"Kamal Abdullayev heç də Ostap Benderdən geri qalan oğlan deyil..." - İFŞA FAKTI
Tarix: 30-08-2024, 08:40 | Çap et
"Bu günlərdə internetdə vaxtilə tarix dərsində öyrəndiyim, kontinental Avropanın əksər ölkələrində mövcud olmuş bir qayda rastıma çıxdı: “Vassalımın vassalı mənim vassalım deyildir”. Elə həmin ifadə məni bu yazını yazmağa sövq etdi". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib. O daha sonra bunları əlavə edib: "Kamal Abdullayevin 2023-cü ilin 21 iyulunda kulis.az saytına verdiyi müsahibədə utanmadan “Mənim dilimə iradı olanın Azərbaycan dilindən xəbəri yoxdur” deməsini keçən yazımda xatırlatmışdım. Həmin müsahibədə o həm də vaxtilə Nobel mükafatı almaq üçün Nobel komitəsinə təqdim olunmuş “Yarımçıq əlyazma”ya görə namizədliyinin qeydə alındığını, başqa sözlə, Nobel mükafatına namizədliyə Azərbaycandan onun namizəd olduğunu bildirir. Nobel qardaşları sağ olsaydı, yəqin ki, “vassalımın vassalı” analogiyası ilə “Nobel mükafatına namizədliyə namizəd bu mükafata namizəd deyildir” deyərdilər. Lakin Kamal Abdullayevin namizəd deyil, artıq sahib olduğu başqa xeyli “titul”u vardır. Onlardan ən başlıcası “Böyük kombinator” tituludur. Oxucuların, yəqin ki, əksəriyyəti İlya İlf və Yevgeni Petrovun “Qızıl buzov” və “On iki stul” romanlarının mənfi qəhrəmanı Ostap Benderi xatırlayır. O, “əhalidən pul əldə etməyin dörd yüz nisbətən doğru üsulu”nu bildiyini deyirdi. Ona görə də müəlliflər “Qızıl buzov” romanının bir fəslini Ostap Benderin şərəfinə “Böyük kombinator” adlandırmışlar. Kamal Abdullayev heç də Ostap Benderdən geri qalan oğlan deyildir. Onun “nisbətən doğru üsullar”la əldə etdiyi pulların mənbələrinə baxaq: 1. Qış və yaz imtahan sessiyaları, 2. Qaiblər, 3. İşə “imkanlı adamlar”ın yaxınlarının götürülməsi, 4. Vəzifələrə təyinatlar, 5. Adı Universitetin tələbələrinin siyahısında olan, əslində isə oxumayan tələbələr, 6. Saxta diplom alveri, 7. İstehsalat praktikasında iştirak etməyənlər, 8. Almaniyada təhsil almaq üçün tələbə toplanması və göndərilməsi işində Universitetin dilerliyi, 9. Universitetin xarici ölkələrdə yaradılmış mərkəzləri, 10. Universitet əməkdaşlarının əmək haqqının artırılmasına yönəlməli olan maliyyə vəsaiti, 11. Universitetin maddi təchizatı və s. Lakin Kamal Abdullayevin Böyük kombinatorluğu təkcə pul əldə etməklə məhdudlaşdmır. Onun elmi və bədii yaradıcılıq sahəsində kombinatorluğu da çox diqqətəlayiqdir. Əvvəlcə onun əsərlərinin bəzilərinin adlarına baxaq: - “Yarımçıq əlyazma” (roman), - “300 azərbaycanlı” (2007), - “Qatardakı adam” (hekayə, 2024). Bu adlar sizə heç nə demirsə, mən mənbələri xatırladım: - �?.А.Бунин. О Чехове. Неоконченная рукопись. Нью-Йорк, 1955. - Раиса Белоглазова. Незаконченная рукопись. Улан-Уде, 1958. - “300 спартанцев”. Американский эпический исторический фильм режиссера Зака Снайдера, вышедший в прокат в 2007 г. - “Человек с поезда” – германо-франко-британская драма, снятая в 2002 г. режиссером Патрисом Леконтом. Deyə bilərsiniz ki, vaxtilə “Leyli və Məcnun” mövzusunda da çox əsərlər yazılmışdır. Haqlı olarsınız, lakin “Leyli və Məcnun” Yaxın və Orta Şərq xalqlarında bir məhəbbət konseptdir və bu xalqların mentaliteti ilə bağlıdır. Kamal Abdullayev isə bu adları mənimsəmişdir. Əlbəttə, onun əsərlərinin məzmunu fərqlidir, lakin ideyaları oğurluqdur. Böyük kombinatorun fəaliyyəti “ideya oğurluğu” ilə bitmir. O, başqalarının yazdıqlarından ustalıqla “yararlanaraq” öz fikri kimi təqdim edir. X.L.Borxesdən götürdüklərini özü də etiraf edir və bunu guya onun əsərlərini çox sevməsi ilə izah edir. Əslində isə, onun başqa yolu yoxdur, çünki götürdüklərini gizlətmək çox çətin olardı. Kamal Abdullayevin adının özü qüsurlu olan “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud dastanı” (Bakı, 2020) kitabını oxuyanda qarşıma tanış parçalar, müqayisələr çıxdı (addakı “kitab” sözünün elə “dastan” mənası verdiyi və müəllifin burada tavtologiyadan xəbərsiz olduğu barədə əvvəlki yazılarımdan birində bəhs etmişdim). Həmin parçalardan birini sizə təqdim edirəm. Aşağıdakı birinci sitat mənim elmi redaktoru olduğum, rus dilində yazılmış “Мифологические и конфессиональные концепты в аспекте лингвокогнитивных исследований” (Баку, 2017) kitabından, ikincisi isə Kamal Abdullayevin həmin əsərindəndir: 1. “... Эти различия объясняются особенностями географического расположения, а значит, соответствующей флорой и фауной, климатом, влиянием культуры пограничного народа. Конечно, существенное объединяющее начало соединяет эти различия в единую культуру, формирует единый этнос, нацию. В стихотворении великого азербайджанского поэта Бахтияра Вагабзаде “Шеки” эта мысль представлена предельно точно: Я бакинец, гянджинец, ширванец, клянусь, Ленкорань, нет родней ничего, А еще я душой к Карабаху тянусь, Но шекинец я, прежде всего! Все азербайджанцы одинаково представляют себе Родину, Азербайджан, с его государственными атрибутами, расположение на карте мира, моральные ценности, любят героев азербайджанских сказок и мифов. Но ответ на традиционный вопрос “с чего начинается родина?” (песня из кино-фильма “Щит и меч”, на стихотворение Михаила Матусовского) даже в рамках одного народа неоднозначен” (с.82). 2. “Vətən ancaq çöldən-biyabandan, dağdan-daşdan, sərhədlərdən başlamır. Sovet dövründə bir məşhur rus filmi vardı. O filmin leytmotivi, aparıcı mahnısının sözləri bu cür idi – с чего начинается родина (Vətən nədən başlanır?). Çox maraqlı bir şeir parçası idi. O şeirdə deyilirdi ki, vətən heç də hansısa bir ucqar nöqtədən, ağacdan, sərhəd dirəklərindən başlamır. Vətən bir dostun baxışından, isti münasibətindən başlaya bilər. Vətən insanlığa sevgidən başlaya bilər. Bilirsinizmi, əslində, Vətən bütün Yer kürəsidir. Və bu, həqəqətən, əsl insanlar üçün belədir. Vətən Yer kürəsidir deyəndə mənim yadıma Azərbaycan haqda yazılmış bu məşhur misralar düşür: El bilir ki, SƏN mənimsən, Yurdum, yuvam məskənimsən... Bu misralar bizə nə deyir? Bunun bir çox cavabı ola bilər. Gəlin, bu gözəgörünməz dərinliyə kiçik bir gəzinti eləyək. Doğrudan da, diqqətlə düşünsək, tapa bilərikmi bu nə deməkdir?! Şairin dediyi nədir?! ...” (s.15). Belə manipulyasiyalara, adları, fikirləri dəyişdirməklə özününküləşdirmə hallarına onun əsərlərində tez-tez rast gəlmək olar. P.S. Növbəti yazıda Kamal Abdullayevin başqa kitablarındakı kombinatorluğundan bəhs edəcəyik".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|