Göyçayın icra başçısından Prezidentə ŞİKAYƏT - "Mənim təhlükəsizliyimi təmin edin..."
Tarix: 1-05-2023, 07:53 | Çap et
DİA.AZ: - "Mən Məmmədov Cavid İkram oğlu Göyçay rayon sakiniyəm. Ailəliyəm və iki azyaşlı oğlum var. Kiçik övladım anadangəlmə serebral iflic xəstəsidir. Həmçinin, özüm də 10 il müddətdir ki, onkologi xəstəyəm. Öz evimiz olmadığına görə kirayədə qalırıq. Fiziki əmək qabiliyyətim yoxdur. Velosipedin üzərinə baqaj quraşdırmışam. Onunla Göyçay ərazisində gəzib-dolaşaraq corab satıram. Hər satdığım corabdan 10 və ya 20 qəpik qazanc əldə edirəm. Həmin pulun bir qismini ailəmin ehtiyaclarına, qalan hissəsini isə boğazımızdan kəsərək neçə illərdir ki, yığırdım. Çünki, bir gün öz evimizin olacağı arzuları ilə yaşayırdıq. Xəyallarımızın kerçəkləşməsi ümidilə hətta dəfələrlə gecələri ac yatardıq". DİA.AZ bildirir ki, bu barədə Prezidentə ünvanlanan müraciətdə deyilir. Müraciətdə daha sonra bildirilir: "Beləliklə minbir əzab-əziyyətlə artıq 4000 (dörd min) pul yığmışdıq. Göyçay Çayının ətrafında boş torpaq sahəsi satıldığına dair məlumat aldım. Mülk sahibi ilə razılaşaraq o yeri almaq qərarına gəldik. Lakin, bunun bir əmması var idi. Belə ki, həmin ərazidə yaşayan sakinlərin heç birinin torpağ haqqında çıxarışı yox idi. Buna baxmayaraq ərazidə yüzlərlə tikili evlər mövcuddur. Biz də öz növbəmizdə həyat yoldaşımla müzakirə edərək həmin torpağı alacağıq deyə qəti qərara gəldik. Bundan sonra Göyçay şəhər Bələdiyyəsindən müəyyən sənədlər aldıq. Yenə corab satmağa davam edərək pul yığırdım. Bu dəfə isə qum, sement, daş və digər lazımi şeylər aldıq. Valideynlərimiz də bizə qismən maddi dəstək oldular. Allahın iznilə evin bünövrəsini tökdük və cəmi iki mişar daşı (kubik) hörgü hörmüşdük ki, Göyçay Rayon İcra Hakimiyyəti sözün həqiqi mənasında xirtdəyimizə çökdü. Təcili olaraq tikintini dayandırmağımızı və torpaq sahəsini tərk etməyimizi tələb etdilər. Təkcə bizə deyil, ətrafda yaşayan bütün sakinlərdən eyni şey tələb olunurdu. Göyçay Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə buraya xeyli polis qüvvəsi də cəlb edildi. Məmur-vətəndaş arasında böyük insident yaşandı. Hadisədən sonra Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdik. Ancaq qeyri-qəbul vaxtı olduğuna orada görə bizi Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev qəbul etdi. Ayaz Məmmədəli oğlu Səfərəliyevə narazılığımızı bildirdik. Ona "Dövlət orqanlarına şikayət edəcəyik", - dedik. O, "Elə dövlət mənəm da, siz kimə şikayət edəcəksiniz?" - söylədi. Biz isə yuxarı instansiyaları nəzərdə tutduğumuzu deyəndə o, "Sizdən öncə bir nəfər də məndən yazıb-tökmüşdü, məhkəməyə verib 300 (üç yüz) manat təzminat kəsdirdim. Əgər məndən yazsanız, sizi də eyni aqibət gözləyir", - deyərək açıq-aşkar bizi təhdid etdi. Hansıki həmin şəxs birinci qrup hərbi əlildir. Onun ictimai fəal olması Ayaz Səfərəliyev kimi "məmur"lara sərf eləmir. Ola bilsin ki, yuxarıda qeyd etdiyim həqiqəti Ayaz Səfərəliyev inkar etsin. Sübut üçün Göyçay Rayon İcra Hakimiyyətinin müşahidə kameralarına baxmaq kifayətdir. Cənab Prezident! Layihə planına əsasən, Göyçay Çayının üzərindəki Qırmızı Körpünün yanından sabiq deputat Elxan Süleymanovun malikanələrinin yanına qədər olan ərazidə park və əyləncə mərkəzləri salınacaqdır. Adını "istirahət zonası" qoyduqları yerlər kasıb və sahibsiz insanların sökülmüş evlərinin yerində, həyətyanı torpaq sahələrində inşa ediləcəkdirsə, bu əsl ədalətsizlik və özbaşınalıq deməkdir. Siz Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq 17 oktyabr 2022-ci il tarixdə Natiq Nuşravan oğlu Ağayevi Göyçay Rayon İcra Hakimiyyəti başçısı təyin etmisiniz. Ona ilk tapşırığınız isə, " Get xalqa doğru-dürüst xidmət eylə", - sözündən ibarətdir. Əgər Sizin göstərişinizdən sonra o, bizim kimi çulsuz, kasıb insanların mülkünü əlindən almaqla "park" salacaqdırsa, deməli göstərişinizə əməl etmir və etimadınızı doğrultmur. Cənab Prezident! Müraciətimi bu qədər müfəssəl izah etməklə Sizə Göyçayda baş verən həqiqətləri çatdırmaq istədim. Doğrusu biraz qorxuram. Sizdən çarəsiz Azərbaycan vətəndaşı kimi çox xahiş edirəm, çətinliklərə qatlaşaraq aldığımız torpağın sənədləşdirilməsi, tikintiyə icazə verilməsi üçün köməklik göstərəsiniz və mənim təhlükəsizliyimi təmin edəsiniz. Sizə öncədən çox təşəkkürlərimizi bildiririk".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|