"Hüquq və İnsan Haqları İnstitutu elmin inkişafına heç bir töhvə vermir" - Prezidentə müraciət olundu
Tarix: 18-07-2023, 08:09 | Çap et
DİA.AZ: - "Hüquq və İnsan Haqları İnstitutunda özbaşınalıqlar davam edir". DİA.AZ bildirir ki, bunu Prezident İlham Əliyevə müraciət edən hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Şakir qızı Həsənova qeyd edir. Ş. Həsənovanın müraciətində daha sonra bildilir: "Hörmətli Cənab Prezident! 16.05.2023 –cü il tarixində Sizə və Azərbaycan Respublikasının Birinci vitseprezidenti xanım Mehriban Əliyevaya ünvanladığım müraciətə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov tərəfindən cavab verilmişdir. Bu isə fikrimizcə mənim hüquqlarımın pozulması deməkdir. Belə olan halda mübahisə tərəfi nə dərəcədə ədalətli cavab verə bilər? Nəzərinizi catdiriram ki, cavab məktubunda qeyd edildiyi kimi öz xahişimlə deyil, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin tapşırığını icra edən kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyevin göstərişi ilə əmək kitabçama hər hansı bir əsassız maddə ilə ləkə düşməsin deyə 17.05.2023-cü il tarixində mən də məcburən işdən azad olunmağım barədə başqa məcbur qalanlar kimi öz xahişimlə ərizə yazdım. Cavab məktubunda işəgötürən tərəfindən hüquqlarımın pozulmasını hesab edirəmsə məhkəməyə müraciət etməyim təklif olunur. İnstitutun keçmiş əməkdaşı iddiaçı Kazımova Elvira Rafiq qızının əsassız olaraq işdən azad edilməsi barədə şikayətinə Yasamal rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə baxılmışdır. Elvira Kazımovanın sözlərinə görə İnstitutun kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyev günahkar olduqlarını etiraf etmiş, məhkəmənin hakimi isə məsələni əsassız olaraq qarşı tərəfin xeyrinə həll etmiş və iddiaçının müraciəti (kompensasiya tələbi) təmin edilməmişdir. Belə olduğu halda hansı ədalətli qərara inanıb məhkəməyə müraciət etmək olar. Məktubda qeyd edilir ki, gələcəkdə uyğun vakansiya yarandığı təqdirdə həmin vakansiyaya müraciət edə bilərsiniz. İşçiləri məqsədli şəkildə (Fərid Ələkbərov) üzərimə salıb, məni öz xahişimlə işdən getməyə vadar edən Məhəmməd Quluzadənin yenidən işə qəbul etməsi absurddur. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində baş verən özbaşınalıqlar yalnız əməkdaşların hüquqlarının kobud surətdə pozulması ilə bitmir. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu hüququn ayrı-ayrı sahələri üzrə fundamental elmi tədqiqatlar aparan, fəlsəfə doktoru və elmlər doktoru hazırlıgını həyata keçirən və s. əlaqəli məsələlər üzrə fəaliyyət göstərən elmi müəssisə kimi mövcud olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il (№ 1685) Fərmanına əsasən, AMEA-nın strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu Mərkəzin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə, hüquqi varisliyi, əmlakı, hüquq və öhdəlikləri saxlanılmaqla yenidən təşkil olunmuşdur. Bu o deməkdir ki, publik hüquqi şəxs kimi yenidən təşkil olunmuş “Hüquq və İnsan Haqları İnstitutu” elmi müəssisə kimi saxlanılmışdır. Elə bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə” verilmiş 328 nömrəli 25 avqust 2022-ci il tarixli Qərarı ilə (surəti əlavə olunur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150, № 5, maddə 944, № 8, maddə 1463, № 12, maddə 2089; 2020, № 1, maddə 83, № 4, maddə 481, № 11, maddə 1412; 2021, № 6 (IV kitab), maddə 674, № 10, maddə 1169, № 11, maddə 1281, № 12, maddə 1517) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilmiş, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs üzrə Hüquq və İnsan Haqları İnstitutu həmin Siyahıya daxil edilmiş və onun tərkibində fəlsəfə doktoru və elmlər doktoru hazırlığı nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanına istinad edilməklə Mərkəzin tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutunun elmi müəssisə olduğu bir daha təsdiq olunmuşdur. Lakin təssüflə qeyd etməliyik ki, bundan sonra baş verənlərə Nazirlər Kabineti səviyyəsində yol verilmiş saxtakarlıqdan, Azərbaycan Respublikası Prezidentinin Fərmanına hörmətsizlikdən başqa ad vermək mümkün deyil. Belə ki, Nazirlər Kabinetinin https://nk.gov.az/az/senedler/qerarlar elektron bazasına və Ədliyyə Nazirliyi tərəfindən aparılan Hüquqi aktların Dövlət Reyestri elektron bazasına yerləşdirilmiş 328 nömrəli 25 avqust 2022-ci il tarixli Qərar 26 avqustda nahardan sonra Nazirlər Kabinetinin elektron bazasından, 28 avqustda isə Hüquqi aktların Dövlət Reyestrindən çıxarılmış, bir müddət sonra onun yerinə Nazirlər Kabinetinin həmin nömrə və həmin tarixlə olan başqa qərarı, yəni “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı olan 328 nömrəli 25 avqust 2022-ci il tarixli qərar yerləşdirilmişdir (surəti əlavə olunur). Hal- hazırda Məhəmməd Quluzadənin işdə saxladığı əməkdaşlar nə savadları ilə, nə iş təcrübəsi ilə işdən məcburi gedən əməkdaşlardan artıq deyillər. İnstitutun keçirdiyi yeni il şənliyində Günay Əliyeva ştatlar bölünən ərəfədə yeni il tədbirinə dəvət alan zaman “Allah Məhəmmədin bəlasını versin, axırıncı bayramı olsun. Hansı həvəslə qalxım söylədi”. İnstitun əməkdaşı Qələndər İsbəndiyarov müqavilələr bağlanılan zaman dəfələrlə İnstitutun İdarə Heyətinin sədrinə zəng edib müddətsiz müqavilə bağlanması üçün təhdidlər edirdi. İnstitutun İdarə Heyətinin sədrini (köpək oğlu, o kimdi mənlə müddətsiz müqavilə bağlamasın deyərək) nalayiq ifadələrlə təhqir edirdi. Məhz bunun nəticəsində institutda işləyən alimlik dərəcəsi olan işçilərlə deyil, yalnız Qələndər İsbəndiyarovla müddətsiz müqavilə bağlanıldı. Carı ilin mart ayında institutun keçmiş əməkdaşı Sevinc Hüseynova, Qələndər İsbəndiyarov və Fərid Ələkbərov arasında qısqanclıq zəminində mübahisə oldu. Məhəmməd Quluzadəni təhqir edənlər, işdə məhəbbət məcarası yaşayanlar, Qələndər İsbəndiyarov, Fərid Ələkbərov kimi işçilər qaldı, savadı, tərbiyəsi, illərin təcrübəsi olan işçilər şər, böhtan, hədə ilə işdən uzaqlaşdırıldı. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tabeliyində Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs respublikada hüquq elminin inkişafına heç bir töhvə vermir. Bu institut yalnız təlimlər keçirməklə məşğuldur. Hüquq sahəsində illərlə fəaliyyət göstərmiş, bütün ömrünü hüquq elminin inkişafına, hüquqi tədqiqatlara həsr edən alimlər elm sahəsindən uzaqlaşdırılırlar. Hal-hazırda respublikada, ölkənin əsas elm ocağı olan Azərbycan Milli Elmlər Akademiyasında bütün elm sahələri ilə məşğul olan qurumlar olsada hüquqi tədqiqatlarla məşğul olan bir qurum yoxdur. Hörmətli Cənab Prezident! Hüquq elmində əvəzsiz xidmətləri olan çoxsaylı alimlərin istəyini və ölkədə hüquqi tədqiqatların aparılmasına olan ehtiyacı nəzərə alaraq bizə bu işdə yardımçı olmağınızı Sizdən xahiş edirik". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|