ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                 

Səhiyyə Nazirliyinin "ÇİN SƏDDİ"... - İTTİHAM
Tarix: 8-01-2019, 12:20 | Çap et
Səhiyyə Nazirliyinin "ÇİN SƏDDİ"...
Uzun illərdir ki, “müalicəsi tapılmayan xəstəlikdən” əziyyət çəkən Azərbaycan səhiyyəsinin düşdüyü bərbad durumdan çox yazılar yazılıb, tənqidi fikirlər səsləndirilib. Çifayda, indiyə qədər milyardların sərf edildiyi bu sistemi metastaz kimi daxildən məhv edən problemlər olduğu kimi qalmaqdadır. Ölkə səhiyyəsinin yarıtmazlığından, bahalılığından içi nazir qarışıq (Almaniyada aldığı müalicəni nəzərə alsaq) baş götürüb qonşu ölkələrə gedən xəstələrin statistikası ildən-ilə artan xətlə davam edir. Bu illər ərzində nə edilsə də tibb personalının gözü xəstələrin cibindən, xəstələrin gözü qonşu ölkələrin xəstəxanalarından yığılmadı.

Artıq elə bir vəziyyət yaranıb ki, Səhiyyə Nazirliyi haqqında tənqidi fikirlər səsləndirmək də mənasız görünür. Bu yerdə adamın yadına “dəyirman bildiyini edir, çax-çax baş ağrıdır” məsəli düşür. Çünki, nə qədər yazsaq, tənqid etsək, tutarlı arqumentlər gətirsək belə indiyə qədər kimsənin tükü belə tərpənməyib.

Rubrika.az saytı bildirir ki, bütün bunların əsas səbəblərindən biri səsləndirilən fikirlərin ünvanına çatmasına sədd çəkən şəxslərdir. Onlar deyilən tənqidlərin, səsləndirilən arqumentlərin nazirə çatmaması üçün sərf etdikləri çabanın mində birini səhiyyənin inkişafı üçün etsəydilər, indi Azərbaycan səhiyyəsi tamam fərqli biçimdə olardı. Səhiyyə nazirinin müavini Nigar Əliyeva, nazirliyin aparat rəhbəri Zəkiyyə xanım, Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov hər vasitə ilə sanki ictimai fikirlə, media ilə nazir arasında "Çin səddi" rolunu oynayırlar. Dəfələrlə tərəfimizdən nazirliyin fəaliyyəti ilə bağlı tutarlı dəlillərlə yazılmış araşdırmalar, digər həmkarlarımızın bu mövzuda yazıları heç bir effekt verməyib. O cümlədən, tək 2018-ci ildə nazirin qəbulu ilə bağlı öz imzamla 20-yə qədər müraciət ünvanlasaq da "quyunun başında duran yeddi başlı əjdahadan" o tərəfə keçə bilməmişdi. Belə ki, bir daha cənab nazirin diqqətinə çatdırıram ki, on ilə yaxındır ki, verdiyi göstəriş hələ də icra olunmayıb. Təəssüf hissi ilə bildiririk ki,bəzi "işbazların" əməllərinin ucbatından nazir sözünün də kəsəri qalmayıb. Səbəbi isə dediyimiz kimi işini-gücünü atıb tənqidi fikirlərlə nazir arasında sədd çəkən mənsəb sahibləridir.
Səhiyyə nazirliyi artıq illərdir ki, həkimlərin işə qəbulu prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlı məlumatlar yayır. Səhiyyə nazirliyinin rəsmi məlumatına inansaq, Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. İlk baxışdan olduqca demokratik, şəffaf bir mənzərə adamın gözləri önündə canlanır. Amma səhiyyəmizdə elə bir iş olarmı ki, onun amması olmasın...
Rubrika.Az saytı bildirir ki, ucqarlarda bu proses müəyyən qədər müəyyənləşdirilmiş qaydalara uyğun aparılsa da Bakının nüfuzlu xəstəxanalarında mənzərə tamamilə başqa cürə olur. Belə ki, paytaxtın tibb ocaqlarına işə qəbul müəyyən maraqlar çərçivəsində baş tutur. Xəstəxanalarda boş yerlər vakant verilmir, Tibb Universitetinin məzunları isə rezidentura adı altında həmin yerlərə göndərilir (bu zaman qeyd etdiyimiz “xüsusi maraqlar” işə düşür). Yalnız nadir hallarda gözdən pərdə asmaq üçün vakant yerlər elan olunur ki, bu da ümumi sayda bəlkə də heç 1 faiz təşkil etmir. İşə qəbulla bağlı dəfələrlə tənqidi yazılar hazırlasaq, nazirliyə müraciət etsək də heç bir tutarlı cavab ala bilməmişik. Yalnız nazirliyin kadrlar şöbəsinin rəhbəri Kəmalə xanım acı etirafı ilə mövcud vəziyyətə aydınlıq gətirmişdi: “Bütün bunlar məndən yuxarı səviyyədə həll olunan məsələlərdir, biz yalnız sənədlərə qol çəkirik" və yaxud Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun telefon əlaqəsi ilə bildirdiyi kimi "Yazıçılar Poliklinikasına qanunsuz həkimlər götürülürsə bu barədə biz də heç nə edə bilmiriksə yalnız məhkəmə qərar verə bilər” deməsi səhiyyəmizin hansı durumda olmasından xəbər verir.
Göründüyü kimi, nazirlikdəki mövcud vəziyyət orada hansısa şikayətə reaksiya veriləcəyinə, problemin həll ediləcəyinə ümid yeri qoymur. Heç inanmırıq ki, bu yazımız da “Çin səddini” aşıb lazımi instansiyaya çatsın. Biz Heydər Əliyev Fonduna, hörmətli Mehriban xanıma, Fondun icraçı direktoru Anar Ələkbərova müraciət edərək yaranmış acınacaqlı duruma təcili müdaxilə etmələrini xahiş edirik.Xüsusilə Anar müəllimin dövlətçiliyimizə sadiqliyini və eyni zamanda kimliyindən asılı olmayaraq Fonda olan müraciətlərə həssas yanaşmasını nəzərə alaraq ədalət prizmasından baxacağına inanırıq. Artıq kimsədə nazirlik səviyyəsində hansısa müsbət dəyişikliyin olacağına inam qalmayıb. Azərbaycan səhiyyəsinin bu günü və gələcəyi üçün böyük təhlükə olan mövcud vəziyyətə təcili müdaxilə olunmalı, günahkarlar cəzalandırılmalıdır. Bu “xəstəlik” sağalmazsa fəsadları daha təhlükəli ola bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru