Nəhayətdə ELM ADI ALTINDA büdcə oğurluğu durdurulmalıdır... - HƏQİQƏTƏN DƏ...
Tarix: 21-10-2024, 09:07 | Çap et
"Elmi-tədqiqat müəssisəsində elmə heç bir dəxli olmayan direktor, direktor müavini, rəis, katib, müdir, saysız-hesabsız vəzifələr ləğv olunmalıdır. Elmi inzibatçılıqdan xilas edib öz mehvərinə qaytarmaq lazımdır". dia-az.life xəbər verir ki, bu ilginc təkliflə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib. O daha sonra davam edir: "Dövlətin elm müəssisəsi kimlərinsə müftəxorluğu, varlanıb titullanması üçün bəhanə yeri ola bilməz. Elmə dəxli olmayan bütün bu vəzifələr imha edilməlidir. Yalançı plan işləri ilə, saxta elmi nəticələrlə Azərbaycan elmi heç bir uğur, nailiyyət qazana bilməz. Yalançı nəticələrin ömrü isə su üzərində sabun köpüyünün ömrü qədər olur. Orta əsrlərə məxsus macəralar baş verir: Bir də görürsən ki, qurumun rəhbərləri işçilərsiz darıxırlar. Tez "işə davamiyyət" (hansı işə??!!) reydləri keçirilir, baş əyditdirilir, yalvartdırılır, gözükölgəli etdirilir, imdad diləndirilir və s. Elmə dəxli varmı? Qətiyyən. İnzibatçıların heç birini elm maraqlandırmır. Hər şey şəxsi zövq-səfa, şəxsi maraq üzərində qurulur... Bu sahədə müəyyən təcrübəsi olan biri kimi deyirəm ki, elm müəssisəsində bu tip təsisatların, vəzifələrin intriqadan, dövlət vəsaitini boşuna xərcləməkdən, qeyri-elmi cızma-qaralara elmi don geyindirib dövlətin elm potensialını çökdürməkdən savayı ikinci bir funksiyası yoxdur. Soruşa bilərsiniz ki, sən İdris Abbasov qiymətli tədqiqatlarını harada yerinə yetirmisən? Cavab: Mən elmi sanbalı ilə fərlənən əsərlərimi intriqalarla, provokasiyalara dolu olan akademiya institutlarından yayınaraq tamam kənarda yerinə yetirmişəm, yəni o mühitdə idraka əsaslanan tədqiqat aparmaq qeyri-mümkündür. Transliterasiya, üzünü köçürmə kimi texniki işlər istisnadır. Deməli, var qüvvəmlə akademiya binasından kənarda işləmişəm, cüzi olsa da, bəlli maaşı heç bir direktorun, ya akademikin qanlı cibindən deyil, halal dövlətimdən almışam. Dövlətinə fayda verəcək alim, tədqiqatçı üçün qurum daxilində bu qədər inzibati strukturlar, vəzifələr elmə xidmət sayıla bilməz. Tədqiqatçı üçün sakit bir laboratoriya, ya otaq kifayətdir. Direktora, müdirə, rəisə baş əymək onun nəyinə lazımdır?! Elmi-tədqiqat müəssisəsi sex deyil, zavod deyil ki, işçi işə getməsin və sexin işi dayansın. Heç auditoriya da deyil ki, müəllim getməyəndə dərs boş keçsin. "İşə gəlmədi" demək "Çay dəstgahına gəlmədi", yaxud "Dedi-qodudan, intriqadan kənarda qaldı" deməkdir. Elmdə bu qədər müdir, rəis və digər çoxsaylı vəzifələrin mövcudluğu absurddur. Elm qurumunda bir para şəxsə xidmət edən inzibati təsisatlar, məsələn, sabiq AMEA prezidenti Ramiz Mehdiyevə və onun sədaqətli xələflərinə ideal vaxt keçirmək vasitəsi kimi hava və su qədər lazımdır. Beləliklə, belə lüzumsuz strukturların mövcudluğu büdcəyə qarşı qurulmuş tələdir. Bunlar intriqaların səbəbi, elmi inkişafın buxovudur.
***
Mən bütün qiymətli və faydalı əsərlərimi akademiya və institut rəhbərliyinin provokasiya və intriqa orbitindən yayınaraq bir qrup akademşəbəkə tərəfindən zəbt olunmuş elmi-tədqiqat institutundan kənarda ərsəyə gətirmişəm. Onların yaratdıqları qeyri-elmi mühitdə dövlətə və xalqa qara qəpik qədər fayda verən işlər görmək mümkünsüzdür. Halbuki təzyiq, provokasiya, intriqa mühiti yaratmaq əvəzinə iş şəraiti yaratmalı idilər. İşbazlıqla ömür çürütmüş dəstəyə dövlət vəsaiti hesabına saxta kitab, dissertasiya, formal müdafiələr, dissertant və ya doktorant "ovu" və digər yollarla pul qazanmaq və əyləncə qurmaq maraqlıdır. Ey yeyimcillər! Bilin ki, inzibatçılıqla elm bir araya sığmır. Vəzifəni pul qoparmaq və əyləncə vasitəsi kimi görməklə, onun-bunun əməyini öz adına yazdırtmaqla, yaxud ziyanlı nəşrlərlə quşəppəyi lotusu olmaq olar, amma həqiqi alim olmaq olmaz. Qoy Ramiz Mehdiyevin əmanət qoyub getdiyi və onun nakam arzularının icraçıları bilsinlər ki, mən onlar kimi canımı Vətən övladlarının canını almaq üçün bəsləməmişəm. Onların bədxahlıqları üzündən ağır maddi-sosial şəraitə düçar edilsəm də, dörd nəfər ailə üzvü ilə qaranlıq, rütubətli və əlverişsiz bir yataqxana otağına sıxışdırılsam da, təklif etdikləri xəyanət yolunu tutmayacağam! Eybi yoxdur, biz Vətənə qurban gedərik, təki sizin övladlarınız yağlı tikə kimi baxdıqları vəzifələrə nail olsunlar, nail olmadıqları təqdirdə isə payımıza düşən milyonları xərcləyib ölkə xaricində bəslənsinlər! Unutmayın ki, alim qılafında etdiyiniz iqtisadi, mənəvi və dövləti cinayətlərdən yaxa qurtara bilməyəcəksiniz! Şəxsən mənə qarşı illərdir ki, etdiyiniz zülüm və işgəncələrin dünyəvi bədəli ilə yanaşı üxrəvi bədəlini də görəcəksiniz! Hansı elminizə, hansı xidmətinizə, hansı əməllərinizə görə eyş-işrət içində yaşayırsınız, ey alim diplomuna bürünmüş zalım pul kisələri?! Ey arxadan vuran paxıl və qısqanc namərdlər! Xain planlarla dəstə ilə üstümə gəlməyin, rəqabətə gəlin! Xalqa, millətə, dövlətə və onun elm potensialına xidmət edən rəqabətə! Hazırsınızmı?!.."YAZILARA İSTİNAD MÜTLƏQDİR...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|