«AZƏRSUN» ORTA SAHİBKARLARI NECƏ MƏHV EDİR?
Tarix: 21-09-2012, 11:25 | Çap et
ABDOLBARİ GOZAL HAKİMİYYƏTDƏKİ DAYAQLARI HESABINA AT OYNADIR
DİA.AZ: - Bu gün Azərbaycanda sıradan bir şəxsin hansısa iqtisadi sahəni hətta təbii yolla belə inhisara alması imkansızdır. Doğrudur, Azərbaycan kimi ölkələrdə təbii monopolistlər tək-tük hallarda ortaya çıxır. Amma hətta bu şəraitdə belə, təsadüfi adamların görünməsi imkansızdır.
Təbii ki, kağız üzərində biz də normal qanun və qaydaları olan ölkələrdən biriyik. Hətta Azərbaycanda inhisarçılığa qarşı mübarizə aparan bir dövlət qurumu - İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidməti də fəaliyyətdədir… Amma çifayda?! Bu gün İİN-nin antiinhisar xidməti monopolistlərə qarşı mübarizə aparmaqdansa, onların fəal keşikçisinə çevrilib. Diqqət yetirin, Şahin Mustafayevin nazirliyinin bu xidməti bu gün bazarda xırda limonad sexlərini ona görə hədəfə aldı ki, bu bazar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun «Jalə» şirələri üçün boşaldılmalı idi… Dondurma istehsal edən xırda sexlər ictimaiyyətin gözündə ona görə qara eynəkdə təqdim olundu ki, artıq bu bazar da «Palmali» Mübariz kimi monopolistlər üçün açılmalı idi… İİN-nin antiinhisar xidməti ona görə Bakıdakı 17 duz itehsalçısının evini yığdı ki, artıq «Azərsun» Holdinq Masazırdakı duz gölünü hasarlamışdı və orada bir duz zavodu da yaratmışdı… Bu kimi faktlar yetərincədir.
Yəni göründüyü kimi, İİN-nin məlum xidməti inhisarçılığa qarşı mübarizə aparmaqdansa, onların əlinə oynayır, onların maraqları naminə kiçik və orta sahibkarlıq sferasını ağlar günə qoyur.
Bu gün faktdır ki, qida sənayesi bazarında «Azərsun» Holdinq şəriksiz liderdir. Bakıya gələndə cibində cəmi bir neçə milyonu olan, indi isə milyardları bank hesabında yatıran «Azərsun» Holdinqin şefi Abdolbari Gozalın milliyyətcə kimliyindən mətbuatda yetərincə yazılıb. Bu önəmli deyil. Ola bilər, Azərbaycan hədsiz tolerant ölkədir və bu ölkədə hətta erməni olaraq da ciddi mövqe sahibinə çevrilmək mümkündür. Necə ki, belələri yetərincədir.
Önəmli olanı odur ki, belə bir mühüm strateji xətt hələ də Azərbaycana bağlı olan şəxslərin kontrolu altındadır. Bu isə imkan yaradır ki, «Azərsun» Holdinq həmçinin Azərbaycan vətəndaşlarının sağlıq durumunu da kontrolu altında saxlasın. Hər halda, bu gün Azərbaycan insanları «Azərsun» sənayesi nəyi istehsal edirsə, onu da yemək məcburiyyətindədir. Dükan və macazalar, supermarketlər bu gün «Azərsun»unun çoxprofilli ərzaq məhsulları ilə doludur və başqa istehsalat müəssisələrinin ərzaqlarına yalnız təsadüfi hallarda rast gəlmək olar.
Bunun da səbəbləri var. Bu barədə DİA.AZ-a danışan orta ranqlı sahibkarlardan birinin söylədiklərindən belə aydın olur ki, onlar dükan və mağazalara məhsullarını təqdim edərkən çox ciddi problemlər yaşayırlar: «Bu gün məsələn, hansısa yerli düyü istehsalçısının mağazalarda məhsulunu satdırması çox çətin bir işdir. Dükan sahibləri aşkar surətdə imtina edirlər və səbəb kimi göstərirlər ki, «Azərsun»dan mal alırlar və əgər başqa bir firmadan eyni malı alarlarsa, o zaman «Azərsun»un nümayəndələri digər məhsullarını da ona verməkdən imtina edəcəklər».
Bu yolla aşkar surətdə monopoliya yaradan «Azərsun»un əslində ərzaq bazarındakı sözügedən davranışları həm də bu şirkətin bazarda qiymətləri diqtə etməsindən də xəbər verməkdədir. Çünki mənbəmiz bildirir ki, hətta «Azərsun»un təklif etdiyi qiymətdən qat-qat aşağı qiymətə öz mallarını təklif etmələrinə baxmayaraq, market sahibləri yenə də onların məhsullarını götürmürlər. Bu isə öz növbəsində bazarlarda ərzağın hər zaman Abdolbari Gozal tərəfindən müəyyən olunmuş qiymətlərlə satışı anlamına gəlir.
Onu da vurğulayaq ki, redaksiyamıza sahibkarlar tərəfindən «Azərsun» Holdinqin bazara çıxardığı ərzaqların qiymətləri ilə digər istehsalçıların ərzaqlarının qiymətləri arasındakı uçurum mahiyyətli fərqi əks etdirən sənədlər də təqdim olunub ki, əməkdaşlarımız bu yöndə ciddi araşdırma materialı hazırlayırlar. Bu səbəbdən yaxın vaxtlarda daha dolğun bilgiləri diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
|