Sabah növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanacaq.
"DİA-AZ" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
O bildirib ki, bələdiyyə seçkilərinin tarixinin açıqlanması üçün sabah MSK-nin iclasi təyin edilib.
Xatırladaq ki, bələdiyyə seçkiləri 5 ildən bir keçirlir. Sonuncu bələddiyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.
Sonuncu seçkilər 15 min 156 bələdiyyə üzvünün seçilməsi üçün 1606 bələdiyyəni əhatə edib. 1597 bələdiyyədə seçkilər baş tutmuş hesab edilib və 15 075 bələdiyyə üzvü seçilib.