MASALLIDA HƏBSLƏR DAVAM EDİR
Tarix: 21-09-2012, 09:52 | Çap et
DİNDAR GƏNCLƏR NİYƏ HƏBS OLUNUB?
Bu il sentyabr ayının 7-10 arası Masallıda keçirilən Beynəlxalq Folklor Festivalının axşam tədbirləri zamanı xoşagəlməz olay baş verib. Bu olay nəticəsində 3 nəfər dindar gənc həbs edilib. Onlardan biri, əsasən, dini sayt kimi fəaliyyət göstərən “Xeber44.com”un rəhbəri Araz Quliyevdir. Məlumat üçün bildirək ki, Araz Quliyev Masallı şəhərində yaşayır və taksi sürücüsüdür. Ziya Tahirov isə kiçik ticarətlə məşğuldur. Saxlanılan 3-cü şəxs Rza Ağalı isə işsizdir.
Elə tutulanlardan birinin, A. Quliyevin rəhbərlik etdiyi “Xəbər44.com” saytının yaydığı məlumata və həbsdən əvvəl onun redaksiyaya gəlib bildirdiyinə görə, sentyabrın 7-si axşamı onlar Masallı Mədəniyyət Evinin qarşısındakı Nizami meydanında gəzərkən bir polis nəfəri kefli halda onlara yaxınlaşaraq ərazini tərk etməyi bildirib. Sayt Araz Quliyevin dilindən yazır: " Gənclər Mərkəzinin yaxınlığındakı ərzaq dükanının yanında dayanmışdıq. Masallıda Beynəlxalq Folklor müsabiqəsi keçirildiyi üçün ətrafda polis işçiləri də var idi. Birdən qarşımızda polis idarəsinə məxsus "Wolsvagen" markalı avtomobil dayandı. Maşından düşən mülki geyimli Nazim Əkbərov adlı polis işçisi aşa-aşa bizə yaxınlaşdıqda onun sərxoş olduğunu bildik. O, ayaq üstə güclə dayanırdı. Sərxoş vəziyyətdə olan Nazim bizi küçə söyüşləri ilə təhqir etdi və onunla polis idarəsinə getməyimizi istədi. Bu zaman onunla birlikdə olan mülki geyimli polis işçiləri maşından düşərək bizə yaxınlaşdılar. Biz onların da sərxoş olduğunu gördükdə: "Siz içkilisiniz, gedin ayıq polis işçisi gəlsin, ” - cavabını verdik. Bu cavabımızdan sonra onlar üstümüzə hücum çəkdilər. Hətta mülki geyimdə olan Rüfət adlı polis işçisi üstümüzə silah da qaldırdı”. Daha sonra saytda qeyd olunur ki, ərazidə olan polislərdən bir neçəsi onlara yaxınlaşıb, iş yoldaşlarının kefli olduğunu gördükdə deyiblər ki, siz buradan gedin. “Buna baxmayaraq Nazim Əkbərov və onunla gələn digər mülki geyimli polis işçiləri söyüş söyərək bir daha bizim üstümüzə hücum çəkdilər. Cavid Məmmədov adlı polis baş leytenantı isə bizə yaxınlaşaraq: "Narahat olmayın, onlar öz cəzasını alacaqlar, gedək mənimlə idarəyə, orada danışarıq", - dedi. Biz də onunla birlikdə polis idarəsinə getdik. Polis idarəsinin həyətində Nazim Əkbərov yenidən söyüş söyərək üstümüzə hücum çəkdi. Bizi rəis müavini Fuad müəllimin otağına apardılar. Fuad müəllim ... Nazim Əkbərovun hərəkətlərinin özbaşınalıq olduğunu bizə bildirdi. Nazim Əkbərovun bu özbaşına hərəkətinə görə Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımov da gecəylə idarəyə gəldi. O da Nazimin bu hərəkətini görüb onun cəzalanacağını bildirərək səhər saat 9:00-da idarədə olmağımızı istədi. İdarədə hadisə ilə bağlı sənəd və ya izahat yazılmadı. Sadəcə, sərxoş vəziyyətdə olan Nazim Əkbərovun evinə göndərilməsi əmri verildi ”. Gənc dindarlar isə həmin gecə saat 3-də evlərinə buraxılıblar. “Xeber44.com” saytı isə olayın sonrakı günü, sentyabrın 8-də baş verən hadisələri belə təqdim edir: “Masallı cümə məscidinə gedən yol istiqamətində bir qrup Ərkivan sakinləri dindarların yolunu kəsərək küçə söyüşləri söyməyə başlayıblar. (Deyilənlərə görə, mülki geyimli şəxslər polis zabiti Nazim Əkbərovun yaxın qohumlarıdır.) Sonra Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımovun göstərişi ilə polis zabiti Cavid Məmmədov onların yanına gələrək: “Döyün bunları”, - deyib və mülki geyimdə olan idmançılar dindarları Mədəniyyət Evinin qabağına aparıblar. Orada mülki geyimlilərə çoxlu sayda polis də köməklik edib və dindarları rezin dəyənəklərlə, təpik və yumruqlarla döyməyə başlayıblar. Dindarları amansızlıqla vurduqdan sonra polislər Araz Quliyev və Ziya Tahirovu polis bölməsinə aparıblar. Polis bölməsində də dindarları amansızcasına döyüblər. Dindarların özündən getdiyini görən polislər onları ayıltmaq üçün həkim çağırıblar. Daha sonra isə Masallı şəhər sakini Rza Ağalını da polis şöbəsinə aparılıb”. Sayt, həmçinin, başqa məlumatda bu hadisəni belə qeyd edir: “Həmin gün saat 23:30-da 30-a yaxın mülki geyimli idmançı Masallı RPŞ-nin rəis müavini Əlifağa Kazımovun göstərişi ilə Masallı dindarlarına hücum edib. Hadisədən 5 dəqiqə əvvəl gənc dindarlarla söhbət edən Əlifağa Kazımovdan ayrılandan 2 dəqiqə sonra mülki geyimli idmançılar Araz Quliyevə, Ziya Tahirova və bir neçə dindara hücum ediblər. Sonradan polis işçilərinin qoşulmasıyla qrup daha da çoxalıb. 10-a yaxın dindara qarşı təxminən 30-mülki geyimli idmançı və 30-40-a yaxın polis işçisi hücum edib, dindarları döyərək polis şöbəsinə aparıblar. Mülki geyimli idmançılardan isə saxlanılan olmayıb. İlkin məlumata görə, Nazim Əkbərov adlı polis işçisi Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımovun tapşırığı ilə bir qrup mülki geyimli idmançıları təşkil edib və onlar da bu hadisəni törədiblər”. Sentyabrın 10-da isə “Media forum” saytına Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu barədə məlumat verib. Şöbə rəisinin sözlərinə görə, sentyabrın 8-i axşam radələrində Araz Quliyevlə bərabər bir neçə şəxs Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərib: “Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, polisin xidməti avtomobilinin şüşələri sındırılıb. İctimai asayişi pozan Araz Quliyev, Ziya Tahirov və Rza Ağalı saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələri ilə cinayət işi açılıb”. (Məlumat üçün bildirək ki, həmin maddə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə deməkdir.) Sentyabrın 10-da isə Masallı Məhkəməsi saxlanılan şəxslərin mühakiməsinə başlayıb və onlar 2 aylıq müddətə azadlıqdan mərhum edilib. Cəzalananlar artıq Bakıya yola salınıb”. Bütün bunlar gənc dindarların və onların tərəfdaşı kimi çıxış edən “Xeber44.com” saytının məlumatları və movqeyi idi. Bəs digər tərəflər, yazıda adları hallanan polis işçiləri, eləcə də ictimaiyyət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri nə düşünür? Bu rəyləri təqdim etmədən öncə bildirək ki, vəkil Qəhrəman Əliyevin bildirdiyinə görə, Araz Quliyev məhkəmədə vəkildən imtina edib və o, Masallıda diskoteka keçirilməsinə narazı olduğunu bildirmiş və bu tədbirin qısa müddətdə dağıdılmasını tələb etmişdir. Bu şəxslərin 3 gün müddətinə Apelyasiya Məhkəməsinə müraciət etmək imkanı olsa da, onlar şikayət verməyiblər. Bu olay əsasən, diskotekaya görə baş verdiyindən öncə aydınlaşdıraq ki, diskoteka nədir? Vikipediyada qeyd olunur ki, “Diskoteka” sözü fransız dilində olan 2 sözün birləşməsindən götürülmüşdür: disque- qrammofon valı, kartotheque- kartoteka. Diskoteka mədəni-əyləncəli tədbir olaraq rəqs oynamaq üçün nəzərdə tutulmuş xüsusi tamaşa zallarında və ya açıq səma altında həyata keçirilir. Bu sözü bir az da xırdalasaq, indiki vaxtda diskoteka əsasən, canlı çalğı ilə yox, disklərdə səslənən musiqinin müşayiəti ilə rəqsdir. Masallıda keçirilən diskotekada isə demək olar ki, bir neçə nəfərdən başqa kənardan gələn qonaqlardan savayı kimsə olmayıb. Hətta “Halay”ansamblının üzvləri də həmin tədbirə qatılmayıb. İndi isə Masallı Rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımovun fikirlərini sizə təqdim edirik: - Beynəlxalq səviyyəli Folklor Festivalının Masallıda keçirilməsi hər birimiz üçün fəxrdir. Belə bir tədbirin keçirilməsini sağlam düşüncəli vətəndaş müsbət qarşılamalıdır. Xalqlar öz milli mədəniyyətini, incəsənət nümunələrini Masallıdan bütün dünyaya nümayiş etdirirdilər. Lakin bir qrup gənc festivalın normal gedişinə mane olmaq, əngəl törətmək istəmiş, xuliqanlıq hərəkətləri etmişlər. Onların hərəkətlərinə qanuna müvafiq qiymət verilmiş, cinayət işi qaldırılmış, istintaq aparılır. Qanun-qaydanı pozanlara qarşı polis qüvvələri mövcud qanunvericiliyin tələbləri əsasında hərəkət etmişdir. Polisə qarşı əks tərəfin irəli sürdüyü ittihamlar tam əsassız və yalandır. Əməkdaşımız Nazim Əkbərov şəkərli xəstədir, spirtli içki onun səhhəti üçün əks göstərişdir. Belə olan halda, o, xidməti vəzifəsini yerinə yetirən zaman sərxoş ola bilərmi? Qarşıdurma zamanı silah işlətməyə ehtiyac olmamış və heç bir polis işçisi silaha əl atmamışdır. Dindarların döyülməsi faktı isə uydurmadan başqa bir şey deyil. İstintaq işi ilə bağlı araşdırmanı Masallı rayon prokurorluğu aparır. Masallı Rayon Prokurorluğundan isə bizə bildirdilər ki, siz ancaq Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat ala bilərsiniz. Hazırda istintaq getdiyi üçün biz detallara aydınlıq gətirə bilmərik. Ehtimallar var ki, bu işin içində digər məqamlar da olsun. Bəs din xadimləri bu barədə nə düşünür? Cənub bölgəsinin Qazisi Hacı Mirqiyas Təhməzovun fikirlərini təqdim edirik: -Sentyabrın 8-də baş verən olay bir Qazi və ruhani olaraq məni çox hiddətləndirir. Ölkə başçısı, möhtərəm prezidentimiz İ. Əliyev cənablarının apardığı məqsədyönlü və ardıcıl siyasətin sayəsində bu gün ölkəmiz günü-gündən inkişaf edir, dünyada öz layiqli yerini tutur. Beynəlxalq Folklor Festivalının məhz Masallıda keçirilməsi, dünyanın bir çox ölkələrini təmsil edən kollektivlərin də bura gəlişi bir hadisədir. Belə gözəl tədbirə yalnız nankor adamlar pis baxa bilər. Bir dəstə gəncin dindar adı altında, kimsələrin sifarişi ilə festivalın gedişinə əngəl törətmək istəmələri biz dindarları hədsiz hiddətləndirir. Bu olay eyni zamanda bizə ləkə gətirir. O gəncləri biz dindarlar vəkil etməmişik ki, bizim adımızdan hər hansı aksiya keçirtsinlər. Onların hərəkəti dinimizin qorunması və müdafiəsinə deyil, hər birimiz üçün əziz olan dövlətimizin dağıdılmasına və nüfuzdan salınmasına yönəlib. Xuliqanlıq etməklə dini müdafiə etməzlər. Bir Qazi və din xadimi olaraq Masallıda Folklor Festivalının keçirilməsində, konsert proqramlarının, diskotekanın təşkilində İslam dininə zidd olan heç nə görmürəm. Bu tədbir xalqların birliyinə, insanların mənəvi tərbiyəsinə xidmət edir. Bütün bunları görməmək nankorluqdan başqa bir şey deyil. Əsl müsəlman öz dininin keşiyində ayıq-sayıq dayanmalı, ibadətini unutmamalı, şəriət qaydalarına düzgün riayət etməli, dindaşlarını birliyə, vəhdətə çağırmalıdır. Biganələrin 5-10 manatına uyub dini parçalamaq, onu təriqətlərə bölmək, xuliqanlıq edərək insanların asayişini pozmaq dindar olmaq demək deyil. Mən gənclərin bu yaramaz hərəkətini tənqid etməklə, əxlaqa, İslama tamamilə zərbə vuran əməl hesab edirəm.
Biz daha bir neçə nəfərə müraciət etdik. Təəssüf ki, onlar rəy bildirməkdən imtina etdilər. Adını açıqlamaq istəməyən ziyalılardan biri isə bildirdi ki, onsuz da bizim əksər toylarımızda qadın və kişilər birgə rəqs edir, bəziləri yarımçılpaq geyinir, çalğı ilə də, disklə də rəqs edirlər. Onda belə çıxır ki, biz həmin toyları da dağıtmalıyıq. Dövlət dinə necə hörmətlə yanaşırsa, dindarlar da hökumətin tədbirlərinə bu cür hörmətlə yanaşmalıdırlar. Biz gənclərin kütləvi şəkildə məscidə getməsini normal qarşılayırıq, dindar gənclər də digərlərinin başqalarına mane olmamaq şərti ilə ürəkləri istədikləri kimi əylənməsinə normal hal kimi baxmalıdırlar. Son məlumata görə isə daha bir gənc – Xalid Kazımov, Surac Ağyev, Vüsal Quliyev, Nicat Əliyev və Namiq Kişiyev həbs edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
|