"Burdan nəsə almağı heç kimə məsləhət görmürəm..." - GİLEY
Tarix: 21-11-2024, 11:02 |
Çap et
"Oktyabr ayının 18-dən aldığımın hələ 1 ili belə tamam olmamış feni "Kontakt Home"un Mingəçevir filialına servisə təqdim olunması üçün vermişəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "1 aydır fendən heç bir xəbər yoxdur. Filiala gedirəm, özlərinin heç bir məlumatı yoxdur...
Servisə zəng edirəm, deyir 14 günə təhvil verilməli idi, sizinlə əlaqə saxlanılacaq (əlaqə saxlanılmır, sadəcə yola verilir).
Yəni, oradan nə isə almağı heç kimə məsləhət görmürəm".