ETN-də monopoliya: Kimin "adamı" varsa, o da dərslik yazır - NAZİRLİK SUSUR
Tarix: 9-09-2023, 10:14 | Çap et
“Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərdəki nöqsanlardan xəbəri yoxdur. Bu nöqsanları ona çatdırmağa isə Nazirliyin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu mane olur. Vəfa Yaqublu bizimlə Elm və Təhsil Nazirliyi arasında divardır. O imkan vermir ki, dərslikdəki çatışmazlıqlardan, nöqsanlardan nazirin xəbəri olsun”. DİA.AZ bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında ötən həftə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxıda keçirilən “Azərbaycan Dili Və Ədəbiyyatı” forumunda dərslikdəki problemlər barədə nazir Emin Əmrullayevə iradlar bildirən Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının şöbə müdiri, şair Qəşəm Nəcəfzadə söyləyib. Şair dərslikdəki qüsurları nazirin üzünə dedi Qeyd edək ki, Q. Nəcəfzadə forumda iştirak edən Elm və təhsil naziri Emin Əmrullayevə dərsliklərlə bağlı iradlarını bildirərək salınan şeirlərin biyabırçı vəziyyətdə olduğunu söyləyib. Onun bu fikri tədbirdə müəyyən narazılığa səbəb olub. Bəzi deputat və məmurlar onun çıxışına müdaxilə edərək nöqsanları Emin Əmrullayevin iştirak etdiyi tədbirdə açıq şəkildə səsləndirməsinə mane olmağa cəhd edib.
Dərsliklərə salınan şeirləri kim quraşdırır? Q.Nəcəfzadə müsahibəsində bildirib ki, dərsliklərdə ədəbi mətn və şeirlər gülməli vəziyyətdədir. Mətnlər şagirdlərə heç bir bilik vermir, şeirlərdə qafiyə yoxdur. Bir sözlə, dərsliklərdə çox ciddi nöqsanlar var: “Mən bu iradları söyləyəndə, dərslikləri çapa qəbul edənlərin, nəşriyyat rəhbərlərinin xoşuna gəlmir. Onlar tapşırıqlara uyğun şeirlər verildiyini, mətnlər salındığını söyləyirlər. Düzdür, dərsliyə salınan şeirlər tapşırıqlara uyğun olmalıdır. Amma bu o demək deyil ki, dərsliklərə məzmunsuz şeirlər və mətnlər salınmalıdır. Tapşırığa uyğun şeir yüz şeirin içərisindən seçilməlidir. Amma dərslik çap edənlər özlərindən cavaba uyğun şeir quraşdırırlar". Q.Nəcəfzadənin sözlərinə görə, “Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılovun nəşriyyatının hazırladığı 1-ci sinifdən 9-cu sinfədək dərsliklərdə belə qondarma imzalarla şeirlər verilir. Halbuki, Azərbaycanın şifahi xalq ədəbiyyatı zəngindir. Oradan yüz şeir tapmaq olar. Dərslik yazanlar isə bu zəhməti çəkmək istəmirlər. Əziyyət çəkib uyğun şeir axtarmaqdansa, özlərindən cavablara uyğun şeir quraşdırırlar. Nəticədə belə bərbad dərsliklər ortaya çıxır. "Mənim bu nöqsanlarımı nazirə deməyim çoxunun xoşuna gəlmir”- Q.Nəcəfzadə söyləyib.
Nazirliyin nümayəndəsi susur Həmsöhbətimiz bildirib ki, V.Yaqublu dərsliklərdəki bu cür qüsurlara göz yumur: “Yaxşı ki, belə tədbirlər var, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən forumda mən bu problemləri nazirə çatdırdım. Deputat Nizami Cəfərov isə bu problemləri səsləndirməyimə narazılıq etdi, nazirdə heç bir günah olmadığını söylədi. Amma Nazirliyin o dərsliklərdə möhürü var. Elm və Təhsil Nazirliyi bu dərsliklərin hazırlanması üçün pul ayırır. Bilmir ki, aldığı məhsulun keyfiyyəti necədir?”. Sputnik Azərbaycan şairin səsləndirdiyi ittihamlara cavab vermək üçün V.Yaqubluya müraciət etsə də, o, susmağı üstün tutub.
"Onun iddiası əsassızdır" “Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov isə iddialarla razılaşmır. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərə salınan şeirlər uşaqların yaş qrupuna uyğun seçilir: "Bizim klassik uşaq ədəbiyyatında uşaqlara uyğun şeirlər yoxdur. Çoxsaylı arxaik sözlər olduğundan, uşağa həmin şeirləri təqdim etmək olmur. Biz isə onları dəyişə bilmərik. Ona görə də məcburuq elə şeirlər seçək ki, müəllif az tanınmış şəxs olsa da, uşağın başa düşəcəyi şeir və mətn nümunəsi olsun. Qəşəm Nəcəfzadə istəyir ki, dərsliyə onun şeirləri salınsın. Mən bir dəfə Hüseyn Cavidin “Ana” şerində türk dilində olan sözləri dəyişdiyim üçün tənqidlərə məruz qalmışdım. Hamı üstümə gəldi ki, Cavidi redaktə edir, onun yazdığı şeiri dəyişirsən. Amma o formada uşağa vermək mümkün deyildi". R.İsmayılın dediyinə görə, dərsliklər Elm və Təhsil Nazirliyində çoxsaylı “süzgəclərdən” keçirilir: "Orada elə yüksək səviyyəli ekspertlər iştirak edir ki, onlar Qəşəm Nəcəfzadəni təhsil məsələsində “suya aparıb, susuz gətirər”. Görünür, bu tənqidlərdə şəxsi qərəz var". R.İsmayılov bildirib ki, dərsliklər hazırlanaraq əvvəlcə sınağa təqdim olunur, ondan sonra ikinci sınağa verilir. İki ildən sonra ümumtəhsil müəssisələri üçün dərslik formasında kütləvi çap olunaraq məktəblərə paylanılır.
Ədəbiyyat dərsliklərindəki biabırçılıq Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) dosenti, dərsliklərlə bağlı ekspert Fəxrəddin Yusifov isə Sputnik Azərbaycan-a açıqlamasında Q.Nəcəfzadənin dərsliklərlə bağlı səsləndirdiyi iradların haqlı olduğunu söyləyib. O, bildirib ki, 5-9 sinif ədəbiyyat dərsliklərinə salınan bütün mətnlərin hamısı ixtisarla təqdim olunub. "İstər şeir parçaları, istərsə də bədii nəsr və dramaturgiya əsərləri ixtisarla verilir. Bunu bəhanə edirlər ki, dərsliyin həcmi 202 səhifə ilə məhdudlaşır deyə bədii mətnlər ixtisarla verilir. Bədii mətnləri ixtisarla verdikdə onun ideyasına çox ciddi zərbələr vurur. Müəllim üçün vəsaitə daxil olan metodiki göstərişlər dərsliyə daxil edilir. Ədəbiyyat dərsliyində yarım səhifə şeirə dörd səhifə metodik göstəriş verilir. Bəs onda müəllim üçün vəsait nəyə lazımdır?" - deyə F.Yusifov söyləyib. Onun sözlərinə görə, qələm təcrübəsi olmayan şəxslərin əsərlərini dərsliyə daxil edirlər. Həmsöhbətimiz deyir ki, ali məktəbdə keçirilən ədiblərin əsərləri orta məktəb dərsliyinə salınmalıdır: "İndi orta məktəbdə keçməyə böyük əsər tapılmır. Mətnlərin sadədən mürəkkəbə doğru getməsində sistem tamamilə pozulub. Müəlliflərin ixtiyarına buraxılan dərsliklər belə biabırçı vəziyyətə gəlib çatıb. Dərsliklərin hazırlanmasında koordinasiya olmalıdır. Hansı əsərlərin, nə həcmdə dərsliyə salınmasına geniş müzakirə olunduqdan sonra qərar verilməlidir. Ədəbiyyat dərsliyi belə tərtib olunmamalıdır. Mətnlərdə eyni fikirlər təkrar olunur, qruplara eyni tapşırıqlar verilir. Bu, dərsliklərdə də, müəllim üçün vəsaitlərdə də təkrarlanır". Mütəxəssis söyləyir ki, müəllim üçün metodiki vəsiatlərdə irəli sürülən bütün təkliflər yanlış və qüsurludur. Həmçinin metodiki vəsaitlərdə tədqiqat suallarının qoyulması qətiyyən məzmunla uyğun deyil.
Mətn seçimini müəlliflərin ixtiyarına buraxmaq olmaz! "Əsərin təhlili ilə bağlı motivasiya sualları məzmun dərslərinə qoyulub. Əsərin məzmununu bilməyən şagird təhlil sualına cavab verə bilərmi? Şagirdlərin təfəkkürünü məhdudlaşdırmaq üçün dərsliklərin içərisində müəyyən çərçivədən çıxmamaq üçün tələb qoyulur. Bu sərbəst düşüncəni məhdudlaşdırmaqdır. Bu zaman uşaqlar əsərləri necə təhlil etsinlər? Dərslik siyasəti dəyişməlidir. Bədii mətnlərin seçilib dərsliklərə salınmasına xüsusi işçi qrupu baxmalıdır. Bunu müəlliflərin ixtiyarına buraxmaq olmaz! Bədii mətnləri qətiyyən ixtisarla vermək olmaz. Uşaq beş mətn öyrənsin, amma tam öyrənsin, nəinki ixtisarla. İxtisarla təqdim olunan mətnlərin mövzusu və ideyası təhrif olunur" - F.Yusifov deyib. O vurğulayıb ki, isbat etmək çətin olsa da, dərsliklərə şeirlərin, mətnlərin “tapşırıqla” salınması halları mövcuddur.
Kimin adamı var, o dərslik yazır? F.Yusifovun sözlərinə görə, dərsliyə salınan şeirlərin bədii sənətkarlıq baxımından zəif olması bunun sübutudur. Məsələn, milli mənəvi dəyərlər başlığı altında verilən təmsillərin milli mənəvi dəyərlərlə qəti bağlılığı yoxdur. Həmsöhbətimiz iddia edir ki, dərsliklərin ictimai müzakirəsi formal aparılır: "Mən universitetdə rəy hazırlamaq istəyəndə çoxsaylı hücumlara məruz qaldım. İndi dərsliklərlə bağlı sizə dediyim nöqsanların çoxunu rəylərimdə yazıb göndərmişdim. Nazirlik tapşırıq əsasında bəzi müəlliflərin üzünə qapılar açır, onlara şərait yaradır. Bunu isbat etmək çətin olsa da, reallıqdır. Nə qədər ki, dərslik çapında tanışlıq, tapşırıq rol oynayacaq, dərsliklər belə biabırçı vəziyyətdə də çap olunacaq". Xatırladaq ki, Təhsil İnstitutunun bazasında Dərsliklərin Müstəqil Monitorinq Mərkəzi yaradılıb, çapdan əvvəl dərsliklər ictimai müzakirəyə çıxarılır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
|