Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                 

KƏMALƏDDİN HEYDƏROV PREZİDENT OLARSA…
Tarix: 16-09-2012, 12:25 | Çap et
KƏMALƏDDİN HEYDƏROV PREZİDENT OLARSA…

BƏSTƏKAR KAMAL NƏFƏSİMİZİ DƏ SAYĞACLA HESABLATDIRAR

DİA.AZ: - Bu dəfə Kəmaləddin Heydərovdan yazmaq istəyirəm. Hamı ondan yazır. Özü demişkən, nə vaxt ondan yazmayıblar ki... Elə istəyirəm mən də yazım ki, Kəmaləddin Heydərovun qara siyahısının yer aldığı dəftərçəyə öz adımı da salıb. Bəlkə də adım artıq oradadır. Amma ən azından bu yazımla aradakı “bəlkə”ni ləğv etmək və yerimi möhkəmlətmək istəyirəm.

O, kimə lazımdır?

İlk olaraq bu suala cavab vermək lazımdır. Hər halda Kəmaləddin Heydərovun kimlərəsə lazımdır. Ən azından şou-biznes aləminə. Faktdır ki, bu gün bəstəkar Kamalın mahnılarının əksəriyyəti hitə çevrilib. Lakin mən onun bir siyasətçi Kəmaləddin olaraq kimə lazım olduğuna aydınlıq gətirmək istəyirəm.
Bir zamanlar qolunda bərq vuran qızıl saatı ilə mərhum prezident Heydər Əliyevin də diqqətini cəlb etmişdi. Əslində Heydər Əliyev o zamankı dövlət gömrük komitəsinin sədri Kəmaləddin Heydərova işarə etmək istəyirdi ki, deyən, keyfin yaxşıdır, yaxşı qazanırsan, Allah bazar versin.
Allah da onun bazarını verirdi həqiqətən də. O, Azərbaycanın qapısında oturub ölkəyə girəndən də bac alırdı, çıxandan da. Beləcə, qısa müddət içində incəsənət aləmindən siyasi proseslərə qədəm basmış Kəmaləddin Heydərov həm də bir oliqarx kimi ölkə ictimaiyyətinin diqqətini cəlb etdi. O qədər zənginləşdi ki, hətta daha böyük pullar uğrunda mübarizə haqqında da düşündü. Onun adı dəfələrlə hakimiyyətin qara işlərində çəkilib. Bütün çirkli oyunlarda Kəmaləddin Heydərov imzaı görükməyə başlamışdı. “Pullarını” - əslində isə xalqdan taladığı pulları sağa-sola xərcləyən Kəmaləddin Heydərov hakimiyyətin bir nömrəli sponsoruna da çevrilmişdi. Beləcə, o, hakimiyyətə bir lazımlı sima obrazını özündə yaratmağa müvəffəq oldu.

Pul çox olanda, problem də çox olur

Elə Kəmaləddin Heydərovda da belə oldu. Pulu artdıqca problemləri də artdı. Çünki iştahası da eyni qayda ilə genəlirdi. Artıq ölkənin qapısında oturmaq belə istəmirdi. İstəyirdi ki, həm də siyasi proseslərə qarışsın. Çünki onsuz da siyasətin içində idi. Hansı müxalifətçi döyülürdüsə, arxasında Kəmaləddin Heydərov görükürdü. Hansı müxalifətçi ələ alınırdısa, yenə də Kəmaləddin Heydərov. Hakimiyyət yeni qəzetlər açdı və müxalifətçi yazarları zərərsizləşdirmək üçün pullar buraxdı. Məlum oldu ki, yenə də işin ortasında Kəmaləddin Heydərov var.
Bir sözlə, o zamankı gömrükbaşı həm də siyasi hakimiyyətlə müxalifət arasında az qala bir körpü rolunu oynayırdı. Amma bu körpüdə həm ölüm-itim var idi, həm də xəyanət. Yəni bu körpüdən keçəni iki aqibət gözləyirdi. Kimlər keçirmədi bu körpüdən gömrükbaşı, kimləri yola gətirmədi, kimləri yolundan çıxarmadı? Bəlkə də Kəmaləddin Heydərov bu adamların da siyahısını tutub özü üçün. Ən azından gələcəkdə, çox yaxın gələcəkdə boş-bekar qaldığı zaman memuar yazmaq üçün ona bu cür qeydlər lazım olacaq.
Pulunun artması onu başqa işlərə də müdaxilə etməyə həvəsləndirdi. Öz aləmində düşünürdü ki, əslində buna haqqı da çatır. Artıq hakimiyyətin iç işlərində də öz imzasını görmək istəyirdi. İstəyirdi ki, kiminsə çıxarılmasında, kiminsə təyinatında onun adı hallandırılsın. Heydər Əliyevin dövründə bunu bacarmasa da, İlham Əliyevin dönəmində buna nail ola bildi. Konkret olaraq keçmiş səhiyyə naziri Əli İnsanovla, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin vurularaq məhbəsə atılmasında əsas fiqur kimi birbaşa olaraq Kəmaləddin Heydərovun adı çəkildi. Onu ittiham etdilər bu işdə. Ki, bundan sonra o, az qala ölkənin idarəçiliyinin bölüşdürülşməsində iştirak edən bir şəxs kimi xarakterizə olunmağa başladı.

Əyləci basılsa da, durmadı

Amma İlham Əliyev onun əyləcini basdı. Prezident gördü ki, daha bir alternativ güc yetişir. Və özü də bu güc çox təhlükəli ola bilər. Hər halda, kimsə iddia edə bilməz ki, Kəmaləddin Heydərovun dövlət gömrük komitəsinin rəhbərliyindən çıxarılaraq fövqəladə hallar naziri postuna gətirilməsi vəzifə artımı idi? Yox, İlham Əliyev onun əyləcini basmaq üçün bu addımı atdı.
Yenə də alınmadı. Çünki onu da etiraf etmək lazımdır ki, Kəmaləddin Heydərov artıq Heydər Əliyev dönəmlərində kifayət qədər təcrübə qazanmışdı və onun malik olduğu təcrübə istənilən bir sahədə özünə gərəkən keyfiyyətin ortaya çıxa bilməsi üçün yetərli idi. Və vurulduğu zənn edilən Kəmaləddin Heydərov hələ daşı daş üstünə qoyulmayan fövqəladə hallar nazirliyini qısa müddət içində formalaşdırmağı bacarmaqla yanaşı, həm də artıq özü üçün xudmani çörək yeri də düzəldə bildi.
Yenə də onun adı hallanmaqda davam etdi. Yenə də bütün işlərin arxasında o görükürdü. Özünün möhtəşəm iqtisadi imperiyası ilə az qala ayrıca dövlətlərə belə meydan oxuyacaq səviyədədir. Bu gün Kəmaləddin Heydərov hansı sahədə yoxdur ki? Çörək, ət, süd, şirə, qaymaq, bibər, pomidor, turşu ballonu, armatur, boya, daş-qaş, bina… bir sözlə hər şey və hər şey istehsal edən Kəmaləddin Heydərovun Ermənistanda da böyük biznesi var. Ermənilərin bu barədə az qala göz yaşı ilə yazdığı cümlələri hələ də unuda bilmirəm: «Kəmaləddin Heydərov Ermənistanın ərzaq bazarını nəzarətində saxlayır»… Saxlasın, canım, saxlasın… fəxrimizdir.
Əslində bu kimi keyfiyyətləri Kəmaləddin Heydərova “daşdan da pul çıxaran adam” imicini yaratmış olur. Həqiqətən də bu belədir. Köhnə illərin təcrübəsi ona imkan verdi ki, qısa müddət içində yanğınların söndürülməsi üçün nəzərdə tutulan və əvvəllər yalnız köpüklər gələn şlanqlardan pul axsın. Çox böyük fərasət sahibi bunu bacarardı.

Kəmaləddin Heydərov: fərasətli oğlanmı?

Bəli, bu gün ona az qala hamı fərasətli oğlan kimi baxır. Çünki olmayan yerdən pul çıxarmaqla məşğuldur. Əslində onun fərasəti heç də normal insani keyfiyyətlərlə uzlaşmır. Yəni o, ona görə fərasətlidir ki, insanların evlərini yıxmağı ustalıqla bacarır. Onun ustalığı yalnız şeytani əməllərə söykənir. O, dövlət gömrük komitəsində olduğu kimi fövqəladə hallar nazirliyində də özünə sərvət toplama yolu kimi fağır insanların talanmasını seçdi. Çünki başqa bir yol yoxdur da. Necə ki, Kəmaləddin Heydərovun qoyduğu gömrükhaqqı səbəbindən bu gün Azərbaycana gətirilən bütün malların qiyməti birə beş qiymətinə əhaliyə satılmaqdadır, eləcə də onun ən azından yeni tikililərə qoyduğu haqq səbəbindən evlərin qiyməti at belinə qalxıb.
O, yalnız qara işlərdədir və yüzə yüz bu bəledir ki, əgər hazırkı şərtlər aradan qalxarsa, Kəmaləddin Heydərov ən yaxşı halda pis bir bəstəkar kimi Azərbaycan cəmiyyətində tanına bilər. Çünki əslində o, nə hakimiyyət və nə də ki, siyasət adamı deyil. Və onun bu gün xobbi kimi baxdığı bəstəkarlıq əslində onun olmalı olduğu real sahədir. Yəni normal cəmiyyətdə, normal dövlətdə, normal ölkədə Kəmaləddin Heydərovun fərasəti yalnız mahnı bəstələmək üçün yetərli ola bilər.

Kəmaləddin Heydərov prezident olarsa...

Əslində onun gedişi ilə heç nə dəyişməyəcək. Çünki vəziyyyət heç də ondan asılı şəkildə deyil. Əgər bu gün Azərbaycanda situasiya məhz Kəmaləddin Heydərovun arzuladığı formada mövcud olsaydı, o zaman daha betər bir durum olardı. Təsəvvür edin, bir anlıq olsa da, təsəvvür edin ki, Kəmaləddin Heydərov Azərbaycanın prezidentidir. Əslində bu onun könlündən keçir. Elə bu məqsədlə partiya yaradacağı haqda məlumatlar da dolaşır. Amma təsəvvür etdikdə belə, bizim könüllərimiz bulanır. Allah o günü bizlərə göstərməsin. Yəqin ki, bu gün zarafatyana deyilən “havaya da sayğac qoyacaqlar” ifadəsi o zaman doğrula bilər, reallığa çevrilə bilər.
Çünki Kəmaləddin Heydərov hər şeyi pulla ölçüldüyü kimi, hər kəsə də yalnız pul çıxarma obyekti kimi yanaşır. Yəni o, bir nəfəri gördükdə ondan nə qədər pul əldə edə biləcəyini düşünür. Hər halda, reallıqda bu belə olmasa da, Kəmaləddin Heydərovun hal-hazırda yaratdığı təəssürat belə deməyimizə əsas verir. Ki, onun üçün ən ümdə dəyərin məhz pul olduğu haqqında düşünə bilək.

Ziddiyyətli adamın vida marşı

Amma o da gedəcək. Çünki başqa bir yolu yoxdur. Həm onun və həm də hazırkı hakimiyyətin. İstənilən halda hakimiyyət yeniləşən şərtlərə uyğunlaşdırılmalıdır. Həmin şərtlər içində belə Kəmaləddin Heydərova yer yoxdur. Ən yaxşı halda Türkiyədə səfir ola bilər. Elə adı da bu vəzifəyə çıxıb. Yazılanlara görə, vurulduqdan sonra onu qardaş ölkəyə səfir göndərəcəklər. Çünki o, Türkiyəni çox sevir.
Qeyri-rəsmi məlumatlara görə, Kəmaləddin Heydərov Türkiyə iqtisadiyyatına sərmayə qoyan ən böyük yabançı iş adamlarından biri kimi də tanınır. Onun hətta Türkiyənin millətçi kəsimi ilə də sıcaq əlaqələri var. Amma o, burada da ziddiyyətlidir. Necə ki, bir əlində qılınc, digər əlində isə not dəftərçəsi saxlamaqla mahiyyət baxımından ziddiyyətli xarakter sahibi olduğu təsəvvürünü yaradıb, eləcə də bu istiqamətdə də ziddiyyətli adam təəssüratını bağışlayır. Çünki o, necə ki, qardaş Türkiyədə bir iş adamı olaraq tanınır, eləcə də düşmən Ermənistanda da böyük sərmayədarlardan biri hesab olunur. Hətta onun Göyçə gölündə balıq vətəgələrinin olduğu da bir faktdır.
Amma o gedəcək. İlham Əliyev onu da yola salacaq. Ki, bir daha onun səbəbindən hədəfə çevrilməsin. O, gömrükdən gedəndən sonra artıq mətbuatda gömrüklə bağlı gedən yazıların sayı da azalıb. O, fövqəladə hallar nazirliyinə gəldi və yenicə qurulmasına baxmayaraq, bu nazirlik mətbuatın ən çox işlənən mövzularından biri kimi qəbul olunur. Bu isə heç də İlham Əliyev iqtidarına sərf etmir. Ona görə yox ki, bu yazılar nəyəsə təsir edir, ən azından ona görə ki, İlham Əliyevə müxalif və müstəqil mətbuata mövzu verən hansısa bir məmur lazım deyil. Elə bu səbəbin özü Kəmaləddin Heydərov üçün vida marşının çalınmasına yetərlidir. Yəqin ki, bu marşın sədaları Kəmaləddin Heydərovun sümüklərinə düşməyəcək. O nə qədər böyük musiqi duyumuna malik olsa da, vida marşı onu yalnız yerindən oynadacaq, sümüklərini oynatmayacaq.

Fəxri - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru