Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                 

İcra başçısı daha “Rayonun Allahı” sayılmayacaq! - "Toxunulmazlar kastası"nı nə gözləyir?...
Tarix: 25-12-2019, 09:27 | Çap et
İcra başçısı daha “Rayonun Allahı” sayılmayacaq!
Kino incilərimizdən olan “Qanun naminə” (Mehman) filmində məşhur bir ifadə var – “Sən bilirsən prokuror kimdir? Rayonun Allahı!”...

Artıq uzun illərdir prokurorlar yox, əlindəki rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən, rıçaqlardan istifadə edən bir çox icra başçısı var ki, doğrudan da təyin olunduğu vəzifədə özünü “rayonun Allahına” çevirib. Belələrinin “iş metodlarını” isə təkcə yerli əhali deyil, onlara nəzarət etməli olan qurumlar da yaxşı görürdülər. Lakin son hadisələrə, struktur islahatlarına qədər hansısa icra başçısının birbaşa vəzifə başında həbs və ifşa edilməsinə rast gəlinməmişdi...

Ümumiyyətlə, hakimiyyət ierarxiyasında bir “toxunulmazlar kastası” yaranmışdı və bu “kastada” icra başçıları özünəməxsus yerə malik idilər. Lakin yerlərdəki bəzən hətta əhalinin kütləvi narazılıqlarına, ciddi qarşıdurmalara səbəb olan hadisələrdə əsas qıcıq və qəzab mənbəyi, eləcə də etirazların hədəfləri məhz həmin rayonların icra başçıları olub. Bunu Quba, İsmayıllı və digər rayonlarda baş verən bir neçə aksiyalara aid etmək olar. Doğrudur, belə aksiyaların sayı çox olmayıb və ölkə rəhbərliyi zamanında müdaxilə edərək, problemin mənbəyinə yönələn addımlar atmaqla, vəziyyəti stabilləşdirib. Bir çox vəzifəli şəxslər cəzalandırılsa da, başçıların həbsi praktikası olmayıb. Lakin belə başçıların idarəetmə fəlsəfəsi, daşıdığı mənəvi keyfiyyətlər və s. istər əhali, istərsə də siyasi hakimiyyət üçün problem və təhlükə mənbəyi olaraq qalırdı və təəssüf ki, bəzi rayonlarda hələ indi də qalmaqdadır. Deməli, böyük ehtimalla kasıb əhalinin maaş kartına göz dikən icra başçısı da təkcə Nizaməddin Quliyev deyil...

Son həbslər ölkə rəhbərliyinin artıq bütün əndazələri aşan belə korrupsiya hallarına göz yummayacağından xəbər verir. Lakin bu həbslərin və ölkə başçısı tərəfindən verilən bəyanatların zamanlaması da diqqət cəlb edir. Belə ki, bu hadisələr “köhnə qvardiyanın” yola salınmasından çox qısa müddət sonra, struktur və kadr islahatları olaraq başladılan proseslərlə paralel həyata keçirilir. Bu da təsadüfi sayıla bilməz. Çünki böyük ehtimalla indiyə qədər parlamentə hakimiyyətdəki ayrı-ayrı qruplaşmaların təmsilçiləri olaraq tanınan şəxslər düşdüyü kimi, icra hakimiyyətlərində də belələri var. Lakin onların namizədliyini irəli sürüb, təsdiq olunmasına çalışan və bəzən də buna nail olanların hakimiyyətin üst eşalonlarından uzaqlaşdırılması həmin başçıların “qoruyucu jiletdən” məhrum olması ilə nəticələnib.

İcra başçılarını “rayonun Allahı” edən ən başlıca məqamlardan biri isə bu struktura nəzarət etmək, onlardan hesabat tələb etmək, onları yoxlamaq və gərəkərsə qanunda nəzərdə tutulan formada məsuliyyətə cəlb etmək səlahiyyəti olan qurumların fəaliyyəti, yaxud fəaliyyətsizliyidir. Axı icra hakimiyyətlərini mütəmadi olaraq müxtəlif qurumlar yoxlaya bilir və yoxlayır da.

Azərbaycanda hamı bilir ki, icra hakimiyyətlərinin bir çoxunun keçirdikləri tenderlərin qalibləri icra başçıları ilə hansı qaydada “pay bölgüsü” aparırlar və ümumiyyətlə, bu tenderlər hansı “rəqabət mühitində” keçirilir. İnhisarçılıqla mübarizə aparmalı olan İqtisadiyyat Nazirliyinin bütün bunlardan xəbəri olmayıbmı? Hesablama Palatası da həmçinin - uzağı ortaya bir neçə “dişsiz” rəqəm qoymaqla, öz işini bitmiş hesab edib və məsələ qısa müddət sonra “bağlanıb”.

Bununla yanaşı, hüquq-mühafizə, prokurorluq orqanlarına, məhkəmələrə icra başçılarının və bu strukturda çalışan digər iri məmurların neqativ fəaliyyətilə bağlı materiallar, iddialar daxil olur. Hanı nəticəsi? Cəsarətləri çatıbmı tədbir görməyə? Xeyr, əksinə, çalışırlar ki, başçılarla konfliktə girməsinlər və mehriban, “qarşılıqlı anlaşma” şəraitində işləsinlər.

Nəhayət, bu ölkənin uzun illərdir əhalinin göndərdiyi qalaq-qalaq şikayət məktublarını elə həmin şikayət olunan icra başçılarına yönləndirən Prezident Administrasiyası var. İcra başçıları uzun illərdir əsas etibarilə həmin qurumdan başqa heç kimi tanımaq istəməyiblər. Digər səlahiyyətli qurumlar isə öz işinin öhdəsindən gəlməyə nə cəsarət, nə də həvəs göstəriblər. Əgər həmin oqranlar vaxtında öz işlərinin öhdəsindən gəlsəydilər, bu gün kifayət qədər böyük bir rayona Nizaməddin Quliyev kimi bu cür keyfiyyətlərə malik birisi başçılıq etməzdi, onun ifşası və həbsi isə, məsələn, prokurorluq yox, məhz DTX tərəfindən həyata keçirilməzdi...

Hazırda görünən reallıq budur ki, artıq əsas etibarilə toxunulmaz sayılan kasta tam sıradan çıxarılmaq üzrədir və ölkə rəhbərliyi tərəfindən ortaya yerlərdəki korrupsiyayla bağlı qəti iradə qoyulub. Ancaq hələ də nə baş verdiyini anlamayan, tamahı, nəfsi hər şeyə güc gələnlər var. Ümid edək ki, belələri bundan sonra rusların məşhur “Jadnost frayera qubit” (xəsislik frayeri məhv edir-red.) ifadəsini qulaqlarına sırğa edəcək, ölkə başçısının dediyi kimi, özlərini bədbəxt etməyəcəklər... (azpolitika)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru