İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Bu, qumar deyil, bəs nədir? - Həm də dövlət adına...
Tarix: 8-01-2016, 08:47 | Çap et
Bu, qumar deyil, bəs nədir?
Dünyada tendensiya mövcuddur ki, iqtisadiyyat tənəzzül edəndə üç sahə – nəqliyyat, rabitə, lotereya biznesləri çiçəklənir. Səbəb də insanların vurnuxması, necə deyərlər, saman çöpündən yapışmalarıdır. Hamı, ailənin az qala bütün üzvləri qazanc yeri tapmaq ümidi ilə evdən çıxır, bir-biri ilə zəngləşir, bəxtini sınamaq üçün boğazından kəsib bilet, kupon alır və nəhayət etibarilə günün axırında uduzduğunu anlayır. Mövcud reallıq isə sabah ona eyni şeyləri təkrarlamaqdan savayı heç bir işıqlı yol göstərmir.
Başqa bir tendensiya da budur ki, dünyanın inkişaf etmiş ölkələrində əvvəllər lotereya ilə məşğul olmuş iş adamlarını biznesin digər sahələrinə baş vuranda heç də məmnun qarşılamırlar, bir sözlə, əliəyri, qumarbaz hesab edib onlardan ehtiyatlanırlar.
Qumar dedikdə isə bəziləri yalnız təmirsiz otaqda, sinəsi açıq, ağzında siqaret, söyüş söyən lotuların iştirak etdiyi oyun başa düşürlər. Halbuki lotereyanın özü də mədəni qumardır. Gerçəklik bundan ibarətdir ki, Azərbaycanda lotuların təqib olunan qumarında, qeyri-leqal kazinolarda hətta xam iştirakçının belə udmaq şansı lotereyada qazanmaq şansından yüksəkdir.
2004-cü ildə «Lotereyalar haqqında» Qanun qəbul olunandan sonra bu sahədə qayda-qanun yaradılacağına ümid edilirdi. Qanunun qəbulundan qabaq lotereya bazarında baş-alıb gedən xaosu «Azərlotereya» Açıq Səhmdar Cəmiyyətinin timsalında monopoliya əvəz etdi və başqa bazar iştirakçılarını sıxışdırıb məhv elədi. Və özbaşına qaldı, rəqabətsizlik mühitində meydan suladı, lotereya həvəskarının isə seçim etmək imkanları qalmadı.
Oxucularımız sırasından lotereya həvəskarları gileyənirlər ki, ümumiyyətlə, lotereya tirajları çox hay-küylü və yorucu musiqi sədaları ilə keçirilir və həddən artıq boş danışıqlara yol verilir ki, bu da çox yorucudur. Aşkar etmişik ki, bu hay -küyün özü də məqsədli şəkildə yaradılır. Məqsəd heç də yalnız şən atmosfer yaratmaq deyil, həm də televiziya seyrçilərinin diqqətini təşkilatçıların tirajda tətbiq etdikləri hoqqabazlıqlardan yayındırmaqdır. Buna bəlkə də inanmazdıq, ta ki öz gözlərimizlə şahid olmasaydıq. Biz – “Azərbaycan” informasiya agentliyinin təmsilçiləri başda olmaqla bir qrup kütləvi informasiya vasitələri işçiləri qərara gəldik ki, indiyədək “Azərlotereya”nın ədalətsizliyindən gileylənən loto həvəskarlarının bu oyuna inamsızlıqlarını əks etdirən rəy və şərhlərini ümumiləşdirib həqiqətə nə qədər uyğun gəldiyini yoxlayaq. Bir araya gəlib hamımız eyni məkanda ardıcıl bir neçə tirajı geniş ekranlı televiziya qarşısında izlədik. 6 yanvar 2016-cı il tarixində saat 19.30-da “Space” telekanalında yayınlanan “Azərlotereya”nın “Klassik loto” oyununun 168-ci tirajında müşahidə etdiklərimiz bütün qaranlıq məqamlara aydınlıq gətirdi. Təsəvvür edin, lotereyanın ən bahalı uduşunun aqibətini təyin edəcək axırıncı kürəcik mexanikanın qanunlarına, sərbəst düşmə təcilinə uyğun surətdə bütün yolu qət edib yazıq iştirakçılardan hansınısa sevindirməyə hazır olanda barabanın ağzı kilidləndi, onun fırlanması sanki yenidən təkan aldı. Paralel olaraq, aparıcı da coşqulu səsi ilə araya söz qatıb “əziz lotereya həvəskarları”nın diqqətini özünə cəlb etməyə çalışdı. Və… ekran arxasında izləyicilərdən kiminsə sinəsindən “ah” nidası qopdu, kiminsə qıcanmış dişlərinin arasından “Lyanuşka”nın ünvanına qarğış püskürdü. Barabandan vicdanlı iştirakçının gözlədiyi deyil, başqa nömrəli – təşkilatçıya sərf eləyən kürəcik çıxdı. Bu detalları birmənalı olaraq bütün monitorinq qrupunun üzvləri olan media işçiləri müşahidə etdik və yekdil qənaətə gəldik ki, təşkilatçı iştirakçıları aldadır. Tiraja dəvət olunan münsiflər isə bizim gördüklərimizi görə-görə, bizim bildiklərimizi bilə-bilə tirajın guya ədalətli, qaydalar çərçivəsində, tam şəffaf keçirildiyini müqəvva kimi təsdiqlədilər.
Yenə əvvəllər barı iri uduşların qaliblərini növbəti tirajda studiyaya dəvət edib hamıya göstərirdilər. Onlar da öz növbələrində iştirakçılara “uduzduqlarınızı bizə halal edin” demək əvəzinə, “Azərlotereya”ya minnətdarlıq edirdilər. Söz gəzirdi ki, bu şəxslər həqiqətən lotereyası udanlar deyil, təşkilatçının təklif etdiyi müəyyən mükafat qarşılığında sövdələşməyə gedərək efirə çıxan, yalana dəstək verən adamlardı. Görünür, sonradan qalib kimi təqdim olunanların üzlərindəki təbəssümün saxtalığını özü də müşahidə etdiyindən, təşkilatçı daha onları studiyaya çağırmadı. Tamaşaçılardan bir qismini studiyaya yığmaq, torbadan daş çıxarmağı onlara təklif etmək kimi əvvəllər mövcud olmuş ənənədən də vaz keçildi. Aparıcı qismində dəvət olunan nüfuzlu incəsənət adamları da tədricən “Azəırlotereya”dan qaçaq düşdülər. Çox güman, onlar da el içində olan-qalan hörmət-izzətlərinin oyunların ədalətsizliyi, saxtakarlığı fonunda itib-batmaması ilə qayğılanaraq, batan günəş olanadək gözləmədilər, üzüsulu getdilər.
İndiyədək KİV-də dəfələrlə ictimai rəylər bidirilib ki, «Azərlotereya»nın fəaliyyətində ən pis cəhət tiraj komissiyalarının hüquqi statusunun qanunla müəyyən olunmaması və heç bir məsələyə müdaxilə etməməsi və formal olaraq orda oturmasıdır. Bu fikir yanlışdır. Münsiflər məsələyə müdaxilə edirlər, həm də kobudcasına. Bir daha təkrar edirik, həyasızcasına, abırsızcasına saxtakarlığı ört-basdır etməyə çalışırlar. “Azərlotereya”nın acgözlüyü o həddə çatıb ki, xalqımızın tarxinə yazılmış təqvimin qara günlərində belə tiraj keçirməkdən utanmır. Buna əxlaqsızlıqdan, özünü millətə yad tutmaqdan başqa nə ad vermək olar?
Son olaraq oxucularımıza, onların sırasından lotereya aludəçilərinə üz tutaraq müraciət edirik ki, “Azərlotereya”nın fırıldaqlarına aldanmayın. Olsa-olsa, biletiniz yaxşı halda 1 manat udacaq ki, onun da əvəzinə növbəti bilet götürəcəksiniz. Təşkilatçı bunu yaxşı bildiyindəndir ki, uduşların əksəriyyətini məhz manatlıqlar təşkil edir. Bu suallar barədə düşünün ki, niyə hər tirajın uduş fondu tam olaraq həmin tirajda udulmur? Nə üçün haman pullar və uduşa qoyulan maşın turdan-tura keçməli və başqasına çatmalıdır? Satılmış biletlərin yoxlanılması, satılmayan biletlərlə bağlı hansı addımlar atılır, bu proseslərə nəzarət də ciddi deyil.
Müşahidələrimiz davam edir və “Azərlotereya”nın fəaliyyətində qeydə aldığımız digər neqativ halları da irəliləyən saylarımızda oxucuların müzakirəsinə təqdim edəcəyik.
aia.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru