Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? - GÖRÜNƏNİ BUDUR...
Tarix: 4-10-2024, 08:39 | Çap et
Televiziyalarda, saytlarda və bir çox sosial şəbəkələrdə mütəmadi olaraq müxtəlif Bankların guya sərfəli reklamlarını eşidirik, görürük. Təbii ki, dünyanın heç bir bankında olmayan yüksək faizlərlə müştəriləri o qədər də aldatmaq mümkün deyil. Reklamla real faiz arasında çox vaxt kəskin fərqlər ortaya çıxır. Avropada və dünyada banklar müştərilərə pulu iki rəqəmli faizlə təklif edirlər. Yəni, ən yüksək faiz belə 10 faizə çatmır. Bizdə isə ən aşağısı 16 faiz görəndə sevinirik. Bir çox banklar isə müxtəlif adda guya sərfəli kartlar təklif edirlər və həmin kartlarda müxtəlif məbləğdə pullar olur. Həmin pulu müştəri az məbləğdə istifadə edib, həmin xərclədiyi pulu ay ərzində geri qaytarmalıdır. Bu da bankların müştərilərə qurduqları növbəti tələdir.
Yaxşı, tutaq ki, banklar təklif etdikləri karta bizim adımıza müxtəlif məbləğdə pullar yerləşdirir. Bəs bu pulların etibarlılığı nə qədərdir? Bank bu pulların qorunması üçün müştəriyə dəqiq zəmanət verə bilirmi? Amma son illər baş verən bir çox hadisələr göstərir ki, banklarda müştərilərin adına olan pullar qətiyyən qorunmur. Bu barədə çoxsaylı faktlar gətirmək olar. Bu barədə elə təzəlikcə redaksiyamıza üz tutan Hikmət Hüseynovu dinləyək. Bayıl qəsəbəsinin sakini Hüseynov Hikmət Çingiz oğlu "Kapital Bank"da başına gələnlərlə bağlı yana-yana danışdı. Məlum oldu ki, "Kapital Bank", dediyimiz o reklam olunan «Birkart taksit» vasitəsilə H.Hüseynovun adına 5 min manat pul yerləşdirib. H.Hüseynov buna etiraz etsə də, bankdan bildiriblər ki, narahat olma, sən bizim yaxşı müştərimizsən, ona görə də sənin adına 5 min manat qoymuşuq ki, istənilən vaxt istifadə edə biləsən. H.Hüseynovun bildirdiyinə görə adına 5 min manat qoyulsa da, alış-veriş üçün heç vaxt 500, maksimum 1000 manatdan artıq pul çıxartmaq mümkün deyil. Çıxardığın həmin pulu da, bir ay ərzində mütləq qaytarıb yerinə qoymalısan. Yəni, bu, bankın özləri yazdıqları qanunlarından biridir.
H.Hüseynov bizimlə söhbətində başına gələnləri belə nəql etdi: «2024-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə, mənim «birkart taksit» kartıma haker müdaxiləsi olub. Bu barədə yalnız səhər məlumatım olub. Telefonumu açmaq istəyəndə açılmayıb. Özümün də texnika və texnologiyadan müəyyən qədər anlayışım var. Məcbur olub telefonumu «format» elədim. Ondan sonra telefon açıldı. Artıq telefonumda heç bir proqram, nömrə, video yox idi. Təzədən lazım olan proqramları telefonuma yazandan sonra məlum oldu ki, kartımda olan 5 min manat və özümün əlavə 1000 manata yaxın pulum, son manatına qədər çıxarılıb. Mən həyat yoldaşımın telefonu ilə öz nömrəmə baxdım və gördüm ki, gecə vatsapda olmuşam. Məəttəl qaldım ki, axı mən gecə yuxuda olmuşam. Sonra müəyyən etdim ki, saat 01:30-dan 03:39-a kimi telefonumun beyninə daxil olaraq, bütün məlumatları əldə ediblər. Əvvəlcə kartımdan 1600 manat, daha sonra isə qalan pulları tamamilə çıxardıb xaricdə şəxsi hesablara köçürülüb. Pul çıxarılan zaman isə, mənim telefonuma gələn mesaja həmin hakerlər təsdiq cavabı veriblər. Beləliklə, kartımda olan 6 min manata yaxın pul tamamilə yox olub. Mən bütün bunlar barədə tam məlumat əldə edəndən sonra DİN-nin «102» qaynar xəttinə zəng etdim. Ondan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət olundum və şikayət ərizəmi qeydə aldılar. Oradan da birbaşa Kaptal Bankın Bayıl qəsəbəsindəki filialına yaxınlaşdım. Bank rəsmiləri ilə nə qədər mübahisə etsəm də, samballı arqumentlər gətirsəm də, yenə də bildirdilər ki, o pul, banka qaytarılmalıdır.Belə olan surətdə dərdimə çarə məqsədi ilə Kapital Bankın “28 May” metrosu yaxınlığında yerləşən baş ofisinin rəhbərliyi ilə görüşdüm. Mən bankın rəsmilərinə bu suallarla müraciət etdim.
Mən sizin «birkart taksit» kartından adıma olan pulun yalnız 500 və ya 1000 manatını çıxara bilərəm. Bəs necə olub ki, ilkin variantda 1600 manat çıxarılıb, bankda isə sizin kompüterlər niyə bunu qeyd etməyib? Gecə saatlarında pul çıxarılarkən niyə sizin bankın avtomatik bloklanma sistemi işə düşməyib? Niyə pul çıxarılarkən mənə, həmçinin sizin kompüterlərə zəng və ya hər hansı mesaj gəlməyib? Sizin pulların etibarlılığını qorumaq üçün hər hansı vasitələriniz, yəni proqramlarınız varmı? Mənim verdiyim bu sualların heç birinə bankın müdüriyyəti cavab verə bilmədilər. Elə eyni sözü təkrar edirdilər ki, bu məsələnin bizə dəxli yoxdur. Sənin adından pul çıxarılıbsa, sən də o pulu, özü də faizi ilə bir yerdə yenidən banka qaytarmalısan. Əks təqdirdə məni məhkəməyə verəcəklərini bildirdilər. Əlavə olaraq guya mənə canıyananlıq edərək belə bir təklif də elədilər: «Bizim sizə yaxşılığımız o olar ki, sizə bankdan 6 min manat kredit verək, siz də həmin pulu yenidən kartdan çıxarılmış pulun yerinə yerləşdirirsiniz. Sonra həmin krediti aylıq cədvəl üzrə hissə-hissə ödəyərsiniz».
Bu da bankın vəziyyətdən çıxış yolu. Buna çıxış yolu yox, soyğunçuluq demək olar. Axı mən həmin kartdan bir manat da olsun çıxartmamışam. Bunu bank rəsmiləri özləri də çox gözəl bilir ki, bu məsələdə mənim heç bir günahım yoxdur. Banka cavabdeh şəxslər haker hücumunun qarşısını almaq məqsədi ilə etibarlılığı daha da artırmaq əvəzinə, pulları müştərinin belinə yükləyirlər. Bu, axı haqsızlıqdır, ədalətsizlikdir. Bunu heç Allah da götürməz. Mən kasıb adamam, 5 min manat az pul deyil. Hardan tapıb verəcəyəm?».
H.Hüseynovla hadisən baş verəndən iki gün sonra söhbət edirdim. Bu zaman xəbər gəldi ki, H.Hüseynovun Məhəmmədi qəsəbəsində yaşayan bacısı Hüseynova Pakizənin də «birkart taksit» kartına naməlum şəxs tərəfindən 240 ABŞ dolları pul yerləşdirilib. Sonra da həmin 240 ABŞ dolları və bacısının kartında olan 35 manat pulunu da çıxarıblar. Bankdan gələn “bu sənsənmi”- sualına bacısı təsdiq cavabı verməyib. Bununla belə, kartda olan 35 manat pul tamamilə yoxa çıxıb. P.Hüseynova da məsələni aydınlaşdırmaq üçün dərhal Kapital Banka gedib və Pakizə xanım birmənalı olaraq bildirib ki, bankdan gələn sorğuya təsdiq cavabı verməyib. Uzun çək-çevirdən sonra bank rəsmiləri bildiriblər ki, 10 gün ərzində onun pulunu qaytaracaqlar.
Bəli, məsələ aydındır. Mən burada jurnalist olsam da, hakim rolunda çıxış edərək deyirəm ki, günah bankındır. Ona görə də Pakizə xanımın pulu az olduğu və narazılığın daha da artmaması üçün onun 35 manatını geri qaytarmaq qərarına gəliblər. Pulun məbləğindən asılı olmayaraq, bank rəsmiləri bax beləcə vətəndaşın günahı olmadan çıxarılan pulu kompensasiya etməlidir. Banka haker hücumu olub və onun müştərisinin pulunu mənimsəyiblər. Bankın cavabdehləri dəridən-qabıqdan çıxmalıdılar ki, müştəriləri narazı salmasınlar. Əgər qoyulan pulların qorunmasında heç bir tədbir görülmürsə, istənilən adam müasir texnologiyadan istifadə edərək, bankın sisteminə daxil olub müştərinin pullarını oğurlayırsa, o banka kim daha etibar edib, pul qoyar? Məgər bank bunu fikirləşmir? Adama deyərlər ki, sən əvvəlcə pulların qorunması üçün etibarlı sistem yarat, ondan sonra müştəridən pul tələb elə.
Mənim aldığım məlumata görə, Qazaxıstanda məhz belə hallar üçün qanun qəbul edilib. Orada göstərilir ki, əgər haker hücumu nəticəsində müştərinin kartından və ya hesabəndan pullar çıxarılıbsa, müştəri buna cavabdeh deyil. Məbləğindən asılı olmayaraq, həmin pulu bank özü kompensasiya edir.
Burada daha bir maraqlı sual ortaya çıxır: - Nəyə görə banklarda milyonlarla dolları, manatı olan məmurların pullarına haker hücumu olmur? Axı niyə məhz kasıb-kusubun pulları yoxa çıxır? Özü də bu problem ən çox Kapital Bankda baş verir. Belə olan surətdə adam müxtəlif şübhələrə düşür, beyninə qara-qura fikirlər gəlir. Belə şübhələrin olmaması, qoyulan pulların daha etibarlı qorunması üçün bank öz işində dönüş yaratmalıdır. Bugündən sonra təklif edərdim ki, Kaptal Bankın «birkart taksit» kartına pul qoyularkən, müştəri bankla müqavilə bağlasın və orada mütləq göstərilsin ki, müştərinin kartına haker hücumu olarsa, buna görə müştəri yox, bank məsuliyyət daşıyır.
H.Hüseynov sonda bildirdi ki, Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsində bu məsələ ilə bağlı cinayət işi açılıb və işin araşdırılması DİN-nin nəzdində olan Kiber Hücumlara Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib. Güman edirik ki, güclü baş işlədib bankın müştərilərinin kartından pullar çıxardanları, DİN-nin həmin idarəsinin mütəxəssisləri elə həmin üsulla da onları tapacaqlar. Biz buna yalnız ümid edə bilərik. Bank isə, qoyulan pullara dəqiq zəmanət verməli və onların etibarlı qorunması üçün yeni bir sistem yaratmalıdır. Əks təqdirdə müştərilərini itirməklə iflasa uğrayacaqlar.
Tezadlar.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|