“Cənab prezident bilir ki, hansı məmurlar islahat kursuna maneə törətməyə çalışır, gizli yollarla sabotaj nümayiş etdirir” - Prezidentin köməkçisindən mühüm mesajlar
Tarix: 23-10-2019, 10:37 | Çap et
“Azərbaycan polisi həmin o Avropanın, dünyanın mərkəzləri olan Paris, Amsterdam, Madrid və Barselonadakı qeyri-qanuni aksiyalarda tətbiq edilən tədbirlərdən artıq hərəkət etməyib”.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Şuranın 19 oktyabrda şəhərin mərkəzində keçirməyə cəhd etdiyi razılaşdırılmamış aksiya və bundan sonra baş verənlərlə bağlı APA-ya müsahibəsində maraqlı açıqlamalar verib.
Əli Həsənov bildirib ki, aksiyanın təşkilatçıları çox qeyri-konstruktiv, qanunların və hüquq-mühafizə orqanlarının tələblərini qulaqardına vuraraq, təkidlə şəhərin insanların sıx olduğu meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd etdilər, qanun keşikçilərinə meydan oxumağa qalxdılar: “Bakı Şəhər İcra Hakimiyyəti onların mitinq keçirmək istəyini nəzərə alaraq müvafiq yer ayırmışdı. Əvvəlki dövrlərdə də həmin yerdə Azərbaycanın bəzi siyasi partiyaları aksiya keçirmişdilər. Bu meydanda mitinq keçirmək, çıxış etmək üçün hər cür şərait var. Amma, təəssüf ki, özlərini Milli Şura adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası, bu qurumların rəhbərləri qeyri-konstruktiv yol seçərək hakimiyyətlə bilərəkdən qarşıdurmaya getdilər. Həmin gün Bakı şəhərində, xüsusən də ”28 May" metrostansiyası ətrafında 200 minə qədər insanın ritmik həyatı pozuldu. Nəqliyyatdan, o cümlədən, metrodan istifadə etmək imkanları məhdudlaşdırıldı, meydanın ətrafındakı bütün ticarət obyektlərinin, kommersiya müəssisələrinin, institutların, məktəblərin ahəngdar fəaliyyəti pozuldu. Həm əhaliyə hərəkət üçün kifayət qədər problemlər yaratdılar, həm də bütövlükdə Azərbaycan cəmiyyətində qarşıdurma ovqatı yaratmaq üçün hüquq-mühafizə orqanları ilə bilərəkdən qarşıdurmaya getdilər. Hər bir sivil dövlət öz inkişafını, vətəndaşlarının təhlükəsizliyini, dövlətin və şəhərlərin asayişini hər şeydən üstün tutur. Lazım gəldikdə isə qanun keşikçiləri istənilən metodlardan istifadə edərək asayişi qoruyurlar, bərpa edirlər, yaxud da asayişi pozmaq istəyənlərə qarşı hüquqi və fiziki tədbirlər görürlər. Bu, bütün dünya ölkələrində belədir. Müvafiq olaraq Azərbaycanda da eyni proses həyata keçirildi".
Prezidentin köməkçisi beynəlxalq təşkilatların bəzilərinin hadisəyə reaksiyasına belə münasibət bildirib: “Biz dövlətimizi beynəlxalq təşkilatlar üçün deyil, Azərbaycan vətəndaşları üçün qurmuşuq. Azərbaycan hakimiyyətinin əsas vəzifəsi ona səs verən, hakimiyyəti formalaşdıran, hakimiyyətin rəhbərini, parlamentini seçən və öz iradəsini ortaya qoyaraq onlardan özünün təhlükəsizliyi, firavan həyatı və digər məsələlərdə sabitliyi tələb edən Azərbaycan xalqı qarşısında hesabat verməkdir, onun maraqlarını ifadə etməkdir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, xarici tərəfdaşlarımızla, o cümlədən region dövlətləri ilə əlaqələr- bunların hamısı Azərbaycan dövlətinin və xalqının maraqlarını ifadə etmək anlamında bizim üçün əhəmiyyətlidir. Ona görə hansısa beynəlxalq təşkilatın bu məsələlərə bildirdiyi münasibət Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınır, onların çağırışları, tövsiyələri öyrənilir, müvafiq olaraq dəyərləndirilir, ən məqbulları qəbul olunaraq bizim fəaliyyətimizdə nəzərə alınır. Amma biz bütün ölkələrdə olandan artığını etməmişik. Azərbaycan polisi həmin o Avropanın, dünyanın mərkəzləri olan Paris, Amsterdam, Madrid və Barselonadakı qeyri-qanuni aksiyalarda tətbiq edilən tədbirlərdən artıq hərəkət etməyib”.
Əli Həsənov deyib ki, polisin davranışı tam adekvat, kifayət qədər qətiyyətli idi, qanunlar çərçivəsində tənzimlənirdi və təmin olunurdu. Ona görə də polisi burada günahlandırmaq doğru deyil: “Əlbəttə, polis orqanlarının əməkdaşlarının da hansınınsa hərəkətində kiminsə xoşuna gəlməyən hallar ola bilər. Amma polislə toqquşmaq, qarşıdurmaya getmək istəmirsənsə, o zaman polisin qanuni tələblərinə əməl etmək lazımdır. Polisin qanuni tələblərinə əməl etməyən insanlara qarşı, xüsusən də asayişin təmin olunması mənasında istənilən hüquqi çərçivədə addımlar gözləmək olar. Polisin həyata keçirdiyi tədbirlər oradakı insanların nümayiş etdirdiyi hərəkətə adekvat olur”.
Hakimiyyət rəsmisi bildirdi ki, AXCP sədri Əli Kərimlinin, Tofiq Yaqublu və digərlərinin də təzyiqə məruz qalması ilə bağlı iddiaları barədə araşdırma aparılır və müvafiq məlumatlar yayılacaq: “Mən şahidi olmamışam ki, onlar aparıldığı, saxlanıldığı yerdə hansısa təqibə və təzyiqə məruz qalıblar. Onların bu hərəkətlərinin qarşısını almaq üçün polisin gördüyü tədbirlər hamının gözünün qarşısında olub. Əvvəlcə onları qayda-qanuna dəvət ediblər, sözsüz ki, tabe olmayanda, israrlı şəkildə meydana daxil olmaq istiqamətində hərəkətlər nümayiş etdirəndə polis onları izolyasiya etməli, müvafiq bölmələrə apararaq hərəkətlərinə hüquqi qiymət verməlidir. Əminəm ki, onlar təcrid edilərkən polisin hərəkətində qeyri-adekvat və ya qeyri-qanuni xüsusi bir hal baş verməyib”.
“Müxalifətin bundan sonra Bakının mərkəzində mitinq keçirmək tələblərinə münasibət necə olacaq? Bu məsələ ətrafında müzakirələr olubmu” sualını isə Ə.Həsənov belə cavablandırıb ki, hakimiyyət heç bir müxalifət partiyasına, hərəkata, təşkilata, quruma qanunları pozaraq fəaliyyət göstərməyə, hansısa razılaşdırılmamış aksiyalar keçirməyə imkan verməyəcək: “Yəni biz hakimiyyət olaraq bütün müraciətlərə adekvat münasibət bəsləyəcəyik, qanuni tələblər yerinə yetiriləcək, insanların mitinq, yürüş keçirmək , öz tərəfdarları ilə bir araya gəlib fikir mübadiləsi aparması üçün hakimiyyət onlara müvafiq yerlərdə şərait yaradacaq. Amma onların hakimiyyət, qanun üzərində öz ambisiyalarını reallaşdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb, bundan sonra da alınacaq. Bu hakimiyyəti kimsə öz iradəsindən daşındırmağa, çəkindirməyə qalxmasın”.
“Prezident İlham Əliyev son müşavirəsində məmurlar arasında çəkişmələrin media müstəvisinə daşınmasından danışıb, islahatlara mane olmaq istəyən məmurlara xəbərdarlıq edib. Sizcə, dövlət başçısı kimləri nəzərdə tutur” sualını isə Əli Həsənov belə cavablayıb: “Burada konkret ad sadalamaq mümkün deyil. Digər tərəfdən də, cənab prezident bilir ki, hansı məmurlar islahat kursuna maneə törətməyə çalışır, gizli yollarla sabotaj nümayiş etdirir. Əlbəttə, bunları cənab prezident bilir, zamanı çatdıqca da bu insanlar öz cəzasını alacaqlar. Prezidentin irəli sürdüyü islahatlar kursu bir ildən artıqdır ki, sözün həqiqi mənasında, ölkədə öz nəticələrini göstərməkdədir...
Dövlətin siyasi iradəsi ortadadır. Heç kim buna mane ola bilməz. Əgər belələri aşkarlanarsa, onlar cəzalandırılacaqlar. Bəzən mübarizə aparmaq üçün mətbuatdan da istifadə edirlər. Ayrı-ayrı saytlarda, xüsusən də reket saytlarda başqa-başqa insanlar, o cümlədən islahatları həyata keçirən qurumlar haqqında müəyyən materiallar yayırlar. Belə hallara qarşı Azərbaycan prezidenti və iqtidarı ciddi iradə meydana qoyub. Bu iradənin də nəticəsi olaraq bu tipli neqativ hallar tezliklə aradan qaldırılacaq". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|