“Expressbank” ASC-nin Müşahidə Şurasına yeni katib təyin edilib.
Banker.az xəbər verir ki, Orxan Eyvazov M.Ş.-nin korporativ katibi təyin edilib.
O.Eyvazov 2012-ci ildən bankda çalışır. Son iki ili şöbə müdiri kimi çalışıb.
Hazırda bankın Müşahidə Şurasına Əfqan Cavadov, üzvlər isə Anar Hacızadə və Fuad Məmmədovdur.
Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.54 milyon manatdır. Bankın səhmlərinin 48.8 %-i “Azenco Group”a, 30.8%-i “Enerqoservis” MMC-yə, 20%-i Hafiz Seyidova, 0.4%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.