ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                 

Qara metallurgiya monopoliyasının “qara piar”ı: - Dəmir hegemoniyasında rus izi
Tarix: 31-01-2019, 10:00 | Çap et
Qara metallurgiya monopoliyasının “qara piar”ı:
“Qara günə qoyulan qara metallurgiyamız” silsiləsindən

II yazı

(Əvvəli bu linkdə: http://www.dia-az.life/3/201465-qara-metallurgiya-nece-monopoliya-altina-alindi.html)

Ötən yazımızda qeyd olunduğu kimi, “Baku Steel Company”nin Mühahidə Surasının sədri Rasim Məmmədov metal istehsalı və biznesi üzərində inhisar qurmaq üçün yanlış rəy yaratmaq metodundan məharətlə istifadə edib. İddialara görə, “Baku Steel”in rəhbəri azad rəqabətdə uduzduğu xarici və yerli şirkətlərin məhsullarının yararsız olduğu barədə ictimai rəy formalaşdırır, onlara qarşı qara piar kampaniyasını özünə yaxın mətbu orqanlarda aparır, yeri gələndə, hədəfə götürdüyü müəssisələrin fəaliyyəti barədə bəzi beynəlxalq şirkətlərin qərəzli araşdırmalarını təşkil edirdi. Bəzi yüksək çinli himayədarlarının köməkliyi ilə rəqiblərinə qarşı ən amansız təzyiqlər etməkdən çəkinməyən bu adam ölkədə fəaliyyət göstərən fabrik və zavodların üstünə qoçu dəstələri göndərir, yüzlərlə insanın işlədiyi kollektivi hər kəsin gözü qarşısında çölə atır, müəssisələrin qapısına heç kimin aça bilməyəcəyi qıfıl vurdururdu. Sözsüz ki, adi bir zavodun direktoru bütün bunları edə biləcək gücdə ola bilməzdi. Arxasında böyük güclərin dayandığı Rasim Məmmədovun qurbanlarının müxtəlif zamanlarda mətbu orqanlara verdiyi açıqlamalar tüklər ürpədəcək məzmundadır. Biz də araşdırmalarımızda imkanımızın və cəsarətimizin çatacağı dərəcədə həmin qorxunc xatirələri təzələməyə, qara metallurgiyamızın zorla salındığı qara günlərə işıq tutmağa çalışacağıq. Hələlik isə, Rasim Məmədovun rəqiblərinə qarşı apardığı “qara piar” kampaniyası üzərində dayanmaq istəyirik.

Müxtəlif zamanlarda mətbu orqanlarda dərc olunan məlumatların təhlili belə deməyə əsas verir ki, metal monopoliyasının bütün daxili və xarici rəqiblərinə qarşı apardığı “qara piar” kampaniyasında söykəndiyi arqument olduqca bəsit və yekcins olub: özgə məhsulların tərkibi tamamilə “metollom”dan ibarətdir, məmulatlar kiçik sexlərdə kustar üsullarla hazırlanır və keyfiyyətsizdir. Güclü himayədarlarına arxayın olan Rasim Məmmədov “qara piar” kampaniyasında söykəndiyi arqumentləri zənginləşdirmək, fərqli iddialarla çıxış etmək üçün beynini zora salmaq ehtiyacı belə duymadan, eyni arqumentlə 2004-cü ildə Zülfüqarlı qardaşlarının iki zavodunu fəaliyyətsiz hala gətirib. 2012-ci ildə isə “Ataxan Dəmir Sənaye” və digər xırda sexlərə qarşı da eyni sehrli ittihamlardan istifadə olunub. 2013-2014-cü illərdə bənzər kampaniya Gürcüstan, 2018-ci ildə isə İranda istehsal olunan dəmir məmulatlarına qarşı aparılıb. Musavat.com-un 12 dekabr 2018-ci il buraxılışında yayımlanan ““Qoymayın, üstümüzə Rasim gəlir” - armatur bazarında inhisarçı oyunları” (http://musavat.com/news/qoymayin-ustumuze-rasim-gelir-armatur-bazarinda-inhisarci-oyunlari_576997.html ) sərlövhəli məqalədə bu barədə yazılır:

“İnternet resurslarında axtarış apararkən maraqlı bir mənzərənin şahidi olduq. Məlum oldu ki, 2013-2014-cü illərdə eyni kampaniya Gürcüstan istehsalı olan armaturla bağlı aparılıb. Belə ki, “Baku Steel Company” MMC-nin sahibi və Müşahidə Şurasının sədri Rasim Məmmədov həmin vaxt açıqlama verib ki, Gürcüstan Azərbaycana keyfiyyətsiz və istifadəsi təhlükəli tikinti armaturu ixrac edir...

Hazırda Azərbaycana armatur idxal edən sahibkarların dediyinə görə, Rasim Məmmədovun səyləri nəticəsində 2014-cü ildən etibarən Gürcüstandan Azərbaycana armatur idxalı kəskin şəkildə azaldı, sonra isə tamamilə dayandırıldı.

İndi isə R.Məmmədov özünə yaxın mətbuat orqanları vasitəsilə iki istiqamətdə informasiya hücumu həyata keçirir. Bunlardan birini qeyd etdik, İrandan idxal olunan məhsulla bağlıdır. Digər istiqamət yerli bazara məhsul çıxaran xırda istehsal müəssisələridir. Son bir ayda bu müəssisələrlə bağlı Rasim Məmmədova yaxın mətbu orqanlar və internet saytlarında silsilə materiallar dərc olunmaqdadır. Yaxın keçmişdə R.Məmmdovun təzyiqləri ilə bir neçə belə müəssisə məhkəmə qərarı olmadan bağlanıb”.

Rəqiblərin bu iddiaları çürütmək üçün ortaya qoyduqları dəlillər isə tamamilə başqa mətləblərdən xəbər verir. Azərbaycanda işgüzar fəaliyyətinə imkan verilmədiyi üçün biznesini İrana köçürmək məcburiyyətində qalan “Ataxan Dəmir Sənaye” şirkətinin rəhbəri ötən il 20 oktyabrında paylaşdığı facebook statusunda yazırdı:

“Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, "Baku steel" deyilən şirkət metallomdan hazırlanan malını daxili bazara 78O dollara ekvivalentində manata satır, İranın dəmir filizindən istehsal olunan malını biz Gürcüstan bazarına yol xərci daxil 385 dollara o da ƏDV-sini ödəyib inşaata başlayanda 454 dollara maya dəyəri ilə keyfiyyətli mal ilə…”

Bu statusundan göründüyü kimi N.Bəydəmirli faktiki olaraq, “Baku Steel”-in öz məhsullarının “metalom”dan hazırlandığını iddia edir. Onun fikrincə, İranda istehsal olunan armaturlar keyfiyyətcə daha üstündür: “İran A500 markadan yuxarı armatur istehsal edir. Hətta B500, B500C. İrandan Gürcüstan və Türkiyə də armatur alır. Necə olur ki, keyfiyyət onları qane edir, amma bizdəkiləri qane etmir?”

Azərbaycanda dəmir monopoliyasının maraqlarını qoruyan hökumət orqanlarının müxtəlif zamanlarda qəbul etdiyi qərarlar da bu iddianı təsdiqləyir. Ötən yazımızda da qeyd etdiyimiz kimi, Nazirlər Kabinetinin dəmir istehsalı ilə bağlı ilk qərarı Azərbaycandan metal tullantılarının ixracına qadağa qoymaq olub. Beləcə, SOCAR və digər dövlət müəssisələri öz balanslarındakı metal tullantılarını daxili bazarda inhisarçılara çox ucuz qiymətə satmalı olublar. Hökumətin 2017-ci ildə qəbul etdiyi bir başqa qərarına görə isə, 2018-ci il 1 yanvar tarixindən etibarən, Azərbaycana idxal edilən külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər, elektrotexniki poladdan hazırlanmış prokatlar və qara metalların tullantıları və qırıntıları, təkrar əritmək üçün ölkəyə gətirilən qara metal külçələri (şixta külçələri) idxal gömrük rüsumundan tamamilə azad edilib.

Hər iki qərar sübut edir ki, Azərbaycan hakimiyyəti dəmir monopolistlərinə metal qırıntılarından bol şəkildə istifadə etmək üçün hər cür şərait yaradıb. Halbuki, armatur kimi davamlılıq tələb edən məmulatların hazırlanmasında yalnız 30-40% metal qırıntılarından istifadəyə icazə verilir. Həmin məmulatların tərkibinin 60-70%-i isə saflaşdırılmış dəmir filizlərindən olmalıdır.

Dəmir monopoliyası bu texniki tələblərə cavab vermək üçün saflaşdırılmış filizi ancaq idxal edə bilər. Çünki Rasim Məmmədovun və himayədarlarının “uzaqgörən” siyasəti nəticəsində Azərbaycanın yeganə filizsaflaşdırma müəssisəsi olan Daşkəsən dəmir mədənləri 2016-cı ildən öz işini dayandırıb, dolayısıyla ölkəmiz idxal metaldan asılı vəziyyətə salınıb. Hər halda “Yeni Müsavat”ın 15.12.2017-ci il tarixli buraxılışında yayımlanan ““Daşkəsən Filizsaflaşdırma”nı özəlləşdirməyə qoymayan gizli əl” sərlövhəli məqaləsindən belə anlaşılır:

“…ötən ilin iyulunda prezident sərəncamı ilə özəlləşdirməyə açılan “Daşkəsən Filizsaflaşdırma” ASC elə o vaxtdan istehsal fəaliyyətini dayandırıb”, iddiasını irəlisürən məqalə müəllifinə görə, “Daşkəsən Filizsaflaşdırma” ASC-in öz fəaliyyətini dayandırmasının səbəbi dəmir monopoliyasının məqsədönlü fəaliyyəti nəticəsində baş tutub. Belə ki, müəssisə real olmayan şərtlərlə özləşləşdirməyə çıxarılıb: “Özəlləşdirmə şərtlərinə görə, kombinatı alan şirkət onun istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klaster yaratmalıdır. Bundan ötrü, ümumi həcmi 600 milyon dollardan az olmayan beşilliik investisiya proqramı təqdim edilməlidir. Bundan əlavə, səhmdar cəmiyyətin alıcısı həmçinin dövlət büdcəsinə azı 100 milyon manat pul ödəməlidir”.

Digər bir şərt isə bölgədə ən az 1000 nəfərin işlə təmin olunması göstərilib. Qısası, bu qədər ağır şərtlər altında tenderə çıxarılan “Daşkəsən Filizsaflaşdırma” ASC-ə son 2-3 ildə yaxın düşən olmayıb.

Üstəlik, kombinatın özəlləşdirmə reputasiyası da xarici sərmayədarlar üçün ürəkaçan deyil. İddialara görə, kombinat indiyədək ən azı iki dəfə xarici şirkətlərə satılıb. Hər iki satış da uğurlu sonluqla bitməyib. Müəssisəni ilk özəlləşdirən Britaniyanın “Aldex Limited” şirkəti olub. 2011-ci ildə isə eyni müəssisə Ərəb Əmirliklərinə məxsus “Det.Al Metal Limited” şirkətinə satılıb. Bu şirkətin zamanında hətta Daşkəsən yataqlarında bir müddət işlər öz qaydasında gedib. Məlumata görə, “Det.Al Metal Limited” həmin il yataqlardan 214 min ton dəmir çıxara bilib. Di gəl ki, qısa zaman ərzində bu özəlləşdirmə müqaviləsi də ləğv olunub. 2013-cü ildə isə “Daşkəsən Filizsaflaşdırma”nın, lap “O olmasın, bu olsun” filmində deyildiyi kimi, iki adaxlısı ortaya çıxıb; həm kombinatın bazasında səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC yaradılıb, həm də müəssisənin Almaniyanın “Siemens” şirkətinin istifadəsinə verilməsi barədə müqavilə imzalanıb. Prezidentin məlum Sərəncamına rəğmən, “Siemens”in vitse-prezidenti Alferd Pisingerlə müqavilə bağlayan isə “Baku Steel Company”nin (BSC) Müşahidə Şurasının sədri Rasim Məmmədov olub. İddialara görə, ikili arasında imzalanan anlaşma memorandumunda bildirilirmiş ki, Daşkəsəndə mövcud filiz saflaşdırma kombinatının yerində illik hasilatı 5 milyon ton dəmir konsentratı olan müasir tipli filiz saflaşdırma kombinatı inşa ediləcək: “Lakin sonradan məlum olub ki, hökumətin bu müqavilədən xəbəri belə yoxdur”-“Yeni Müsavat”.

İnformasiyaların təhlilindən o da anlaşılır ki, təkcə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin deyil, həm də Azərbaycan dövlətinin ciddiyyətinə böyük zərbə vuran bu biabırçılıq barədə rəsmi Bakı açıqlama vermək məcburiyyətində qalıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yayılan açıqlamada “heç bir özəl şirkətin dövlət müəssisəsi üzrə başqaları ilə hər hansı müqavilə imzalamaq səlahiyyətinin olmadığı” bildirilib, beləcə, həmin memorandum da icra olunmamış qalıb.

Maraqlıdır ki, ölkə başçısının iradəsilə yaradılan səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin taleyi də yerli və xarici investorların aqibətindən fərqlənməyib. 2014-ci ildə əməli fəaliyyətə başlayan həmin kompleks cəmi ilyarım fəaliyyət göstərə bilib. Onun bağlanmağının əsas səbəbi kimi Yaponiyanın “Marubeni Protechs Corporation” şirkətinin hazırladığı hesabat göstərilir. Bəzi mütəxəssislər tərəfindən obyektivliyi şübhə altına alınan həmin hesabatın yekun rəyinə əsasən, “Daşkəsən yataqlarında yeni metallurgiya zavodunu uzun müddət təchiz edə biləcək həcmdə xammal ehtiyatları aşkarlanmaya bilər” və ““Azərbaycan Polad İstehsalı Kompleksi” ASC-i istehsal edəcəyi armaturun 1 tonunun maya dəyəri 434 dollar təşkil edəcək”, bu da topdan satış qiyməti 440 dollar olan Rusiya dəmiriylə rəqabət apara bilməz.

Nəzərə alsaq ki, hazırda “Baku Steel”-in, mütəxəssislərin iddiasına görə, böyük hissəsi metal qırıntılarından hazırlanmış armaturları daxili bazarda 780 dollara satılır, “Marubeni Protechs Corporation”un rentabellik arqumenti xeyli gülməli görünür. Amma gülməli görünən təkcə bu hesabat da deyil. “Baku Steel” şefinin yerli rəqibləri barədə irəli sürdüyü ittihamlar da eyni dərəcədə normal məntiqlə ayaqlaşmır.

Rasim Məmmədovun özünə yaxın mətbuat orqanlarında yaydığı “qara piar” kampaniyasında söykəndiyi əsas arqument dərinliyinə təhlil ediləndə öz əleyhinə işləyir. Bu arqumentə görə, ölkədəki bir çoxu artıq bağlanmış sex və zavodlarda istehsal olunan metal məmulatları keyfiyyətsiz dəmirdən hazırlanır. İddianın nə dərəcədə haqlı olduğunu müəyyənləşdirmək üçün, fikrimizcə, “Baku Steel”-in özündə araşdırma aparmaq lazımdır. Nədən ki, monopoliyanın artıq yeminə çevrilmiş həmin müəssisələr öz xammallarının əksər hissəsini məhz bu şirkətdən alırdılar. Əgər materialın keyfiyyətində həqiqətən problem vardısa, bunun səbəbi kiçik emal sexlərində yox, ölkədə metal külçələri hazırlayan yeganə müəssisədə axtarılmalıdır. Çünki “Baku Steel”-in əməkdaşlıq əvəzinə, düşmənçilik etdiyi həmin sex və fabriklər sadəcə aldıqları metalı yaymaq və müxtəlif qəliblərdən keçirməklə öz işlərini tamamlayırlar. Materialların keyfiyyəti isə tamamilə monopolist şirkətdən asılıdır. Görünən isə budur ki, “Daşkəsən Filizsaflaşdırma” ASC işə düşməyənədək Azərbaycanda istehsal olunan armaturların tərkibi, doğrudan da, yalnız metal qırıntılarından ibarət olacaq.

Artıq 5 ildir ki, yeni sahibini gözləyən “Daşkəsən Filizsaflaşdırma”nın isə monopoliyanın əsarətindən qurtulacağına isə inam azdır. Bunun üçün ilk növbədə dəmir monopoliyasının özü yox edilməli, xarici və yerli sərmayədarlar üçün nəfəslik açılmalıdır. Axı, gündə bir şirkətə verilən və asanlıqla müqaviləsi ləğv olunan bir müəssisəyə indiki şəraitdə ağlı başında olan hansı investor “tamah” salar? Üstəlik, başına min bir oyun gətirilən Zülfüqarlı qardaşları, Nazim Bəydəmirli kimi yerli iş adamlarının, «Şəhriyar 99», «R.A.N.K» MMC, “Azərboru” ASC və s. şirkətlərin acı təcrübələri varkən.

Açığını desək, qara metallurgiyamız sahəsində yaradılan bu süni əngəlləri araşdırarkən, baş verənlərin təkcə monopolist maraqlardan qaynaqlanmadığı, həm də müstəqillik yolunda kövrək addımlar atan Azərbaycanın öz ayaqları üzərində durmasının hansısa qüvvələr tərəfindən əngəlləndiyi qənaəti formalaşır. Axı, adətən, imperialist qüvvələr müstəmləkələrin ağır sənaye sahəsində irəliləməsinin, öz iqtisadi potensialını gücləndirməsini istəmirlər. Yaxın tarixə nəzər salsaq, bənzər hadisələrin ötən əsrin əvvəllərində Türkiyədə yaşandığını görə bilərik. Öz təyyarəsini yerli imkanları ilə istehsal etməyə çalışan Türkiyəyə NATO-dakı müttəfiqi ABŞ daha ucuz qiymətə təyyarə satmağı vəd etməklə qardaş ölkəni bu strategiyadan ayırmış və özündən asılı vəziyyətə gətirmişdir. Bənzər siyasətlə Azərbaycan qara metallurgiya istehsalından ayırılıb tamamilə Rusiya xammalından asılı edilib.

Yaponiyanın “Marubeni Protechs Corporation” şirkətinin Daşkən dəmir mədənləri üçün hazırladığı hesabatı şərh edən və Rasim Məmmədova yaxınlığı şübhə doğurmayan bir mətbuat orqanında yer alan bu əsaslandırma da şübhələrimizi gücləndirir:

“Doğrudanmı Azərbaycanın yeni Polad İstehsalı Kompleksi qiymət baxımından rəqabətə davamlı məhsul istehsal edə biləcək və Rusiya, İran, Qazaxıstan, Çin kimi metallurgiya nəhənglərinin bazarına girə biləcək?

Rusiyanın konsaltinq şirkətlərinin apardığı bazar araşdırmalarına görə, hazırda bu ölkədə 1 ton armaturun topdansatış qiyməti heç 420 dollar da deyil. “Marubeni Protechs Corporation” isə hesablayıb ki, ASPC-in istehsal edəcəyi armaturun 1 tonunun maya dəyəri 434 dollar təşkil edəcək. Deməli, Azərbaycan armaturunun Rusiyaya satılmasına bəri başdan ümid bağlamağa dəyməz”.

Bu arqumentdən çıxan məntiqi nəticə belədir: Rusiya bazarına bel bağlaya bilməyən Azərbaycanın özü onun idxal metal bazarına çevrilməlidir. Maraqlıdır ki, Rasim Məmmədovun qara piar kampaniyasında Gürcüstan, İran və Ukrayna asanlıqla hədəfə çevrildiyi halda, Rusiya bu hücumdan kənarda saxlanılır. Məsələyə bu aspektdən nəzər salanda Rasim Məmmədovun arxasında hansı xarici və daxili qüvvələrin dayandığını asanlıqla müəyyənləşdirmək olar.

(ardı var)
“Hürriyyət”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru