“City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                 

Zaqatalada vətəndaşın başına belə oyun açdılar... - GİLEY
Tarix: 13-12-2018, 09:27 | Çap et
Zaqatalada vətəndaşın başına belə oyun açdılar...
Zaqatala rayon, Əliabad qəsəbə sakini, 10.06.1953-cü il təvəllüdlü Muradova Muxsa Əhməd qızı redaksiyamıza müraciət edərək, üzləşdiyi dələduzluqla bağlı mövqeyini rəsmi qurumlara çatdırmağı xahiş edib. 65 yaşlı ağbirçək qadının başına gələnlər dələduzluq olayları ilə bağlı əsərlərin motivi ola bilər. Muxsa Muradovanın faciəsi isə uzun illər DİN-nin Zaqatala rayon polis şöbəsində polis əməkdaşı işləmiş həyat yoldaşının 2002-ci ildə vəfat etməsi ilə başlayır.

Hazırda beş azyaşlı uşağın bütün tələbatlarını ödəmək Muxsa Muradovanın üzərinə düşür. Dul qadının çətinliklərini artıran məqamlardan biri də övladının birinin ruhi xəstə olmasıdır. Ailədə işləyən şəxsin və ruhi xəstə olan övladının müalicəsinin ailənin büdcəsinə uyğun olmaması yaşlı qadını əmlaklarını satmaq məcburiyyətində qoyur. Buna görə də o, Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0.04 hektar (4 sot) torpaq sahəsini satmaq qərarına gəlir.

Bu məqsədlə 2008-ci ildə əvvəlcədən tanıdığı, torpaq alqı-satqısı ilə məşğul olan Nizami adlı şəxsin ofisinə gedərək, torpağın satılmasında ona yardımçı olmasını xahiş edir. Bu zaman Nizaminin ofisində Muxsa Muradovanın əvvələr tanımadığı bir şəxs də olub. Torpağın satışı ilə bağlı məlumatı Nizamiyə verdikdən sonra yaşlı qadın onun ofisini tərk edir. Bu zaman həmin tanımadığı şəxsin ardınca gəldiyini görür. Həmin şəxs Muxsa Muradovaya yaxınlaşaraq özünün də əslən Əliabad kəndindən olduğunu, torpaq alqı-satqısı ilə məşğul olduğunu və ona yardım edə biləcəyini deyir. Adının İsa olduğunu bildirən həmin şəxs torpaqla bağlı məlumatları qeyd etmək üçün qadını öz ofisinə dəvət edir. Bütün məlumatları qeyd edən İsa tezliklə yaxşı alıcı tapacağını vəd edərək əlaqə saxlamaq üçün telefon nömrəsini də qeyd edir. Həmin söhbət zamanı Abdullayev İsa Əli oğlu 4 sot torpağın 20 min dollara (16 min manat) satıla biləcəyini vurğulayır və vasitəçi kimi 2 min manat haqq alacağını bildirir. Bu razılaşmadan bir müddət sonra İsa zəng edərək müştəri tapdığını bildirir. Həmin müştəri isə Zaqatala rayon, Tala kənd sakini Mirvari Əli qızı Məmmədova olur. Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunun dövlət notariusu Gözəl Isgəndər qızı İsgəndərovanın iştirakı ilə tərtib edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsində satıcı olaraq Muradova Muxsa Əhməd qızının şəxsi məlumatları əks olunsa da, müqavilədəki imza Abdullayev soyadlı şəxsə məxsusdur. Bu məqama aydınlıq gətirən Muxsa Muradova bildirir ki, İsa Abdullayev onu alqı-satqı əməliyyatını aparmaq üçün vəkalətnamə verməyə razı salıb. Notariat kontorunda bağlanan müqaviləni də həmin vəkalətnaməyə görə İsa Abdullayev imzalayıb.

Muxsa Muradovanın sözlərinə görə, alıcı Mirvari Məmmədova ona bildirib ki, torpağın pulunun yarısını nəğd olaraq, yarısını isə bir neçə aydan sonra verəcək. Razılaşdıqdan sonra 10 min dollar (8 min manat) verir. Əli Abdullayev dərhal öz haqqını, 2 mini tələb edir, alır və bildirir ki, Mirvari Məmmədova alqı-satqı əməliyyatını rəsmiləşdirmək üçün gəldikdə, onu dəvət edəcəyini bildirir.

Yaşlı qadın çox gözləsə də, heç bir xəbər olmur. Bundan bir müddət sonra məlumat alır ki, torpaq alqı-satqısı ilə bağlı sənədləşdirmələr həyata keçirilib. Bundan sonra İsa Abdullayevin yanına gedərək pulunu tələb edir. İsa Abdullayev isə oğlunu Zaqatala Rayon Polis idarəsinə işə düzəltdiyini bildirir və buna görə pulu vermək imkanında olmadığını, ancaq yaxın zamanlarda verəcəyini söyləyir. Bir müddət sonra həmin 10 min dolların 2 min dollarını ödəyir. Bundan sonra isə aylar keçir, ancaq İsadan pulunu ala bilmir. Vəziyyətin belə olduğunu görəndən sonra Muxsa Muradova rayon polis şöbəsinə gedərək, həyat yoldaşının iş yoldaşlarından kömək istəyir. Polis işçilərinin müdaxiləsindn sonra İsa onlara bildirir ki, pulu yoxdur, ancaq borcunun əvəzində torpaq verə bilər.

13 may 2010-cu il tarixli Etibarnamə ilə Ələkbərov Fəxri Fərruxoğlu Muradova Muxsa Əhməd qızına Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0.76 hektar torpaq sahəsindən 0.03 hektar torpaq verdiyini bildirir. İsa Abdullayev Musxa Muradovaya Fəxri Ələkbərovu xalasıoğlu kimi təqdim edir. Bir müddət sonra Muxsa Muradova ona verildiyi iddia olunan ərazidə tikinti işlərinin getdiyini görür və yenidən İsa Abdullayevin yanına gəlir. İsa Abdullayev isə yenə də bəhanələr taparaq, ona pulunu qaytarmaqdan yayınır.

Bir müddət sonra isə məlum olur ki, İsa Abdullayev Zaqatala rayon məhkəməsində ona qarşı 8010 min manatlıq iddia qaldırıb. Sual oluna bilər ki, bu iddianın bir əsası varmı?

13 may 2010-cu ildə İsa Abdullayevin xalası oğlu Fəxri Ələkbərov Muxsa Muradovaya Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunun dövlət notariusu Gözəl Isgəndər qızı İsgəndərovanın iştirakı ilə Etibarnamə verərək 0.03 hektar torpağı üzərində səlahiyyət vermək hüququ verərkən, ondan bir sənəd alıblar ki, Muxsa Muradova onlardan 7 min dollar alıb. Yerdə qalan 3 min dolarının 2 min dollarını Muxsa Muradovanın torpağının satılmasından sonra İsa Abdullayevin götürdüyü 2 min dolları 03 noyabr 2009-cu ildə geri qaytarmış, üstündən təxminən 9 il keçdikdən sonra həmin pulu borc kimi tələb etmişdir. Zaqatala rayonunda zələzlə olanda İsa Abdullayev Muxsa Muradovanın yanına Rəşad adlı bir şəxsi gətirir və onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edir. Bildirir ki, 3 min dollar ver, sənin üçün ev tikilsin və bununla da əvə-əvəz olaq. İsa Abdullayevdən pulunu almaqda çətinlik çəkən qadın onun bu təklifi ilə razılaşır. Bir müddət sonra isə həmin Rəşad adlı şəxs min dolları qaytarır və bildirir ki, ev tikilməsi məsələsi düzəlmir. Üç min dolların 2 min dolları isə İsadadır. Muxsa Muradovanın təkidlərindən sonra İsa Abdullayev həmin 2 min dolları verəcəyini bildirir və bir neçə ay ərzində 200 manat, 150 manat olmaqla pul verir. Bu zaman isə ondan bu pulların əvəzində qəbz alır. İndi isə bütün sənədləri ortaya qoyaraq Muxsa Muradovadan 8010 manat pul tələb edib.

Zaqatala rayon məhkəməsi məsələyə mülki dava kimi yanaşaraq İsa Abdullayevin iddiasını təmin edib. Halbuki ortalıqda çox ciddi dələduzluq faktı mövcuddur. Ən azından bununla bağlı iddia var. Ona görə də 65 yaşlı qadının üzləşdiyi müdhiş dələduzluq olayı cinayət xarakterli əməl kimi aidiyyatı orqanlar tərəfindən araşdırılmalıdır. Əgər, bu olayda adı keçən Zaqatala rayon, Tala kənd sakini Mirvari Əli qızı Məmmdova, Zaqatala şəhər, Azərbaycan prospekti, ev 12-də yaşayan Ələkbərov Fəxri Fərrux oğlu, Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunun dövlət notariusu Gözəl Isgəndər qızı İsgəndərova və Zaqatala şəhər, Füzuli küçəsi,ev 4-də yaşayan Abdullayev İsa Əli oğlu araşdırmaya cəlb olunsa, Muxsa Əhməd qızının iddialarının həqiqət olub-olmadığı üzə çıxar. Həqiqəti üzə çıxarmaq günahkarın cəzasını, günahsızın haqqını vermək isə hüquq-mühafizə orqanlarının əsas vəzifəsidir.

Məsələ ilə bağlı əli hər yerdən üzülmüş, son ümid yeri bildiyi prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Respublikanın Baş prokuroru Zakir Qaralov və Daxili İşlər naziri cənab Ramil Usubova müraciət ünvanlayıb.

Muxsa Əhməd qızı inanır ki, onun bu müraciətləri öz nəticəsini verecək.
\\hurriyyet.org\\

Zaqatalada vətəndaşın başına belə oyun açdılar...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru