiyinə layil ola bilmədi.
Mətbuatda gedən müraciətimə gəldikdə isə, Daxili İşlər Nazirliyinin Şəki Regional qrupu saytlarda həqiqətə uyğun olmayan məlumat paylaşdı. Əslində onların heç bir qəbahəti yoxdur. Çünki, Göyçay Rayon Polis Şöbəsinin Yol Polisində çalışan məsul şəxslər onlara yalnış məlumat vermişdilər. Məlumata əsasən, mən təhlükəsizlik kəmərindən istifadə etməmişəm və avtomobilimdə konstruksiya dəyişikliyinə yol vermişəm. Yəni ki, guya arxa yayların kəsilərək normalara uyğun olmaması aşkarlanmışdır. Halbuki mənim avtomobilimin rəngi göy, lakin saytlarda paylaşılan arxa yayların (burjun) rəngi isə qırmızı rəngdədir. Bir sözlə, özləri özlərini ifşa etdilər.
Mən bir daha cənab Prezidentə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) və Daxili İşlər Nazirliyinə səslənirəm və çox xahiş edirəm, öncə təhlükəsizliyimi təmin edəsiniz. Artıq çox qorxuram. Daha sonra isə Sizlərdən xahiş edirəm, avtomobilim özümə qaytarılmasını və bilərəkdən, haqsız yerə məndən pul (cərimə) qoparmağa çalışan YPX əməkdaşları haqqında qanunlarımız çərçivəsində tədbir görəsiniz. Öncədən təşəkkürlərimi bildirirəm".
Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|