Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

Nazir yəqin burada baş verənlərdən xəbərsizdir... - İDDİA
Tarix: 15-11-2019, 09:17 | Çap et
Nazir yəqin burada baş verənlərdən xəbərsizdir...
Əvvəllər adı paytaxt Bakının özünəməxsus ənənələri və uğurları ilə seçilən təhsil ocaqları sırasında qürurla çəkilən 16 saylı Texniki-Humanitar Liseydə son vaxtlar baş verənlər təəssüf doğurur. Rəhbər özbaşınalığı ucbatından bu təhsil ocağında yaranan arzuolunmaz mühit barədə ölkə mətbuatının yazılarında göstərilənlər, doğrudan da, yarandığı gündən onun qazandığı alqışalayiq uğurlara birbaşa kölgə salır. Az öncə araz.az saytının dərc etdiyi "İntriqaçı direktor nə istəyir, onu da edir -- 16 saylı Texniki-Humanitar Liseydəki rəhbər özbaşınalığı" sərlövhəli məqalə də, deyilənlərin daha bir təsdiqidir. Əməkdaşımız həmin yazısında ictimaiyyətin diqqətinə əsasən onu çatdırmaq istəyib ki, vaxtilə Lutvi-zadə kimi bir dahinin də oxuduğu bu təhsil ocağının indiki direktoru Aynurə Hacıyeva ilə, onun əlaltılarının birgə törətdikləri qanunsuz hərəkətlər, sözün həqiqi mənasında, məktəbin nüfuzlu adıyla heç cür uyğunlaşmır və əvvəllər qazanılmış uğurlara birbaşa xələl gətirir. Müəllif xüsusi olaraq qeyd edir ki, əsası 1924-cü ildə qoyulan, 1930-cu ildən məktəb kimi fəaliyyətə başlayan, 2000-ci ildə həmin 16 saylı tam orta məktəbin bazasında yaradılan və adı qabaqcıl təhsil ocaqları sırasında həmişə qürurla çəkilən bu liseydə hazırda təhsil alan uşaqların hüquqlarının kobudcasına pozulması utancvericidir. Belə olmasaydı, yəqin ki, burada baş verənlərə dözməyən valideynlər də, öz uşaqlarını bu liseydən çıxarmaz, nəticədə, şagirdlərin sayı siniflərdə hədsiz dərəcədə azalmazdı.

Bir qrup valideyn tərəfindən redaksiyamıza ünvanlanan şikayət xarakterli növbəti müraciətdə göstərilənlər də, əvvəllər özünəməxsus ənənələri və təhsil uğurları ilə seçilən belə bir təhsil ocağının imicinə vurulan ziyandan başqa bir şey deyil. Şikayətçilərin bildirdiklərinə görə, lisey direktoru Aynurə Hacıyeva uşaqların təhsil haqqını qoruyan dövlət qanunlarımızın tələblərinə məhəl qoymaq istəmir: "Halbuki hər bir rəhbər şəxsin uşaqların hüquq və mənafelərinin məhdudlaşdırılmasına yönələn istənilən hərəkəti bağışlanmaz cinayət əməli kimi qəbul edilməlidir. Di gəl ki, qanunlarımızda əsas meyar kimi götürülən uşaq mənafelərinin üstünlüyü belə, 16 saylı Texniki-Humanitar Liseyin direktoru ilə bərabər, onun əlaltılarının da veclərinə deyil.
Qeyd edək ki, Azərbaycan və rus bölmələrinin birgə fəaliyyət göstərdiyi bu liseyin direktoru vəzifəsinə gələndən az sonra, Aynurə Hacıyevanın fikri belə olub ki, rus bölməsini bağlasın və bu təhsil ocağının bazasında özəl liseyini yaratsın. Məqsədinə çatmaq üçün, o, hətta rus bölməsində oxuyan uşaqlarımızı sıxışdırmaqdan belə çəkinməyib. Bu, bu liseydə dərs deyən bəzi müəllimlərlə və uşaqları burada təhsil alan bir çox valideynlərlə direktorun münasibətlərində getdikcə daha kəskin xarakter alan intriqaların yaranmasına səbəb olub. Bütün bunlara baxmayaraq, direktor, hətta az qalıb ki, liseydəki rus bölməsini tamamilə bağlasın.
Bizim gündən-günə daha da artan etirazlarımız, ölkə başçısına və mətbuata çoxsaylı şikayətlərimiz, necə deyərlər, nəhayət öz bəhrəsini verib və direktor rus bölməsini bərpa etmək məcburiyyətində qalıb. Amma bizdən bunun heyfini çıxmaq üçün, indi, o, qəsdən, liseydə işləyən və özünə yaxın hesab etdiyi müəllimlərin vasitəsi ilə nə istəyir, onu da edir. Etdiyi bu özbaşınalıqlar isə, birbaşa, uşaqların hüquqlarının kobud şəkildə pozulmasına yönəlir. Onun uşaqların birinci sinfə hazırlığa, eləcə də lisey şagirdlərinin dərsdən sonra əlavə məşğələlərə getmələrinə icazə verməməsi, müəllimələrin uşaqları digər yöndən hazırlaşdırmasına qadağalar qoyması qəti şəkildə başa düşülən deyil.
Direktorun göstərişləri ilə hərəkət edən lisey müəllimlərdən biri də, ingilis və alman dillərindən dərs deyən Sevil İsmayıl qızı Orucovadır. Bu müəllimənin uşaqlarımızla hədsiz dərəcədə kobud davranması xeyli vaxtdır davam edir.
direktorr.jpgLiseyin azərbaycan bölməsində oxuyan şagirdlər, artıq, onun əlindən bezdiklərini açıq şəkildə büruzə verir, hətta dərsə getmək istəmirlər.
Sevil Orucova şagirdlərini hər addımda təhqir etməkdən, onları söyməkdən belə çəkinmir. Öz nifrətini şagirdlərinə: "Sizdən zəhləm gedir!" -- deməklə, çatdırır. Hər fürsətdə, direktora söz deməkdən çəkinməyən bizim kimi valideynlərdən, -- burada oxuyan uşaqlarımıza yaxşı olmayan nəsə etməklə, -- qisas almağa çalışır. O, dərsdən sonra əlavə məşğələlərə gedən şagirdlərə və onları hazırlaşdıran müəllimlərə qarşı açıq-aydın pataloji nifrət sərgiləyir. Düşmən kimi rəftar etdiyi bu insanlara hədə-qorxu gəlməyi əlində "silaha çevirməkdən" belə çəkinmir. Belə şagirdlərin qiymətlərini kəsmək, onları mənəvi cəhətdən vurmaq, aşağılayıcı sözlərlə biabır etmək sanki onun gündəlik işinin bir hissəsidir. Onun bütün bu təhqirləri isə, kollektiv içində hər bir şagird üçün utancverici hala çevrilib.
Sevil Orucova başa düşmək istəmir ki, belə ağır dərs mühitində oxumağa məcbur olan şagirdlər, sonda buna dözməyərək, intihara, özlərinə qəsdə belə cəhd edirlər. Belə halların dəfələrlə şahid olmuşuq və unutmayaq ki, son dəfə, elə, Elina Hacıyevanın ölümünün səbəbi də, məhz, belə bir müəllim-şagird davranışının acı nəticəsiydi".
Şikayət müəllifləri məktublarının sonunda, liseydə yaranan belə xoşagəlməz problemlərlə bağlı Respublika Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etdikləri çoxsaylı şikayətlərinə, indiyədək, həmin dövlət qurumları tərəfindən reaksiya verilmədiyindən təəssüfləndiklərini bildirirlər. Onu da qeyd edirlər ki, məcburiyyətdən, son ümid yeri olaraq, ölkə başçısına, eləcə də Birinci vitse-prezidentə kəskin şikayət xarakterli müraciətlərini ünvanlayıb, müəllimlər, valideynlər və uşaqlar arasında ayrı-seçkilik salmayacaq bir direktorla liseylərinin təmin edilməsini nəzarətə götürmələrini onlardan xahiş edəcəklərini nəzərdə tutublar.
"Sevil Orucovadan qorxan və dərsə getməkdən boyun qaçıran şagirdlərin valideynləri olaraq, bu barədə, hətta liseyin direktoruna və digər vəzifə sahiblərinə dəfələrlə şikayətlərimizi çatdırmışıq. Ancaq Aynurə Hacıyevanın heç nə vecinə olmayıb və buna qarşı bir tədbir də görməyib. Məcburiyyətdən, son anda, ölkə başçısına və Birinci Vitse-prezidentə müraciət etməyə qərar vermişik. İstəyirik ki, heç olmasa, onlar, uşaqlarımızı Sevil Orucova bəlasından və onları gözləyən bu təhlükədən qurtarmaqda bizə yardımçı olsunlar. Axı, şəxsi ambisiyaları ucbatından, lisey rəhbəri və onun əlaltıları burada təhsil alan uşaqları və onların valideynlərini niyə incitməli, dərs deyən müəllimlərə nədən maneələr yaradıb, onların normal işləmələrinə imkan verməməlidirlər?! Bir də ki, hər çətinliyin bir sonu olmamalıdır?!", -- uşaqları 16 saylı Texniki-Humanitar Liseydə təhsil alan bir qrup valideynin araz.az-a ünvanladıqları müraciət, bu təhsil ocağındakı hazırki xoşagəlməz durumdan doğan və hədsiz narahatlığın ifadəsinə çevrilən bu sözlərlə qurtarır.
Bir daha xatırladırıq ki, bu liseydəki özbaşınalıqlar barədə, araz.az saytında, az öncə də, yazı dərc olunub. Həmin yazıda qeyd olunanlar əsasən ona işarədir ki, 16 saylı Texniki-Humanitar Liseydə son vaxtlar törədilən qanunsuzluqlar, onun qürurverici əvvəlki uğurlarına birbaşa kölgə salır: "Halbuki qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı Lütfi-zadənin də şagirdi olduğu bir təhsil ocağı kimi daha çox tanınan bu liseyin pedaqoji kollektivi, həmişə, tətbiqi riyaziyyatın və informatikanın inkişafına güclü təkan verib. Yeri gəlmişkən, qeyd etməyi lazım bilirik ki, 2011-ci ildə əsaslı təmir olunaraq, maddi-texniki bazası günün tələbləri səviyyəsində qurulan bu lisey, 2012-ci ildə də, "İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. Respublika Təhsil Nazirliyinin keçirdiyi müsabiqə yolu ilə liseyə təyin edilən müəllimlər arasında "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qaliblərinin, tanınmış kitab və proqram müəlliflərinin, eləcə də lisey şagirdləri arasında hər il keçirilən müxtəlif müsabiqələrdə, beynəlxalq olimpiadalarda xüsusi fəallıq göstərənlərin, "Sabahın alimləri" layihəsində iştirak edib, uğurlu nəticələr qazananların, təhsilini qızıl medalla bitirib, qəbul imtahanlarındakı yüksək nəticələri ilə, ölkənin müxtəlif ali məktəblərinə girənlərin, həmin təhsil müəssisələrində də təhsillərini uğurla davam etdirənlərin, üstəlik, onların arasında Prezident təqaüdçüləri və dünyanın aparıcı universitetlərində təhsillərini uğurla davam etdirmək hüququ əldə edən lisey məzunlarının olması bu liseyin fəxr ediləsi göstəriciləri kimi tarixə düşüb. Göründüyü kimi, həmin məktəbin keçmişdən ötürülən xoş təhsil ənənələri, bu liseyin adına qazanılan nailiyyətlərlə uğurla davam etdirilib.
Konkret desək, qazandığı saysız-hesabsız nailiyyətləri ilə ad çıxaran bu təhsil ocağı haqqında yaxşı yöndən nə qədər istəsən danışmaq olar. Lakin son vaxtlar liseydə yaranmış arzuolunmaz mühit onun qazandığı alqışalayiq həmin uğurlara birbaşa kölgədir; Təsəvvür edin, liseyin xanım rəhbəri, xeyli əvvəl, öz şəxsi mənafeyi naminə, gizli sövdələşmələrdən belə çəkinməyərək, rus bölməsindəki 9-cu sinif şagirdlərinin hamısını 8 saylı orta ümumtəhsil məktəbinə keçirə bilib.
Lisey müəllimlərinin və valideynlərin gündən-günə daha da artan etirazları, onların ölkə başçısına, əlaqədar dövlət qurumlarına çoxsaylı şikayətləri, necə deyərlər, nəhayət öz bəhrəsini verib -- direktor rus bölməsini bərpa etmək məcburiyyətində qalıb! Amma etirazçılardan heyf çıxmaq üçün, o, qəsdən, bir sinfə üç fəndən dərs deməyə qadir müəllimlərin gəlməsinə də imkan verməyib. Yəni, xeyli müddət liseydə əsas fənn hesab olunan fizika, kimya və informatikadan belə dərs deyən müəllim tapılmayıb. Konkret desək, şagirdlərə bu dərslər keçilməyib. İndinin özündə belə, müəllim çatışmazlığı ucbatından, bu liseydə informatika dərsi tədris olunmur. Uşaqlar ibtidai siniflərdən başlayaraq, necə deyərlər, zədəli təhsil almalarını indiyədək davam etdirirlər. Üstəlik, direktorun, paytaxtın mərkəzi Nəsimi rayonunda yerləşən belə bir liseydə boş vakansiya yeri açmaq istəməməsi, yeni müəllimlər işə qəbul etməməsi, günahsız şagirdləri bu sarıdan da təhcizatsız qoyması heç bir məntiqə sığmır.
İbtidai sinifdə oxuyan uşaqların təhsil təməli, bəyəm, belə arzuolunmaz yöndən qoyulmalıdır?! Onların günahları nədir, burada şahidi olduqlarımız, həm də onlar üçün biabırçı hal deyilmi və bundan qurtulmaları tezliklə mümkün olacaqmı görəsən?! Paralel siniflərdə dərs deyən iki müəllimlə mübahisəsi yarandıqdan sonra, direktorun liseydəki rus bölməsinə belə bir aqressiv münasibət sərgiləməsi nə dərəcədə düzgün hesab edilməlidir?! Dövlət siyasətində multikultural və tolerant prinsiplərin əsas götürüldüyü bir ölkənin bir təhsil ocağının rəhbər şəxsinin rus bölməsindəki müəllimlərə və şagirdlərə belə bir münasibətinə nə ad vermək olar?!
İndi, bizi, yalnız bu qəliz sualların cavabını tapmaq daha çox düşündürür!". Göründüyü kimi, əvvəlki yazımızın da, xoş olmayan "notlarla" qurtarması, çox təəssüfləndiricidir.
araz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru