Xətai Tibb Mərkəzində nə baş verib? – 30 ilin müəlliməsi həkimdən şikayətçidir
Tarix: 27-06-2024, 09:28 |
Çap et
Müəllimə Sevda Əliyeva Xətai Tibb Mərkəzinin həkimi Sevinc Səxavət qızı Abışovanın hərəkətlərindən şikayətçidir.
30 ildən artıq pedoqoji stajı olan Sevda Əliyeva Reportyor.info-ya deyib ki, sağlıq problemləri ilə bağlı yaşadığı ünvan üzrə poliklinikaya müraciət edib.
Orada Sevda Əliyevanı müayinə edən həkim onun MRT-dən keçməli olduğunu bildirib və Xətai Tibb Mərkəzinə göndəriş yazıb. Sevda Əliyevanın sözlərinə görə, Xətai Tibb Mərkəzində onu Sevinc Abbasova adlı həkimə yönəldiblər:
“Sevinc Abbasova ümumi durumumla bağlı şikayətlərimi soruşdu, mən də cavab verdi. Nə istədiyini xəbər aldı, dedim ki, MRT-dən keçmək üçün Xətai Tibb Mərkəzinə göndərilmişəm. Gözləmədiyim halda, aqressiv tonda “sən mənə burada göstəriş verirsən” deyə sual etdi. Təmkinlə MRT üçün ora göndərildiyini desəm də, Sevinc Abbasovadan həkim adına yaraşmayan aqressiya, qışqır-bağır gördüm.
Ona görə də oradan çıxıb Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) “Qaynar xətt”nin nömrəsi 1542 ilə əlaqə saxladım. Xahiş etdim ki, Sevinc Abbasova barəsində ölçü götürülsün. Tutduğu vəzifəyə uyğun davranış sərgiləyə bilməyən, etik qaydalardan uzaq kadr Tibb Mərkəzindən uzaqlaşdırılsın”.