İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM
Tarix: 16-10-2019, 09:31 | Çap et
Ötən gün ölkə mediası sabiq nazir Fizuli Ələkbərov haqqında hüquq-mühafizə orqanlarının araşdırmaya başlamaları ilə bağlı məlumatlar dərc etdilər. Məlumatlarda qeyd edilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş F.Ələkbərov özünə məxsus şirkətlər vasitəsilə ölkədən qanunsuz olaraq külli miqdarda valyuta çıxarıb. Məsələnin daha dərinliyinə varmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Biz Conflict.az olaraq xatırlatma etdik. Sadəcə maraqlı nüans odur ki, nə üçün hüquq-mühafizə orqanlarının “külli miqdarda” dediyi valyuta ölkədən çıxarıldıqdan sonra hüquqi işləmlərə start verilir? Görəsən ölkə qanunlarına müvafiq olaraq bu məsələni müvafiq orqanlar daim nəzarətdə saxlaya bilməzdilərmi? Əlbətdə bilərdilər. Bəs bu laqeyidliyin səbəbi nədir? Diqqətli oxucuların nəzərinə çatdıraq ki, təxminən iki il öncə İmişli rayon Mədəniyyət və Turizm idarəsinn rəisi Süleyman Bəşirov nazirin müvafiq əmri ilə vəzifəsindən azad edilmişdi. S.Bəşirovun azad edilməsi prosedurundan sonra hüquq-mühafizə orqanı dövlət əmlakının külli miqdarda mənimsənilməsi faktı ilə cinayət işi başlamışdı. Məhz bu məsələ ilə bağlı araşdırmaların nəticəsi olaraq müəyyən edilmişdir ki, S.Bəşirov işlədiyi dönəmdə “ölü canların” saxlanılması, şişirdilmiş rəqəmlərlə təmir-tikinti işlərinn aparılması və s. məsələlərdən istifadə etməklə dövlət vəsaitinə həm də külli miqdarda olmaqla əl qoyub. Məsələnin daha maraqlı məqamı isə rayon maliyyə idarəsinin, konkret olaraq bu idarənin rəisi Rəhim Rəhimovun Süleyman Bəşirovun talama siyasətinə göz yumması olmuşdu. Görəsən Rəhim Rəhimov kifayət qədər böyük dövlət müəssisəsindəki ölü canlardan necə xəbər tuta bilməzdi ki? Və ya R.Rəhimov mal-materialların bazar qiymətini bilmirmi? Axı İmişli nə boyda əraziyə malikdir ki, bir dövlət müəsisəsində kimin harada işləyib işləmədiyini bilmək mümkün olmasın? Həm də bu işə bilavasitə məsul olan şəxs kimi. Lakin hadisələrin gedişini müşahidə edən media olaraq bu məsələdə hər-hansı qurumun İmişli Maliyyə idarəsindən hesabat tələb etdiyini görmədik. Ən azından bu miqyasda mənimsəmə faktı ilə bağlı nə Mədəniyyət və Turizm nazirliyi, nə də hüquq-mühafizə orqanları ictimaiyyətə və mediaya məlumat vermədilər. Halbuki qanunla bu məlumatın verilməsinə bilavasitə borclu idilər. Bəs nə baş verdi? Süleyman Bəşirov həmişə olduğu kimi bu gün də azadlıqdadır. Rəhim Rəhimov isə görəvinin başında. Məhz qanuna bu tip sayqısızlığın nəticədir ki, ötən ay İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Süleyman Bəşirovun əməllərini təkrar edərək – yəni dövlət əmlakını külli miqdarda mənimsənilməsi faktı ilə haqqında iki aylıq həbs qəti imkan tədbiri seçildi. Oxucuların nəzərinə onu da çatdıraq ki, Qəhrəman Qəhrəmanovun qanunsuz əməlləri ilə bağlı mətbuat zaman – zaman məlumatlar dərc edib. Lakin el dili ilə desək “yerlə-göylə əlləşən” bələdiyyə sədrinə kimsə dur demirdi. Xatırladaq ki, bu şəxs bir zamanlar ölkə başçısı haqqında xoş sözlər yazılan və şəkili olan qəzeti bələdiyyə sədrinə hədiyyə etmək istəyən jurnalistin başına vurmuşdu. Bundan başqa İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında rayon sakinlərindən biri ilə əlbəyaxa döyüşə çıxmışdı. Qəribədir ki, yuxarıda qeyd etdiyimiz hər iki məsələdən İmişli rayon icra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev və rayonun hüquq-mühafizə orqanları xəbər tutsalar da, reaksiya sıfır həddində oldu. Çünki Vilyam Hacıyevin İmişliyə rəhbərliyi dönəmində bu ilk məmur qarşıdurması deyildi.
Ondan bir müddət əvvəl İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov rayondakı “Nərgizim” şadlıq sarayında rəhbərlik etdiyi qurumun baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda sərxoş vəziyyətdə etdiyi yersiz hərəkətlərinə, o cümlədən uzun müddət diskoteka mahnılarına rəqs etməsinə etiraz edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsi oğlu ilə birləşərək döyüb, ona fiziki xəsarətlər yetirmişdi. Həmin hadisədən sonra görəvindən uzaqlaşdırılan Rəhim Rəhimov yenidən əvvəlki işinə qayıtmağı bacardı. Rayonda ciddi rezonans doğuran bu hadisədən bir müddət sonra xuliqanlığa görə görəvindən alınmış şəxsin yenidən öz postuna qayıdışı kluarlarda bəzi mətləblərlə bağlı müzakirələrə səbəb olmuşdu. Və suallardan da biri bu idi ki, nə baş verdi ki, Vilyam Hacıyev Rəhim Rəhimovun məlum hadisəyə görə aylarla görəvindən uzaqlaşdırrılmasına nail olsa da, sonda qalib yenə də Maliyyə idarəsinin rəisi oldu?
Ardı sabahkı sayımızda.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Növbəti sayımızda: 1. İmişli Maliyyə idarəsinin avtomobillərinin yanacaq təminatı üçün müvafiq dövlət qurumları tərəfindən verilən pulsuz yanacaq kartı Rəhim Rəhimovun hansı qohumundadır? 2. Prezidentin iradəsinə qarşı çıxaraq 50 illik yubileyini atəşfəşanlıqla keçirən Rəhim Rəhimov kimin kadrıdır? 3. “Özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər” - deyə məmur özbaşınalığını şiddətlə qınayan Prezidentin iradlarını Rəhim Rəhimov nə üçün qəbul etmir? 4. Rəhim Rəhimov oğlunun toy mərasimini keçirmək üçün nədən “Aqora”nı seçdi? Conflict.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|