Buralar nəinki mərkəz deyil... heç tibbə aidiyyatı yoxdur! - İLGİNC İDDİALAR...
Tarix: 14-06-2023, 08:14 | Çap et
Dünən paylaşılan bir xəbər yazacağımız mövzu ilə bağlı olduğu üçün lap yerinə düşdü. Belə ki, yayılan xəbərdən bəlli olur ki, yaralı qadın 11 saylı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib. Məlumatdan o da bəlli olur ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən XƏRƏK NASAZ olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Bu 3 cümlə Azərbaycan səhiyyəsinin necə, hansı durumda olduğunu çox dəqiq göstərir. Doğrudan da, XXI əsrdə Azərbaycanda Kardiologiya İnstitutunda rentgen aparatı yoxdursa, ağır xəstə bir arayış almaq üçün 5-6 tibb müsəssisəsini dolaşmalıdırsa, yaxud xərəkdən yıxılaraq ölürsə, indi özünüz səhiyyəmizi təsəvvür edin... Yaxud Allah qoymasa, cərrah həkim xəstənin kor bağırsağı əvəzinə onun nazik bağırsağını kəsib ömürlük şikəst edirsə, hansı səhiyyədən danışmaq olar..? Vallah bura qəssəbxana deyilsə necə olar?.. Yaxud dövlət 100 minlərlə vəsait ayırır, müasir tibbi avadanlıqlar alınır, baş həkimlər isə həmin avadanlıqları özəl xəstəxanalara satırsa, biz nədən danışa bilərik... Sözün qısası, Sabunçu Tibb Mərkəzində xəstənin xərəkdən yıxılb ölməsi mövzuya giriş oldu... Ümumiyyətlə, Sabunçu Tibb Mərkəzinin tabeçiliyində olan 2 nömrəli Doğum Evində, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, 3 nömrəli Şəhər Klinik Xəstəxanasında vəziyyət dözülməz həddə çatıb. Məlumat üçün qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Mərkəzin direktoru vəzifəsinin icrasını Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub. Sabunçu Tibb Mərkəzinin Baş tibb bacısı Roza Məmmədovanın, Şua-diaqnostika şöbəsinin müdiri Mürsəl Əliyevin, Heyran Quliyevanın, Məmməd Mövsümzadənin əməlləri barədə ötən yazılarda bəhs etdiyimiz üçün təkrarçılığa ehiyac görmədik. Bu yazıda əsasən 3 saylı Sabunçu Tibb Mərkəzində Mühafizə Xidmətinin rəisi olan Gərayın, Terapiyada reanimasiya şöbəsinin müdiri olan Elnarənin, baş mühasib Zəminənin, Kadrlar şöbəsinin müdiri Kəmalənin, Terapiya şöbəsində çalışan Nigar xanımın əməllərindən bəhs edəcəyik. Ötən yazılarımızdan bəlli olduğu kimi, Mühafizənin rəisi Gəray Şua-diaqnostika şöbəsinin müdiri Mürsəl Əliyevin yaxın qohumudur. Gəray öz işindən başqa Tibbi Mərkəzdə bütün işlərə müdaxilə edir və gününün çoxu isə reanimasiya şöbəsinin müdiri olan Elnarənin otağında keçir və saatlarla oradan çıxmır. Gərayın qəbul zamanı qadını itələyərək yerə yıxması isə başqa bir yazının mövzusudur. Yeri gəlmişkən, bu barədə yotube-də material var. Məlumata görə, Elnarə sabiq direktorun qızı, Suraxanıda 12 saylı poliklinikanın baş həkimi Günel xanımın baldızıdır. Deyilənlərə görə, reanimasiya şöbəsinin müdiri olan Elnarənin ali təhsili yoxdur... Bu sizə təəccüblü gəlməsin. Bu yaxınlarda Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı demişdir ki, həkim diplomu alıb harada, necə oxuduğu bəlli olmayan şəxslər var, Tibb Universitetinin rektoru ilə bu məsələni müzakirə etmişik. Təsəvvür edirsinizmi, həkim diplomu var, amma haranı bitirdiyi bəlli deyil... Elnarə xanım da yəqin ki, bunlardan biridir. Tibbi Mərkəzin baş mühasibi Zəminə xanım da bekar dayanmır, onun-bunun adına maaş yazaraq mənimsəyir, işçilərin maaş kartlarını cibində gəzdirir. Hələ bu harasıdır...? Sabunçu Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdiri Kəmalə xanım isə işə götürülən şəxslərə konkret qiymət qoyub: Tibb bacısı işə düzəlmək üçün 6 min manat, sanitarka işə düzəlmək üçün 3 min manat, şöbələr arası yerdəyişmə üçün 600 manat verməlisən. Terapiya şöbəsindəki Nigar xanım da sağlamlıq arayışlarını 20-30 manata sataraq pul qazanır. Yeri gəlmişkən, Mərkəzin hazırda direktoru vəzifəsini icra edən Cahangir Həsənovdan kollektivin gözləntiləri böyük idi. Çünki Cahangir həkim uzun illər mərkəzdə direktor müavini olub, hamı düşünürdü ki, müsbət dəyişikliklər edə bilər. Amma Cahangir Həsənov kollektivin ümidlərini doğrultmayıb. Məlumat üçün qeyd edək ki, Sabunçu Tibb Mərkəzində 1-3-5-ci günlər hərbi çağırışçıların qəbul günüdür. Valideynlər tibb komissiyalarına gəlib getməkdən bezirlər, süründürməçilk baş alıb gedir, məqsəd də valideynlərdən pul almaqdır. Valideynlər deyir ki, bir hərbi çağırışçını neçə dəfə tibb müayinədən keçirirərlər. Dəfələrlə Sabunçu Tibb Mərkəzində İlqar Qaracayevin “neqodnu”, “narko-test” tibb arayışı biznesindən bəhs etmişik. Düzdür hazırda İlqar Qaracayev komissya sədri olmasa da, travmatologiya şöbəsinin müdiridir və köhnə ampuluasında qalmaqda davam edir. Sabunçu Tibb Mərkəzində başqa bir maraqlı persona da var. Kabinetində həmişə qara “oçki”də olur, bunun rəmzi mənası aydındır, bu barədə növbəti yazıda. Yeri gəlmişkən, Tibbi Mərkəzin kollektivi yeni direktorun kim olacağını səbrsizliklə gözləyir. Deyirdilər ki, Respublika Klinik Xəstəxanasından Elgiz həkim gəlir. Nə isə gələsi olmadı. İndi kimlərsə yeni direktor axtarışına çıxıblar... Redaksiyamıza daxil olan bir şok xəbər də var. Deyilənə görə, Mərkəzin bütün kameraları sabiq direktorun telefonuna qoşulub və o, burada baş verən hər olayı izləyir, hələ də mərkəzi öz nəzarətində saxlayır. Bütün bu sadaladıqlarımız bir müddət əvvəl oxşar qurumda, yəni Nizami Tibb Mərkəzində də baş verirdi. Ancaq Mərkəzin direktoru Nurməmməd Yarıyev cəzasını alandan sonra vəziyyət dəyişib. Ümid edirik ki, Sabunçu Tibb Mərkəzini rəzil günə qoyanları da eyni aqibət gözləyir. Kimin qohumu olursansa ol, fərq etməz. Yazı çapa hazırlanarkən əldə etdiyimiz məlumatdan bəlli oldu ki, bu gün Cahangir Həsənov da vəzifəsindən azad olunub, deyilənə görə, Sabunçu Tibb Mərkəzinə sabahdan Respublika Klinik Xəstəxanasından gələn həkim rəhbərlik edəcək. P.S. Özünüzün qara əməllərinizi gizlətmək üçün dostlarımızın qapısını döyməyin. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|