Rusiyadan qopmaq istəyən Ermənistan Qərblə eyni cəbhədə olsa da... - bir neçə masada əyləşməyə çalışır
Rusiyanın Xarici İşlər Sergey Lavrov hesab edir ki, Qərb ölkələri Cənubi Qafqazda və digər regionlarda yeganə beynəlxalq arbitr kimi çıxış etmək niyyətlərindən əl çəkməlidir. Lavrov Qərb dövlətlərinin Azərbaycanla Ermənistanın münasibətlərinə müdaxilə etdiyini bildirib. Rusiya XİN rəhbərinin sözlərinə görə, bu, dağıdıcı fəaliyyətdir. Qərb Avrasiya qitəsinin digər hissələrində dağıdıcı fəaliyyətini dayandırmır. O, Cənubi Qafqazda israrla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün öz “xidmət”lərini tətbiq edir. Lavrov bildirib ki, ABŞ-ın müxtəlif regionların işlərinə qarışmağa cəhd etdiyi əvvəlki geosiyasi paradiqma keçmişdə qalıb. Nazir qeyd edib ki, indi münaqişənin güc yolu ilə həllinə əl atmadan bütün tərəflərin mövqelərinin nəzərə alınması vacibdir.
“Ağ Partiya” sədrini müavini, poltoloq Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan kimi kiçik ölkələr heç bir zaman imperialist ölkələrə güvənməməlidir.
“Rusiya da imperialist bir ölkədir və maraqları var. Sadəcə olaraq, indiki zaman kəsiyində Rusiya ilə Azərbaycanın maraqları üst-üstə düşür. Bu, o zaman baş verdi ki, İkinci Qarabağda müharibəsindən sonra Qərb konkret olaraq Ermənistanın yanında durdu. ABŞ, Fransa və kontinental Avropanın digər ölkələri - Niderland, Almaniya və s. Ermənistanın "tərəf"inə keçdilər. Azərbaycana qarşı sanksiyalarla hədə-qorxu gəlməyə başladılar. Azərbaycan Avropa Şurasında fəaliyyətini dayandırdı. Azərbaycanın Avropa Şurasında fəaliyyəti, məhz İkinci Qarabağ müharibəsindən sonra dayandı. Buna təsadüf kimi baxa bilmərik. Bütün bunları nəzərə alaraq, Azərbaycanın Rusiya ilə anlaşması, Azərbaycanın ərazi bütövlüyün təmin etməyə gətirib çıxardı”-deyən politoloq bildiir ki, proseslərin fonunda Türkiyə-Rusiya yaxınlaşması da baş verib ki, Azərbaycan hər zman bundan qazanan tərəf olub.
Politoloqun fikrincə, Qərbdən yapışanlar çox olsa da, tarix sübut edib ki, Türkiyə-Rusiya ilə yaxınlaşanda Azərbaycan burada qazanıb: “İstər 19-20-ci illər, istərsə də indiki dövrdə nəticə belədir. Bütün bunları nəzərə aldığımız zaman ölkələrin maraqlarının üst-üstə düşdüyünün şahidi olarıq.
Qərb imperilaist güclərinə qarşı öz maraqlarımıza uyğun olaraq başqa imperialist güclərdən istifadə edirik. Onlar da bizdən istifadə etməyə çalışır və hansısa mənada edirlər. Bu da təbiidir. Maraqlar toqquşanda, maraqlar barışanda, maraqlar üst-üstə düşəndə burada bir-birindən istifadə halları da baş verir. Hazırda Azərbaycan-Rusiya-Türkiyə bir cəbhədədir. Qərb və Ermənistan başqa cəbhədədir. Düzdür, Ermənistan bir neçə masada əyləşməyə çalışır. Baxmayaraq ki, Rusiya ilə ticarət dövriyyəsi rekord həddədir, Qərbin də razılığını alıb. Buna baxmayaraq nə Qərb, nə Ukrayna Ermənistana heç nə demir. Posysovet məkanında ən çox Ukraynaya yardım edən Azərbacandır, Ukrayna Azərbaycana qarşı şərtlər qoyub. "Putin gəlməməlidir, SOCAR-Qazpromla əməkdaşlıq etməməlidir". Sən hansı gününə Azərbaycana şərt qoyursan? Bir müddət sonra ABŞ və Rusiya sənə şərt qoyacaq.
Belə bir dünyada biz reallıqları nəzərə alaraq, mövcud vəziyyətlərdən istifadə etməyi bacarmalı, güclənməli və Rusiyaya güvənməməliyik. Rusiya ilə maraqlar üst-üstə düşəndə bu maraqları həyata keçirməyə çalışmalıyıq”-deyə politoloq bildirib.
Əhəd Məmmədli qeyd edib ki, Azərbaycanın dünyada təbii bir müttəfiqi var, bu da Türkiyədir. Digər ölkələrlə münaisbətlrimiz isə maraqlar çərçivəsindədir.
“Bu gün Rusiyadır, sabah məsələn Mavritaniya ola bilər. Biz maraqlarımıza uyğun davranmalı, Qərbin siyasətini öyrənməli və onun öz siyasətini ona qarşı istifadə etməyi bacarmalıyıq”-deyə Əhəd Məmmədli vurğulayıb.