Təhsil bazarı... təhsili BAZARA ÇEVİRƏNLƏR... - Əmrullayev də bacarmadı... ya da tədbir görmədi...
Tarix: 7-10-2024, 10:47 | Çap et
Azərbaycanın elm və təhsil naziri Emin Əmirullayev Saakaşvili kimi islahatçı görünüb, Şverdandze kimi idarə edir. Rüşvət bataqlığına gömülmüş Azərbaycan təhsili həqiqətən can verir və deqradasiyaya uğrayıb. Artıq birmənalı şəkildə hamı həzm etməyə başlayıb ki, məktəb təhsil vermir, ora hər gün getmək formal xarakter daşıyır, uşaqların taleyi repetitorlar, kurslar sayəsində həll olunur. Bəs məktəb vermədiyi təhsilin qarşılığında nə alır? - rüşvət, fond pulu yığımı, 5 oktyabr və 8 mart bazarlığı... Bəli, doğurdan da məktəb çoxdan təhsil vermir. Bizim uşaqlar məktəbdənkənar tədrisin hesabına ali təhsil ocaqlarına qəbul olunurlar. Çox uzağa niyə gedirik, sosial şəbəkələrdə videosu durmadan paylaşılan şagirdi yada salaq: məlum olur ki, Bakıda yerləşən 4 saylı Xankəndi məktəbinin uşaqları axşam 8-də evə gedirlər. Demə, yer yoxdur və üç növbəli təhsil rejimi mövcuddur. Acınacaqlıdır. Xəcalət çəkməli haldır. Yaxud Baku TV-nin məktəblərin önündə keçirdiyi sorğunu qeyd edək: məktəblilər də, valideynlər də təsdiq edirlər ki, bəli, 5 oktyabrda 20-50 manat civarında Müəllimlər Günü pulu yığılıb. Yaxşı ki, direktorların evlilik günü, müəllimlərin xınayaxdı günü kimi "əlamətdar" tarixlər də xatırlanıb pul yığılmır. Ancaq əmin olun ki, azca vəziyyət kontroldan çıxarsa, utanmadan o adlarla da pul yığarlar, direktorlar qızlarına cehiz də düzəldərlər. Di gəl, bu iki fakt - həm məktəblinin axşam 8-də evə getdiklərini deməsi, həm pul yığılmasının dilə gətirilməsi qarşılığında ötən həftə, elə oktyabrın 5-i çıxış edən nazir Əmirullayev elə danışdı ki, "Tarixi-Nadir" i oxumuş adamlar başa düşmədi, bu binəvalar nə dediyini necə anlasın. Nazirin rabitəsiz, anlaşılmaz cümlələri ilə nə söyləmək istədiyi aydın olmadı. Hətta bir sosial media istifadəçisi olan xanım video paylaşım edərək nazirin redaktora ehtiyacı olduğunu açıqladı, onu güzgü qarşısında çıxışa hazırlaşmağa dəvət etdi. Həqiqətən də sanki danışan elm, təhsil adamı deyildi. Əmirullayev elə cümlələr qurdu ki, heç bir ana dili müəlliməsi onu izah edə bilməz. Yəni təhsilin problemləri, təhsildə eybəcərliklər qaldı bir kənarda, nazir nələrsə danışmaq istədi. Lakin reallıq tragikdir - ilbəil təhsilimiz geriləyir, ilbəil məktəblər həyatımızda yalnız bazar rolu oynayır, ilbəil təhsilin keyfiyyəti məktəblərdə aşağı düşür və getdikcə məktəblər heç bir əhəmiyyət kəsb etmirlər. Madam ki, əksər uşaqlar ev tapşırıqlarını hazırlıq müəllimi ilə edir, tələbə adını almaq üçün gecə-gündüz dərsdən kənar hazırlaşır, o halda 11 il bu məktəb uşağa nə verib? Amma dəqiqliklə demək olar ki, o uşaqdan çox şey alıb, onun valideynindən də... Bu baxımdan biz Əmirullayevin nazir olduğu dövrdə hər hansı arzuolunan nəticə əldə edə bilmədik. Ona görə də bu gün Azərbaycan təhsili supermarketə oxşayır. Yaxşı, media bu sahəni dərindən bilməyə və yanıla bilər, bəs, VI çağırış deputat olmuş təhsil eksperti Etibar Əliyevin tənqidlərinə nə deyə bilərsiniz? Əslində, Əmirullayev təhsil siyasətini dəyişəcək iradəyə malik olmadığını qəbul edir, etiraf etmir. Nazir məktəblərdə nə baş verdiyini çılpaqlığı ilə görür, dəyişməyə sanki gücü çatmır. Çünki bir zəncirvari rüşvət sistemi formalaşıb, onun bir zəncirini belə qıra bilməyib. Odur ki, təməli necə qoyulubsa, elə də gedir. Elə son prosesləri götürək: xəbərlərsən biri odur ki, Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Ümumiyyətlə, ümumtəhsil məktəblərində hazırda 150 minə yaxın müəllim işləyir və 1 milyon yarıma qədər şagird təhsil alır. Ölkədə 4447 ümumtəhsil məktəbi, lisey, gimnaziya, sağlamlıq imkanları məhdud olanlar üçün fəaliyyət göstərən təhsil müəssisələri var. Bu gün əksər məktəblərdə rüşvətxorluq olduğunu demək mümkündür. Rüşvətə səbəb ilk növbədə əməkhaqqının aşağı olmasıdır. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, hələ əməkhaqqı qalxmamış yüzlərlə müəllim var. Elə məktəblər də var ki, məktəb direktorları 210 manat vəzifə maaşı alırlar. Eləcə də DQ-dən keçmiş, əməkhaqqı qalxmış müəllimlər ölkə prezidentinin 994 nömrəli sərəncamı ilə 18-ci dərəcəli əməkhaqqı alırlar ki, bu da təqribən 425 manat edir. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı həddindən artıq aşağıdır. Digər bir tərəfdən isə rayon təhsil şöbələrinin birbaşa İcra hakimiyyəti başçılarının nəzarəti altında olması da neqativ hallara yol açır, bu da öz növbəsində təhsildə rüşvətə yol açan səbəblərdən daha biridir. Belə olduğu halda artıq cəzasızlığın hökm sürdüyünü görən məktəb direktorları, eləcə də direktor müavinləri işlərinə davam edirlər. O səbəbdən də qanqrena verən təhsil sistemindəki o yanaşmanı kəsib atmaq və ciddi nəzarət mexanizmi qurmaq lazımdır. Ancaq bu da azdır, təhsilin səviyyəsi artmalıdır, təhsilə və şagirdə sevgi olmalıdır, pula yox...
Azər Talıbov AnaXeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
|