Sahil Babayev bunları nəzərə alacaqmı? - Prezidentə müraciət olundu
Tarix: 25-10-2019, 09:15 | Çap et
Əlilliyi olan şəxslər güzəştli mənzil sahibi olmaq istəyirlər. Bunun üçün onlar Prezident İlham Əliyevə müraciət ediblər.
DİA.AZ-ın məlumatına görə, həmin müraciətdə deyilir ki, bu gün xeyli sayda mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri var.
“Son illərdə “sosial evlər” deyilən layihəyə ümid bağlasaq da, həmin layihə “güzəştli mənzil” olaraq davam etdirildi. Təəssüf ki, biz həmin güzəştli mənzil almaq hüququ olanlar sırasına daxil edilmədik”.
Müraciətdə bildirilir ki, əlilliyi olan insanlar heç bir dövlət mənzil proqramında nəzərə alınmayıb. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin (Mənzil hüququ) II bəndinə və dövlətin qarşısında öhdəlik götürdüyü “BMT-nin Əlillərin hüquqları haqqında Konvensiya”nın, Maddə 28-də nəzərdə tutulmuş müddəalarına ziddir:
“Əlillərin dövlət mənzil proqramlarından istifadə etmək imkanları təmin edilməlidir. Əksər əlilliyi olan şəxslər və əlilliyi olan uşaqları olan ailələr öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik deyil. Əlillər digər insanlarla bərabər səviyyədə öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik olsunlar və hansısa bir yaşayış yerində yaşamağa məcbur olmasınlar”.
Müraciətdə o da deyilir ki, əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri cəmiyyətin ən aztəminatlı və sosial müdafiəyə ən çox ehtiyacı olan təbəqəsidir. Və onların bu gün ən çox üzləşdikləri problem mənzil şəraitlərinin normal olmamasıdır:
“Xüsusilə hərəkət məhdudiyyətli kreslo-araba istifadəçilərinin əksəriyyəti darısqal, onların ehtiyaclarına uyğunlaşdırılmayan mənzillərdə yaşayırlar. Həmin mənzillərdə kreslo-araba ilə hamam otaqları və ayaqyollarından istifadə demək olar mümkünsüzdür”.
Müraciətdə deyilir ki, kreslo-araba və hərəkət məhdudiyyətli şəxsə lazım olan digər avadanlıqlar mənzildə xeyli yer tutur. Çoxunun yaşadığı mənzil çox kiçikdir:
“Hətta binaların əksəriyyətində liftlərin girişi ensizdir. Ora kreslo-araba ilə daxil olmaq mümkün olmur. Bu liftlərin çoxu mərtəbələr arasında yerləşdiyindən mənzildən çıxıb həmin liftə daxil olmaq üçün pilləkənlərlə ya yarım mərtəbə aşağı enmək, ya da yuxarı qalxmaq lazımdır. Mənzildən müəyyən köməklə çıxa bilsək də, həmin pilləkənlərdən enmək mümkünsüz olur. Bunun üçün ən az 3-4 nəfər qüvvəli adamın köməyinə ehtiyacımız yaranır. Xahiş edirik, bu problemlərimizin həllində bizə kömək olasınız”.
Əlilliyi olan şəxslər prezidentdən bütün bunları nəzərə alaraq, müvafiq tədbirlər görülməsi üçün tapşırıq verməsini istəyirlər:
Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin mənzillə təminatı ilə bağlı Dövlət Proqramı hazırlansın və təsdiq edilsin; Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin mənzillə təminatı ilə bağlı Mənzil Məcəlləsinə müvafiq maddələr əlavə edilsin” Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələrinin müəyyən edilməsi üçün meyarlar hazırlansın” Mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri üçün güzəştli şərtlərlə, yəni bizim üçün əlçatan qiymətə mənzillər ayrılsın; Yaxud da sosial mənzillər ayrılaraq, sonradan özəlləşdirilməsinə imkan yaradılsın; Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin cəmiyyətdən təcrid edilməsinin qarşısını almaq və cəmiyyətə sürətli inteqrasiya etməsinə şərait yaratmaq üçün bu məqsədlə ayrılan mənzillərin sayı müxtəlif yaşayış binalarında mövcud mənzillərin 10-20% nisbətində olmaqla müəyyən edilsin. 10-20% nisbətinin özündə də müxtəlif əlilliyi olan şəxslər nəzərdə tutulmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|