Xaçmazda yerli icra qurumlarının sanki rayon mərkəzindəki Bayraq Meydanı ilə xüsusi ədavəti var. "DİA-AZ" xəbər verir ki, bu, hər halda sözügedən rəhbər şəxslərin Bayraq Meydanında dalğalanmalı olan milli atributumuza olan anlaşılmaz mövqelərindən də hiss olunmaqdadır.
"DİA-AZ"-a vətəndaşlar yazır: "Xaçmazda yenə də Bayraq Meydanında dalğalanmalı olan bayraq aylardır yoxa çıxıb.
Sonuncu dəfə "DİA-AZ" yazandan sonra tez gətirib yerinə asdılar.
Sonra yenə də eyni şey... Bayraq təkrar yoxa çıxdı...
Sanki Xaçmazın icra başçısı Elnur Rzayevlə, onun Xaçmaz şəhər mərkəzindəki icra nümayəndəsi Emin Ağayevin bayrağımızla xüsusi ədavəti var... qənim kəsiliblər..."