“Neftqaztikinti” Trestində nə baş verir? - İDDİA
Tarix: 27-12-2019, 10:25 | Çap et
Xəbər verildiyi kimi noyabr ayının 1 də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyinin əmri ilə SOCAR Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.Bu təyinatdan artıq iki ay keçməsinə baxmayaraq “Neftqaztikinti” trestinin rəsmi portalında heç bir dəyişiklik olunmamaış və müdir hələ də Mirkazım Abasov olaraq qalmaqdadır.
Mirkazım Abasovun hələ də “Neftqaztikinti” trestinin müdiri qalması və yeni müdir Qağaməli Seyfullayevin bu idarənin müdiri kimi təqdim olunmaması, birinciyə olan sevgidən deyil, idarədə hər kəsin öz işinə lazımınca yanaşmamasından irəli gəlir.Görünür “Neftqaztikinti” Trestinin rəhbərliyində olunan kadr dəyişikliyi bu gün bir çoxunu sevindirirsə,bir çoxunu da məyus edib. Keçmiş direktorun trestdə oturuşmuş kadrları təbii ki, Mirkazım Abasovun gedişindən məyus olublar. Yeni müdir Qağaməli Seyfullayevin buraya gəlişinə sevinənlər də var. Qeyd edək ki,Qağaməli Seyfullayev neft şirkətində, qaz sahəsində uzun müddətdir müxtəlif vəzifələrdə çalışıb. Buna baxmayaraq onun “Neftqaztikinti”Tresti ilə heç bir bağlılığı olmayıb. Lakin onun gözlənilmədən bu sahədə vəzifəyə təyin olunması trestdə nələri dəyişəcək? Bunu gələcək göstərəcək. Bəs Qağaməli Seyfullayevin bu idarəyə gəlişindən sonra daha çox sevinən kimdir?
Aktualinfo.org-a verilən məlumatlara görə Qağaməli Seyfullayevin trestə müdir təyin olunmasından sonra daha çox sevinən və əl qolu açılan idarənin ümümi məsələlər üzrə müdir müavini Hənif Qurbanovdur. Məlumatlara görə əvvəlki müdir Mirkazım Abasovun dövründə də, bu idarədə Hənif Qurbanova gözün üstə,qaşın var deyən olmayıb. Lakin yeni müdirin gəlişindən sonra, verilən məlumatlara görə Hənif Qurbanov işçilərə yeri gəldi,gəlmədi göstərişlər verir,hədələməkdən belə çəkinmir, idarənin yeni müdiri ilə yaxınlığı ilə öyünür, bir sözlə, özünü lap müdir kimi aparır. Bunun nədən irəli gəldiyini deyə bilmərik. Amma onu deyə bilərik ki, Hənif Qurbanov hələ 2016 cı ilin sentyabrında Mirkazım Abasovun təqdimatı ilə neft sahəsində xidmətlərinə görə”Tərəqqi” medalı ilə də təltif olunub. Verilən məlumatlara görə bu da onun çalışdığı idarədəki zəhmətinə görə deyil, Neft Şirkətinin rəhbərliyi ilə olan yaxın qohumluq tellərindən rəli gəlir. Bəs Hənif Qurbanov “Neftqaztikinti”trestində Qağaməli Seyfullayevin gəlişinə niyə belə sevincək olub? Bəlkə Qağaməli Seyfullayev onun üçün yeni üfüqlər açacaq,yeni gəlir mənbələri verəcək?
Qeyd edək ki, Hənif Qurbanovun hazırki gəlirləri də heç də, az deyil. Redaksiyamıza verilən məlumatlara görə Hənif Qurbanovun və yaxınlarının adına hal hazırda 5-6 dənə MMC var ki, neft şirkətinin və başqa dövlət müəssisələrinin elan etdiyi tenderlərdə tez-tez qalib çıxırlar. Məlum olduğu kimi,hazırda yüzminlərlə dəyəri olan dövlət sifarişi almaq o qədər də asan məsələ deyil. Amma məlumatlara görə Hənif Qurbanova məxsus MMC-lər hər il onlarla belə tenderlərin qalibi olurlar. Tender yolu ilə dövlət sifarişləri alan MMC-lərin hesabına köçürülən pulların təyinatı üzrə nə dərəcədə xərclənib,xərclənməməsini isə Alllah bilir, Hənif Qurbanov və bir də sifariş verən qurumlar.
Bundan başqa, verilən məlumatlara görə “Neftqaztikinti” Trestinin tabeliyində olan fəhlə yeməkxanalarına da nəzarəti Hənif Qurbanov edir. Qeyd edək ki, Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzləri daxildir ki, bu idarə sahələrində onlara yeməkxana var. Bu yeməkxanaların hamısı trest tərəfindən icarəyə verilsə də, icarə haqqını məlumatlara görə Hənif Qurbanov yığır. Məlumatlara o da əlavə olunur ki, bu yeməkxanaların aylıq icarə haqqı ümümilkdə 15-20 min manat arasındadır. Bütün bu işlərə məlumatlara görə Hənif Qurbanov hələ Mirkazım Abasovun dövründən nəzarət edib və hal hazırda da davam etdirməkdədir.
Hazırda “Neftqaztikinti” Trestinin elə birinci mərtəbəsində yerləşən yeməkxananın Tofiq adlı bir şəxs tərəfindən icarəyə götürüldüyü bildirilir. Amma Tofiqin idarəyə nə qədər icarə haqqı ödədiyi barədə heç bir məlumat bilən yoxdur. Tofiqin icarəyə götürdüyü yeməkxananın necə idarə olunması ilə yanaşı, bu yeməkxanada şənbə və bazar günləri təşkil olunan kef məclislərində kimlərin iştirak etməsi bir başqa məqalənin mövzusudur.Bizi izləyin. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|